• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Aynur Mesimova

Eşq və xəyanət (13)

  • 15 Yanvar 2018
26
SHARES
FacebookTwitterPinterest

Aynur MƏSİMOVA (TƏMKİN)

Cavidan çox içmişdi. Tez-tez yanında əyləşən sarışın gözəlçəyə sarılır, ətrafdakıları saya salmırdı. Kamilə bu gəncin hərəkətindən onun Məşədi Əliabbaslardan olduğunu o dəqiqə sezmişdi. Qız məmnuniyyətlə oğlanı seyr edir, onun hər hərəkətini telefonuna çəkirdi. Qızın istəklərinin reallaşması üçün əlverişli məqam yaranmışdı. Kamilə təbii ki, bu fürsəti qaçırmayacaqdı. O, əlindəki video yazıyla, fotolarla Cavidandan istədiyi hər şeyi ala biləcəkdi.

Qız səbirsizliklə Raufun nömrəsini yığdı. Oğlanı görmək üçün fürsət özü onun ayaqlarına qədər gəlmişdi. Kamilə heç kəs eşitməsin deyə ağacların altına çəkildi. Rauf telefonu açana qədər bir xeyli gözləməli oldu. Nəhayət, oğlanın səsi eşidildi. Qız bir anlıq özünü itirdisə də, tez özünü ələ almağı bacardı. Rauf yenidən Kamilənin səsini eşidib çaşdı. Axı bu qız ondan nə istəyir?! Ədəbli bir qızın evli olan adamdan nə umacağı ola bilər! Oğlan hiddətlənmişdi. Qızı acılamaq istəyirdi ki, onun nə üçün zəng etdiyini bilib qəzəbi keçdi.

Qız Cavidanın vəziyyətini daha qabarıq şəkildə anladaraq Raufu yardıma çağırdı. Cavidan Raufun uşaqlıq dostu, sirdaşı idi. O, onun eşqbaz olduğunu bilir, amma onu heç cür bu yoldan çəkindirə bilmirdi. Cavidan həmişə zarafatyana “Babam Məşədi Əliabbasın ruhu məndən inciyər. Qoy barı sənin əvəzinə də mən edim ki, kişi qəbirdə rahat yatsın, səndən küsməsin” deyirdi.

Rauf tələsik addımlarla gedib maşına əyləşdi. O, tez mənzil başına çatmaq, Cavidan rəzillik etməmiş onu oradan çıxartmaq istəyirdi.

Cavidanın vəziyyəti heç də ürəkaçan deyildi. O bu halda evə getsə böyük söz-söhbət olacaqdı. Oğlanın boyun-boğazı qadının dodaq boyası ilə ləkələnmişdi. Rauf arxadan onlara yaxınlaşdı, qadına nəsə deyib ona bir yığın pul uzatdı. Qadın gözucu pula baxıb məmnun halda gülümsədi. Yırğalana-yırğalana durub oradan uzaqlaşdı.

Kamilə böyük canfəşanlıqla güclə ayaq üstə duran Cavidanın boyun-boğazını silir, Raufun gözünə girməyə çalışırdı. Deyəsən oğlan da daha əvvəlki tək qıza sərt münasibət göstərmir, təbəssümlə qıza təşəkkürünü bildirirdi. Kamilə uşaq kimi sevinir, bilmirdi daha neyləsin.

Soyuq suyun təsirindən Cavidan toxtamağa başlamışdı. Daha evə getmək olardı. Rauf Kamiləyə dil-ağız edib, qolunu sərxoş dostunun boynuna dolayıb maşına doğru apardı. Kamilə tələsik yüyürüb maşının qapısını açdı, oğlanın oturmasına yardım etdi:

– Çox sağ olun… – Fikirləşdi, qızın adını yadına sala bilmədi.

-Kamilə… Mənim adım Kamilədir. – Qız ehtirasla titrəyən dodaqlarını oğlanın üzünə yapışdırmadan özünü zorla saxladı.

– Çox sağ olun, Kamilə xanım, – deyə oğlan qıza təşəkkürünü bildirdi.

– Siz sağ olun. Neylədik ki. Bu arada mənə Kamilə deyin. Yalnız Kamilə.

– Oldu, Kamilə. Salamat qalın.

– Xeyirli gedin. Yenə gözləyirik, yenə gəlin.

Raufu gülmək tutdu:

– Belə gələk?

Kamilə oğlanın təbəssümündə əriyib axdı. Ürəyinin təlatümlü çırpıntısı vücuduna yayıldı.

Gecədən xeyli keçmişdi. Kamilə hər gözlərini yumduqda, Raufun xəyalını yenidən və yenidən gözü qarşısında canlandırırdı. Oğlanın surəti sarmaşıq kimi fikirlərinə, xəyallarına, ruhuna dolaşır, içini atəşlə yandırırdı.

Yatağından yenicə qalxan Cavidanın telefonuna mesaj gəldi. Oğlan yarıyuxulu halda əlini uzadıb telefonu götürdü. Gördüklərindən rəngi qaçdı, gözləri bərəldi. Yan-yörəsinə boylandı. Arvadının yanında olmamasına sevindi. Oğlan videonu izlədikcə özündən iyrəndi, öz-özündən zəhləsi getd. Sanki ağlı başından çıxdı, vücudu sarsıldı. Kim çəkmişdi bunu? Kimin nəyinə gərəkdi bu video? Suallarına cavab axtararkən telefonuna zəng gəldi. Baxdı. Amma nömrə tanış deyildi. Tələsik düyməni basdı. Qadının səsi kimisə xatırlatdısa da, tapa bilmədi.

– Bəli, eşidirəm, – deyə səsləndi. Qadın istehza ilə oğlanı deyəcəyi ünvana çağırdı. “Aha. Deyəsən bu videonun sahibi bu qadındır”. – Sizə nə lazımdır? – soruşdu.

– Gələndə bilərsən. – Qadın telefonu söndürdü.

Cavidan özünü itirmişdi. Fikir kələfi dolaşıq düşmüşdü. Tez-tələsik geyindi. Üzünə su çırpıb ağzına loğma belə qoymadan qapıdan çıxdı. Heç özü də bilmədi maşını necə idarə etdi, deyilən yerə necə çatdı. Şəhər mərkəzindən bir qədər uzaqda olan yaşıl xiyabanda bir azca gəzindi. Geri çevrildikdə Şaiq Camalın qızını qarşısında gördü. Aha… deyəsən indi anladı. Sarışın gözəlçə ilə ora, Şaiq Camalın məkanına getdiyini yaxşı xatırlayırdı. Oğlanın əlləri əsir, gözləri səyriyirdi, rəngi pörtmüşdü.

– Nə istəyirsən? – Səsi xırıldadı.

– Raufu! – Qızın həyasızlıqla dilinə gətirdiyi söz Cavidanın qulağında sanki bomba  kimi partladı.

– Sən necə qızsan?! – Oğlan heyrətini gizlədə bilmədi. – Bu nə tərbiyəsizlikdir belə!

– Burada dayan. Sən kiminlə danışdığını unutma…

– Ba!.. – Oğlan qızın üstünə şəhləndi…

Kamilənin üz ifadəsi bir andaca dəyişdi. Əlində tutduğu fotoları Cavidanın sifətinə çırpdı.

– Bax, bax sən hələ buna! Al, bunlara bax, sonra danışaq. Baxaq görək tərbiyəsiz kimdir!

Ətrafa səpələnmiş şəkilləri yığmağa çalışdıqca qız onunla əylənməyə başladı:

– Dayan, dayan, bu hələ başlanğıcdır. Mənə kömək etməsən gör səni bütün şəhərdə biabır edirəm, ya yox.

Cavidan az qala ağlayası olmuşdu:

– Axı Rauf sənin nəyinə gərəkdir? Onun arvadı, uşağı… Evli kişi sənin nəyinə gərəkdir? Get özünə tay-tuş tap.

– Sənə dəxli yoxdur. Mən onu sevirəm. Arvadı da, uşağı da mənə maraqlı deyil. Sən mənə kömək et, vəssalam. Yoxsa atam Şaiq Camalın əziz canına and olsun ki, iyirmi dörd saat bitməmiş bu şəkillərin qalan hissəsi şəhərin bütün görməli yerlərinə vurulacaq.

Çaşıb qalmışdı. O, Kamilənin dediklərinə razılaşsaydı, Raufa xəyanət etmiş olacaqdı. Rauf buna layiq olmadığı halda, onun üçün hər şey etmiş olduğu halda  Cavidan bu işə necə qol qoya bilərdi? Bəs razılaşmasa necə olacaqdı? Onda da onun ad-sanı ləkələnəcəkdi. Arvadını düşünmürdü. Onu yerinə oturtmaq asan məsələ idi. Kasıb ailə qızı olan arvadının onun yanında zərrə qədər dəyəri yox idi. Əsas qorxusu atasından idi. Atası ona: “Qar üstündə elə gəz ki, izin qalmasın, – deyirdi. – Əgər bacarmırsansa, etmə. Cavan kişisən, get kefini çək. Amma özünü dilə-dişə salma. Bilsəm, mənim gözümə görükmə!” – deyə onu təhdid edirdi. Qalmışdı iki yol arasında.

– Mənim sənə nə köməyim dəyə bilər axı? – Bayaqkı canavar Cavidan quzuya dönmüşdü. – Sən ağıllı qızsansa bilməlisən ki, Rauf arvadını atıb sənə yan almaz. Gəl bu sevdadan vaz keç. Nə məni günaha batır, nə özünü.

Kamilə qəzəblə Cavidanı süzdü:

– Yetər daha. Mənə moizə oxuma. Mən nə istədiyimi yaxşı bilirəm. Mənə dərs keçib, öyüd vermə. Özü də kim? Sən.

Son sözlər oğlanın izzət-nəfsini bərk yaraladı:

– Mənə nə olub ki? Sən bir özünə bax, sonra danış. De görüm nə istəyirsən?

– Bax, belə. Mənə iki şeydə yardım et, yetər. Daha gerisiylə işin olmasın. Bir – Raufu tez-tez məkanımıza gətir. İki – onu razı sal mənim hüquqi işlərimin idarəçiliyini öz boynuna götürsün.

– Elə bu? – Oğlan dərindən nəfəs aldı. – Bunu niyə bayaqdan söyləmirsən. Edəcəm. Amma yalnız bir şərtlə. Rauf sənin iş təklifini qəbul etdiyi gün səndə olan hər şeyi mənə verəcəksən. Razısan? Yoxsa sənə kömək etməyəcəm.

Qız məmnunluqla gülümsədi:

– Təki sən mən dediklərimi et. Qalanı problem deyil.

(Ardı var)

Povestin əvvəli:  1   2   3   4   5   6   7   8   9   10   11   12 

Hegemon büdrəsə də…

  • 15 Yanvar 2018

Həm kreditlər artıb, həm əmanətlər

  • 15 Yanvar 2018

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

Rəylər

Do not miss

comments
ManşetXəbər

26 iyun səfəri

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda