• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Məsuliyyətsiz jurnalistika

  • 05 İyul 2018
53
SHARES
FacebookTwitterPinterest

Seymur Kazımov

Son günlər təkcə qaz, su, işıq problemindən əziyyət çəkmirik. Problem həm də ölkədə tərəfsiz medianın olmamasıdır. Bu bir daha bütün çılpaqlığı ilə üzə çıxdı. Bir daha aydın oldu ki, dövlətimiz kimi mediamız da fövqəladə hallara hazır deyil. XXI əsrdə dünyanın neft ölkələrinin biri qaranlığa qərq olur və onun neçə-neçə vətəndaşı sanki blokada şəraitinə düşür.

Nə baş verir? Niyə belə oldu? Bu, vətəndaşların saysız-hesabsız suallarından bəzisidir. Məmurlar cavab vermir, media da susur. Yox, susmur, danışır. Amma buna “danışa-danışa susmaq” deyirlər.

Bir gün ərzində iki dəfə blokadaya düşən dövlətin mediası manipulyasiya ilə məşğul olur – işıq hadisəsi barədə ciddi təhlil və analizlər deyil, yalnız rəsmi informasiyalar verir, alternativ fikirlər eşidilmir, bir saat ərzində Gəncənin icra başçısını, onun mühafizəçisini əvvəlcə “yaralayır”, sonra “öldürür”, bir də “yaralayır”… sonra ticarət mərkəzini “yandırdılar”, axırda da heç nə olmayıbmış kimi xəbərləri saytlarından sildilər. Sonra da üzr istədilər… və beləcə, məsuliyyətdən yaxa qurtardılar.

Dəfələrlə yazmışıq, yenə təkrar edirik: Azərbaycan mediasının əsas problemi müstəqillik və azadlığın olmamasıdır. Bundan sonrakı problem məsuliyyətsiz jurnalistikadır – sifarişlə çalışan, insanların düşüncələrini manipulyasiya edən və s. Bu cür gərgin hallarda həmin məsuliyyətsiz jurnalistlər dezinformasiya və təbliğat-təşviqat alətinə çevrilir.

Azərbaycanda dövlət mediası kimi bir telekanal və dörd qəzet fəaliyyət göstərir. Bunların hər biri dövlət büdcəsindən maliyyələşir, yəni vətəndaşların ödədiyi vergidən formalaşan büdcədən. Amma vətəndaşa doğru-dürüst informasiya vermək əvəzinə onu aldatmaqla məşğuldurlar. Ümumiyyətlə, hazırda dövlət mediasının mövcudluğu ağlasığmaz məsələdir. Normal halda “dövlət mediası” deyilən bir anlayış olmamalıdır.

Doğrusu, özəl televiziya kanallarının da fəaliyyəti qənaətbəxş deyil. Onlar da cəmiyyəti informasiya ilə təmin etmir. İllərdir dövlət büdcəsindən maliyyələşən İctimai Televiziyanın da vəziyyəti ortadadır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan qrant alan qəzetlər də televiziyaların durumunu əks etdirir. Müasir dövrdə Azərbaycan mediası vətəndaşına xidmətdən başqa hər işlə məşğul olur. KİVDF, Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası kimi qurumların yenidən təşkil olunmasına ehtiyac var.

Əhali hələ də nəyin baş verdiyini doğru-dürüst bilmir. Çünki onu informasiya ilə təmin edəcək normal media yoxdur. Normal olanları ya qapadıblar, ya bloklayıblar, ya da elə bir duruma salıblar ki, işləyə bilmirlər.

Vəziyyət belədir: insanlar soruşur ki, nə baş verir? Azərbaycan mediasının cavabı: “Bizim sizə göstərdiyimiz”. Mediamız bu gün psixoloji təzyiq alətindən kənara çıxmır.

“Azərenerji” bizə bəxş etdiyi qaranlıqla Azərbaycan media məkanının qara gününü işıqlığa çıxardı.

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Özünü cavan sayanın beyni gec qocalır

  • 05 İyul 2018

Cəbhə xəttində

  • 06 İyul 2018

Son materiallar

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

comments
ManşetXəbər

Bölgələr üzrə orta pensiya

comments
ManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

Azərbaycanın xarici borcu

Rəylər

Do not miss

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

comments
ManşetXəbər

Bölgələr üzrə orta pensiya

comments
ManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

Azərbaycanın xarici borcu

comments
ManşetXəbər

Pensiyaçıların sayı, orta pensiya

comments
AktualManşetXəbər

Müsavatçıların nizamnaməsi

comments
AktualManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
AktualXəbər

Publik hüquqi şəxs

comments
AktualXəbər

Superkubok statistikası

comments

Yeni Laçın yolu

comments
AktualManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
AktualDünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetXəbər

Qarabağ yolunda durum necədir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda