• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

  • 23 Yanvar 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Seymur KAZIMOV

Bir qrup əsgər cəbhə bölgəsinə doğru hərəkət edir və sizi də onlarla getməyə səsləyir. “Təklifi qəbul etməsəniz sizin barənizdə nə düşünəcəklər?” kimi fikirlərdən uzaq olun. Sizin işiniz əsgərlərin vəzifəsindən kəskin fərqlənir. Onların işi vuruşmaq, ölümə getməkdirsə, jurnalistin işi sağ qalmaq və cəmiyyəti informasiya ilə təmin etməkdir.

Əmin olun ki, o əsgərlər jurnalistə nəyi və necə yazmaq barədə uzun-uzadı mühazirə deyə bilər.

Jurnalist həkimin yazdığı reseptə müdaxilə edə bilərmi, yəni “bu dərmanı çıxar, digərini yaz” kimi göstərişlər verə bilərmi? Təbii ki, yox. Amma istənilən həkim jurnalistin yazısını “cərrahiyyə stoluna” çıxarıb kəsib-doğraya bilər.

Prokuror da, polis də jurnalistin yazısını çox rahatlıqla ittiham edib, onu nişangaha çevirə bilər.

Müəllim də, fəhlə də, kənd təsərrüfatı mütəxəssisi də, hətta orta təhsili olmayan hər kəs jurnalistə “ağıl” öyrədə, üstəlik, “göstəriş” verə bilər.

Hakimiyyət nümayəndələrindən tez-tez eşidirik: “Azərbaycan mediasının əsas vəzifəsi milli maraqları qorumaqdır”. Sonra bunu da əlavə edirlər: “Media həm də milli təhlükəsizliyimizi qorumalı, haqq səsimizi dünyaya çatdırmalıdır”.

İstənilən məsuliyyəti jurnalistə çox asanlıqla yükləyə bilirlər. Jurnalistdən hamı hər şeyi tələb edir.

Jurnalisti asanca günahlandırmaq olur. Bir şəxsin problemini, dərdini işıqlandırırsan və ilk sualı bu olur: “Mənə kömək edəcəksən?” İzah edirsən ki, onun dərdini çəkib-göstərmək sənin vəzifəndir, ona köməyi əlaqədar təşkilatlar, şəxslər etməlidir. Yenə də günahkar jurnalist olur. “Onsuz da xeyri yoxdur, hər dəfə gəlib çəkirlər, axırda da heç nə olmur”. O qədər eşidirik bu sözləri…

Azərbaycan jurnalistinin yükü çox ağırdır. Ondan gözləntilər çox böyükdür. Bəzən dərdli, problemli insanların yazıq, eyni zamanda tənəli baxışları altında jurnalist çox əzilir. Bir tərəfdən öz işini görməyən, insanlara xidmət etmək əvəzinə vəzifəsindən sui-istifadə edən məmurlar, digər tərəfdən də insanları saatlarca danışdırıb, dərdini lentə alıb, ancaq efirə, qəzetə “hər şey yaxşıdır, xalq çox xoşbəxtdir” kimi yalan xəbər çıxaran həmkarlarımız. Bu iki tipin sərsəmliyi, səviyyəsizliyi sonda vicdanlı insanların başında çatlayır. İnsanlar jurnalistə  inanmır, onu da “səviyyəsizlərdən” biri sayırlar.

Yaxşı jurnalist istər bu insanlara, istər də ona irad tutub “yazmağı öyrədənlərə” etiraz etmir, edə də bilmir. Yalnız işini vicdanla görməli və cəmiyyətə yalan deməməli olduğunu anlayır. Jurnalist həkimin, müəllimin, hərbiçinin işini görə bilmədiyi kimi, bu şəxslər də gün ərzində informasiya tapmaq, onu bir neçə mənbədən dəqiqləşdirmək, faktları yoxlamaq kimi yükün altına girə bilməzlər.

Media insanlara təsir etmək və onları istiqamətləndirmək üçün bir platforma halına gəlib. Dünyanın müxtəlif yerlərində jurnalistikanın fəaliyyəti fərqli olsa da, onun prinsipləri eynidir – cəmiyyətə xidmət. Bu xidmət də ictimaiyyəti informasiya ilə təmin etməkdən ibarətdir. Azərbaycanda isə jurnalist həm cəmiyyətə informasiya verməlidir, həm digər peşə sahiblərinin tələb-təkliflərini nəzərə almalıdır, həm də vicdansız məmur və yalançı jurnalistlərin yükünü daşımalıdır. Yalnız azad mətbuat cəmiyyətə xidmət edə bilər. Məşhur amerikalı vəkil, oğul Uqo Blək (Hugo Black) “xidmət” məsələsini belə xarakterizə edib: “Azad mətbuatın məsuliyyətləri içərisində ən vacibi hökumətin hansısa bir orqanının insanları aldatmasının və onları uzaq yerlərə ölümə göndərməsinin qarşısını almaqdır…”

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

5000-ci lisenziya kimə qismət oldu?

  • 23 Yanvar 2018
  • comments

Hansı gündə doğulmağın nə fərqi var? (9)

  • 23 Yanvar 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda