Rusiyada ən çox kitab oxuyan bölgələrin adları açıqlanıb. Novator.az-ın məlumatına görə, Sankt-Peterburq şəhəri 2017-ci ilin qiraət üzrə müsabiqəsinin qalibi elan olunub.
Digər laureatlar Kalininqrad vilayəti, Moskva şəhəri və Tatarıstan Respublikasıdır.
Müsabiqə 2017-cı ilin mayında elan olunub. 85 bölgədən 84-nün qatıldığı müsabiqənin şərtlərinə əsasən, 2016-2017-ci illər üzrə ən əhəmiyyətli ədəbiyyat layihəsi, regionda kitab, qiraət, ədəbiyyat ənənələri, bu sahədə infrastrukturun inkişafı haqda məlumatlar təqdim olunub.
2015-ci il üzrə ən çox kitab oxuyan bölgə Ulyanovsk vilayəti, 2016-cı il üzrə isə Voronej vilayəti elan edilmişdi.
Səidə Hüseynova