• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

  • 16 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Balaca vətənpərvər

İyunun 26-sı – Silahlı Qüvvələr Günü idi. Mavi səmada əvvəl helikopterlər uçdu, sonra isə qırıcı təyyarələr göründü. Ürəyim fərəh hissiylə doldu. Qürur duydum ki, bizim belə hərbi texnikamız, ordumuz var. Uçuşun sonunda qırıcı təyyarələr Azərbaycan bayrağının rənglərini tüstüylə havaya buraxdılar. Səmada elə gözəl görünürdü ki, o üç rəng. Yanımdakı uşaqlar çox sevinclə atılıb-düşürdülər.

Sonra televiziyada hərbi paradı göstərdilər. Uşaqlar əsgərlərə baxıb onlar kimi addımlayırdılar. Fəxri adında 4 yaşlı oğlan əlində oyuncaq silahını da tutub onlar kimi addımlayırdı və sonra himnimizi oxumağa başladı. Ona heç kim deməmişdi ki, belə et. Uşağın öz içindən gəlirdi bu. Bizim Fəxri də belə Fəxridir. Bacısı Fərəh də ona qoşuldu. İkisi də bir yerdə himni oxudular. Sevindim ki, uşaqlarımız vətənpərvər böyüyürlər. Vətənimizi, bayrağımızı, himnimizi sevirlər. Eşq olsun belə uşaqlara! Eşq olsun ordumuza!

Cənnət bağçası

Bir gün Balaxanı kəndinə qonaq çağırdılar məni. Yaxından tanıdığım adamlar idi. Balaxanıya çatanda yolun sağında da, solunda da işlək neft quyuları görünürdü. Düşündüm nə qədər zəngin torpağımız var. Bakı neft səltənətidir. Bir quyu isə qonaq çağırıldığım evlə üzbəüz idi. Mənə dedilər ki, bu quyu 1937-ci ildən fəaliyyət göstərir. Həyətə daxil olanda heyrətdən donub qaldım. Neft quyuları arasında cənnət bağçasıydı.

Ev sahibləri – Mirzə dayı və Rəna xanım məni çox gözəl qarşıladılar. Vaxtilə vəzifələrdə işləmiş bu adamlar indi dincəlirlər. Mirzə dayı deyir ki, həyət-bacada iş görməklə başını qatır. Hər kəsə əkdiyi ağacların meyvələrindən pay verir. Durdum ki, gedim, dedi kəndə gələsən, samovar çayı içmədən gedəsən, olmaz. Tez samovarı qaynatdı.

Hələ də o samovarın, biçilmiş nanənin qoxusu burnumdadır. Balaxanıda keçirdiyim o bir gün məndə çox gözəl təəsüratlar buraxdı. Bu sadə, gözəl insanların yanında adam mənən təmizlənir, saflaşır. Bir də Mirzə dayının şirin Balaxanı ləhcəsiylə söhbətlərini çox sevdim. Qırx yeddi il bir yerdə ömür sürmüş bu cütlük hər bir gənc ailəyə nümunədir. Əsl həyat mümunəsi. Çox arzu edərdim ki, bizim gənc ailələrimiz belə cütlüklərə bənzəsinlər. Evlilikləri belə uzun ömürlü olsun. Var olun Mirzə dayı və Rəna xanım!

Orucluq

Oruc tutanda adamın nə keyfiyyəti varsa üzə çıxır. Düzlüyü, səxavəti və iradəsi. İradə deyirəm, çünki ac qalmaq özü böyük iradə tələb edir. Ac qalan insan ac olanları daha yaxşı anlayır. Dünyada nə qədər aclıq çəkən insan var. Burda Somalidən olan uşağın şeyxi ağladan sualı yadıma düşür. Uşaq deyir: “Biz imsak da, iftar da etmirik. Allah bizim orucumuzu qəbul edərmi?” Ürək ağrıdan sualdır. Həqiqətən bizim orucumuz qəbul olurmu? Dili yalandan, gözü haramdan çəksək Tanrı bəlkə qəbul edər.

Orucu biz günahlardan təmizlənmək üçün tuturuq. Yəni özümüzə görə tuturuq. Bəzilərində belə bir fikir formalaşıb: bir adam oruc tutursa, düz və yaxşı adamdır. Eşidirsən ki, bir insan haqqında danışanda o biri deyir: “Hə, təmiz adamdır, oruc tutur, namaz qılır”. O adama daha çox hörmət edirlər. Amma başa düşmək lazımdır ki, o insan orucu özü üçün tutur. Orucların qəbul olunub-olunmayacağını isə Allah bilir.

Ağlayan ağaclar

Birbaşa keçirəm mətləbə. Görürsən ki, bir gündə meşə kimi ərazidə  ağacları kəsib, yerində ticarət obyekti, ya da klinika tikirlər. Bu klinikalar sağlamlıq üçündürsə, bəs ağaclar nə üçündür? Bir ağacı ərsəyə gətirmək üçün illər lazımdır. Bir neçə saatın içində bu illər məhv edilir. Belə tikinti işi gedən ərazini çəpərəmi deyim, hasaramı deyim alırlar, üstündə də “Müvəqqəti narahatlığa görə üzr istəyirik” yazırlar. Bu müvəqqəti narahatlıq illərlə davam edir.

Hələ yük maşınlarının söküb dağıtdığı asfaltı demirəm. Hər yer toz-torpaq olur. Adamın bu çəpərlərdən ürəyi sıxılır. Bir dəfə xarici ölkədə olanda inşaat gedən ərazidə bina tikirdilər. Elə səliqəli hasara almışdılar ki, tikinti işi gedən yerdən heç nə görünmürdü. Asfalt da tər-təmiz idi. Tez-tez sulayırdılar ki, toz olmasın. Bizdə də belə olsaydı nə olardı? Eşidirik ki, şəhərimizdə ağacəkmə aksiyası keçirilir. Ağaclar bir gün sulanır, sonra isə qalır Allahın ümidinə. Yağış yağsa sulanacaq. Peyğəmbərimiz də deyib ki, ağacları kəsməyin. Amma biz elə bir ucdan kəsib doğrayırıq. Hərdən mənə elə gəlir ki, kəsilən ağaclar ağlayır.

Can

Biz “can” sözünü çox vaxt uşaqlara deyirik. Hamı can deyib, can eşitsə nə gözəl olardı. “Can” deyəndə hər iş yağ kimi gedir. Bütün müşkül işlər düzəlir. “Can” həm də sülh sözüdür. O heç vaxt münaqişə yaratmaz, barışıq yaradar.


Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Ukraynada nə qədər işsiz var?

  • 16 İyul 2018
  • comments

Yeni dövlət agentliyi yaradılır

  • 17 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gənclər
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda