• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

  • 18 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Seymur Kazımov

“Bu hadisə nəyə, kimə xidmət edir? İlk növbədə bu davranışla ATƏT-in çətiri altında ölkəyə müşahidəyə gələn 50-dən çox ölkənin 80-dək deputatına praktik vəziyyəti daha aydın görməyə imkan yaratdılar. Yəni bu davranışları ilə dedilər ki, ölkədə ən xırda tənqidə belə keçid yoxdur, tənqid edənlər dərhal hədəf ola, günahlandırıla, hətta fiziki basqılara məruz qala bilərlər”.

Hüquqşünas Ələsgər Məmmədli ATƏT-in müşahidə missiyasının aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkisinin nəticəsi ilə bağlı mətbuat konfransında hakimiyyət mediasında çalışan bir qrup jurnalistin yaratdığı qalmaqal barədə bunları yazıb.

Alternativ fikrə və tənqidə dözümsüzlük Azərbaycan cəmiyyətinin əsas problemlərindən biridir və Avropa institutları da bundan öz nəsibini almış oldular. Azərbaycan jurnalistikasında da bir neçə ildir ki, siyasi tok-şoular, müzakirələr, debatlar keçirilmir. Son prezident seçkisi kampaniyası zamanı İctimai Televiziyanın efirində namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtı da debatdan çox monoloqu xatırladırdı.

Azərbaycanda kütləvi informasiya vasitələri iqtisadi və siyasi proseslərə təsir qabiliyyətinə malik deyil. Xəbərlər ictimai rəyi formalaşdırmır, reklam buraxılışları da tələb-təklif anlayışından çox uzaqdır. Çünki media ümumiyyətlə ictimaiyyət üçün qapalıdır və onun maraqlarını, gözləntilərini əks etdirmir.

Müasir Azərbaycan mediası ictimai müzakirələrin aparılması üçün platforma rolunu oynamır. Mediada müzakirə olunan problemlər “gəlin-qayınana-qayınata” triosundan yuxarı qalxmır. Nəticədə keyfiyyətsiz səhiyyənin, savadsız təhsilin, ədalətsiz məhkəmənin qurbanlarının sayının artmasına təəccüblənirik.

Problemlərin yeganə həlli yolu onu hamının görüb-eşidəcəyi müstəviyə çıxarmaq və fərqli düşüncə sahiblərinin köməyi ilə çıxış yolları tapmaqdır. Tozu birdəfəlik təmizləmək əvəzinə onu palazın altına süpürmək problemi həll etmək yox, gizlətməkdir. Ən qorxulusu isə prosesin məqsədli və şüurlu şəkildə aparılmasıdır. Bu zaman haqqında danışılan “problemsiz cəmiyyətdə” özlərini görməyən insanların müzakirələri sosial media platformalarına daşınır və qaşrıdurmaya çevrilir. Ənənəvi media alternativlərə qapalı olduğundan bu işi öhdəsinə rəqəmsal texnologiyalar götürür. Bu gün sosial şəbəkələr bir-birinə zidd fikirlərin cəmləşdiyi yeganə platformadır. Burada da moderator və fasilitatorların olmaması müzakirələri ictimai-siyasi yükdən çıxararaq aşağı səviyyəli söhbətlərə aparır.

Analoji debatların televiziya kanallarında və yaxud intenet resurslarında peşəkar jurnalistlərin vasitəçiliyi ilə təşkil olunması və tənzimlənməsi müzakirə mədəniyyətinə töhfə vermiş olardı. Alternativ fikir reallığı, həqiqəti deyil, konkret şəxsin subyektiv mövqeyini əks etdirə də bilər, amma son qərar tamaşaçıya aiddir. Bu gün Azərbaycan mediası auditoriyasına çoxqütblü fikirlər təqdim etmir. Vətəndaşın da düşüncəsinə sayğı göstərilmir, onun gözləntiləri nəzərə alınmır.

Fikir müxtəlifliyi, fərqli düşüncə tərzi müzakirə mədəniyyətinin tərkib hissəsi olduğu kimi, demokratiyanın təməl prinsiplərindən biridir. Bu eyni zamanda həm cəmiyyətin ictimai inkişafına, həm də medianın bir ictimai institut kimi püxtələşməsinə gətirən faktordur. Fərqli düşüncə sahibləri bir-biriləri ilə fiziki yox, intellektual mübahisə aparırlar. Zamanında alternativ fikrə dözümlülük aşılansaydı, yəqin ki, ATƏT təmsilçilərinin sözlərinə etiraz onların üzərinə hücumla nəticələnməzdi, onlara peşəkar jurnalist yazısı ilə cavab verilərdi. Kimsə müzakirələri, deyilən fikirləri yox, hücumu müzakirə edir. Məlum mətbuat konfransında da dözümsüzlük nümayiş etdirən məhz jurnalistlər idi. Jurnalistin hüquq və vəzifələrinə dalaşmaq, tədbirin gedişinə mane olmaq kimi hallar daxil deyil. Analoji hal 2013-cü ildəki prezident seçkisindən sonra da olmuşdu. Eyni hadisənin üçüncü dəfə baş verməməsindən ötrü ictimai tənqid və kompromis üçün əlverişli mühitin yaradılmasına ehtiyac var.

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Yeni seçki faiz sıralamasını necə dəyişdi?

  • 18 Aprel 2018
  • comments

İlham Əliyev keçmiş rəqiblərinə vəd verdi

  • 18 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda