• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Örnək adamlar

  • 25 May 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Örnək adamlar

Filarmoniya bağından yuxarı – “İçərişəhər” metro stansiyasına qalxırdım. İsti aylarda həmişə səkinin üstündə otuz-otuz beş yaşlarında iki gözündən əlil bir adam oturub, əlində toxuma milləriylə cürbəcür şeylər toxuyur. Çox vaxt corab, əlcək, papaq toxuyur. Toxuduqlarını satır, özünə çörək pulu qazanır. Heç kəsdən elə-belə pul götürmür. Çoxlarına nümunə olacaq adamdır. Mən onun əzmkarlığına həmişə heyran oluram. Elə gözəl, həm də mürəkkəb naxışlar vurur toxuduqlarına…

Yenə öz yerində idi. Məndən irəlidə bir qadın gedirdi. Həmin adama çatanda əyilib onun qabağına bir manat qoydu. O, bunu dərhal hiss etdi. Deyildiyi kimi, belə adamlarda hissetmə qabiliyyəti güclü olur. Ayağa qalxıb ucadan “Pulunuzu götürün! Mən dilənçi deyiləm, mən dilənçi deyiləm!” dedi. Axırıncı sözləri iki dəfə təkrarladı. Sanki bu sözlərlə üsyan edirdi – o qadına, həyata, ətrafdakılara.

Onun fiziki qüsuru olsa da şəxsiyyəti qüsurlu deyil. Əksinə, örnək olacaq bir şəxsiyyətdir. Hər üzvü yerində ola-ola dilənçilik edənlərə örnəkdir. “İş yoxdur” deyib tənbəllik edən bəzi adamlara həyat nümunəsidir. O öz qaranlıq dünyasında gördüyü naxışları həvəslə toxuduğu əşyalara köçürür. Sanki bu mürəkkəb naxışlarla həyata meydan oxuyur.

Bir adam da var. Hər səhər eyni vaxtda bir zibilyığan maşında gəlir. Təxminən əlli beş yaşlarında olar. Maşından düşür. Bir ayağını çəksə də zibil qutularını elə cəld götürüb maşına tərəf aparır, sanki ağırlığı heç hiss etmir. İşini cəld və həvəslə görür. Bu, üzündən bəllidir, çünki üzündə həmişə təbəssüm olur. Fiziki qüsuruna baxmayaraq o da yalnız öz halal zəhmətiylə dolanır. Bu adam da hər kəsə örnəkdir.

Mən belə adamlara halal olsun deyirəm!

Fit

Uzaqdan avtobusun gəldiyini gördüm, tez-tez getməyə başladım. Sonra vaz keçdim, ürəyimdə “Eh, çata bilməyəcəyəm” dedim. Yanımca orta yaşlarında bir qadın da gedirdi. Birdən fit səsi eşitdim və həmin qadının avtobusa tərəf qaçdığını gördüm. Fiti çalan qadın idi. Avtobus dayandı, qadın mindi. Avtobus hələ də dayanmışdı. Sən demə, o qadın mənim üçün saxladıbmış avtobusu. Mən də mindim. Elə onun yanında boş yer var idi, oturdum.

Məni o fitə görə gülmək tutmuşdu. Adətən elə fiti kişilər verirlər. Qadın bunu hiss edib söhbətə başladı. Dedi həyat mənə hər şeyi öyrədib, fit çalmağı da, kişi işi görməyi də. Qısaca öz həyatından danışdı. Ona qulaq asdıqca bir qadının həyat mübarizəsinə heyran olurdum. Təkbaşına iki uşaq böyüdüb, qızını ərə verib, oğlu isə əsgərlikdədir. Dedi çox çətinlik çəkirəm, amma öhdəsindən gəlirəm.

Qadın danışdıqca üzü gülürdü. O da həyata meydan oxuyurdu gülüşüylə. Kaş ki, heç kəs boşanmasa… Axı deyirlər iki nəfər bir-birini tamamlayır. Xoşbəxtliksə iki nəfərlə tamamlanır. Bəs hanı o iki nəfərin xoşbəxtliyi? Yoxsa bu qadın xoşbəxtliyə layiq insan deyil?

Mən deyirəm ki, o fit səsi qadının uğuru, həyat nailiyyətidir!


“Düşüncələr” silsiləsindən digər yazılar: 

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Əmlak çıxarışı iş yerinə gəldi

  • 25 May 2018
  • comments

Avropanın ən çirkli paytaxtı

  • 25 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda