• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Donald Tramp: Made in USA, bir də yetimə gəl-gəl deyən çox olar

  • 10 Noyabr 2016
36
SHARES
FacebookTwitterPinterest

İsmayıl Rafiqoğlu

Amerikada prezident seçkisi respublikaçı namizəd Donald Trampın qələbəsi ilə bitdi. Nədənsə həm dünya mətbuatında, həm Avropanın siyasi dairələrində, hətta Azərbaycan elitası və KİV-ində Hillari Klintonun üstün olacağı fikri hökm sürürdü. Avropa və dünya liderləri Trampın qələbəsini çətinliklə həzm edərək onun daha yumşaq siyasət yürüdəcəyinə ümidli olduqlarını bildiriblər.

Feysbuk sosial şəbəkəsində get-gedə qızışan müzakirələrdə Tramp və Klinton tərəfdarları hələ də bir-birinə “döşəyir”. Kimisi dünya üçün qara günlərin başlandığını, kimisi ABŞ-da demokratiyanın olmadığını iddia edib “əşşi, hər şey qabaqcadan həll olunub, bu seçki teatrdır” deyənlərə Amerikanın demokratiya dərsi verdiyini söyləyir. Əslində Azərbaycan mətbuatına, TV-lərə müsahibə verən, sosial şəbəkələrdə münasibət bildirən siyasi ekspertlərin də çoxu dünənə kimi Klintonun qələbə qazanacağını əminliklə bildirirdi.

Trampın qələbəsi niyə bu qədər gözlənilməz oldu? Yəni amerikalı iş adamı bu qədərmi şanssız görünürdü? Niyə Amerikanın 45-ci prezidenti dünya ictimaiyyətinə bu qədər problemli gəlir?

Trampın qələbəsi gözlənilən idi, çünki artıq yüz illərdir Amerikada iki siyasi partiya – Demokratlar və Respublikaçılar partiyaları qısa fasilələrlə hakimiyyəti bölür. Başqa partiyanın adamı hakimiyyətə gələ bilmir. Əgər demokrat Barak Obama 8 il prezident kürsüsündə oturubsa, deməli, respublikaçının növbəsi yaxınlaşıb. Sistemin mahiyyəti budur. Ölkənin siyasi elitası dəqiqliklə iki yerə bölünüb və hər seçkidə mübarizə seçicilərin cəmi 5-10 faizinin səsi uğrunda gedir. Yəni hər partiyanın 40-45 faiz səsi var, kampaniyanı necə aparmağından asılı olmayaraq. Bəzi hallarda istisnalar olsa da, sistem dəqiq işləyir. Özü də təsadüfi adamın seçkiyə qoşulub prezident olması mümkün deyil, dəstəyi olan, maliyyə və siyasi dairələrlə işbirliyi quran, siyasətdə və ya biznesdə öz sözünü demiş insanın prezident seçilmək şansı var.

Tramp seçkidə demokratların da üstün olduğu bəzi ştatlarda irəli çıxa bildi, çünki amerikalıların bəzi istəklərini reallaşdıracağına söz verdi. Dünyaya demokratiya yaymaqla məşğul olan ABŞ həm xarici borcların, həm də daxili problemlərin əlində aciz qalıb. Hazırda dövlət borcu 20 trilyon dollara yaxınlaşıb, nə vaxtsa havayı ali təhsil almaq imkanı olan amerikalılar indi kolleci bitirib illərlə banklara kredit qaytarmağa məhkumdurlar. Ölkədəki bir sıra sənaye obyektləri bağlanıb, istehsalat Çin, Tailand, Vyetnam, Tayvan kimi ölkələrə köçürülüb. Nə vaxtsa ABŞ-ın avtomobil mərkəzi sayılan Detroyt kimi şəhərləri bekar qalıb. Son 30 ildə bir vaxtlar ölkəni qida ilə təmin edən yüzlərlə fermer təsərrüfatı sıradan çıxıb, Monsanto, Kargill kimi nəhəng korporasiyalar geni dəyişdirilmiş məhsulları daxili bazara yeritməklə minlərlə insanı müflis edib.

ABŞ ordusu Yaxın Şərqdə uzun sürən müharibələrə qoşulub, nə dəmir tabutlarda ailələrinə təhvil verilən hərbçiləri diriltmək mümkündür, nə də əlil həyatı sürməyə məhkum edilən əsgərlərə yeni orqan yaratmaq. Amerika əhalisi ölkəni güclü, demokratik, azad görmək istəyir, amma cinayətkarlıq, işsizlik də artır. Terrorizmlə mübarizə çərçivəsində xüsusi xidmət orqanları sadə amerikalıların şəxsi məlumatlarına müdaxilə etmək imkanı qazanıb.

Tramp ABŞ-ın qara siyahısında olan bir sıra dövlətlərlə münasibətləri yaxşılaşdırmaq, ölkənin sənaye gücünü artırmaq niyyətindədir. Yəni bir sıra istehsalat obyekti yenidən geri qaytarıla, daxili bazarda “Made in USA” yazılan mallar peyda ola bilər. Sadə amerikalılar bunu arzulayır, Tramp da məhz bunu söz verib.

ABŞ-ın bir gündə daxili və xarici siyasətini dəyişəcəyinə ümid etmək ağılsızlıq olardı. Məsələn, ölkədə anti-Rusiya ovqatı çox güclüdür, Tramp Rusiya ilə birdən-birə dostlaşa bilməz, çox istəsə də. Necə ki ABŞ-ın İranla son siyasi yaxınlaşması bu iki ölkəni tam yaxın edə bilməyib, ya da Barak Obamanın Kubaya səfəri münasibətləri istiləşdirməyib. Amma cəhd etməyə dəyər.

“Trampın prezidentliyi Azərbaycana nə verəcək” sualının da birmənalı cavabı yoxdur, çünki illərdir bir-birini əvəzləyən prezidentlərin hər biri namizəd olduğu vaxt çox yaxşı seçki təbliğatı aparır, sonda isə “köhnə hamam, köhnə tas” paradiqmasına qayıdırıq.

Necə deyərlər, yetimə gəl-gəl deyən çox olar…

 


Müəllifin başqa yazıları:  •  “Brendlərimiz”   • Smartfonun sönübsə…   • “Qwerty” və ya “123456”?   •  Müsəlman olmağın çətinliyi   • Qaranlıqdan aydınlığa yönəldən azanın səsi   • Qorabişən ayın abqorası   • İngilisin dilini öyrənə bilirikmi?

Nazir vergi məmurlarına cəzalar tələb edib

  • 10 Noyabr 2016

Azərbaycan Vyanada Qarabağ bəyanatı verdi

  • 11 Noyabr 2016

Son materiallar

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetTribunaYazarlar

Gənclərə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

Son materiallar

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
ManşetTribunaYazarlar

Möcüzəsiz çarə

comments
ManşetTribunaYazarlar

Bir nəfərin savaşı

comments
ManşetTribunaYazarlar

İtmiş cazibə

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
TribunaYazarlar

Mif və gerçəklik

comments
ManşetTribunaYazarlar

Günəşin qatilliyi

comments
ManşetTribunaYazarlar

Hansı millətçilik?

comments
ManşetTribunaYazarlar

Jurnalisti qorumaq

comments
ManşetTribunaYazarlar

Münasibət və hüquq

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Çin nəyə hazırlaşır? – “The Hill”

comments
ManşetTribunaYazarlar

Fikrin libası

comments
ManşetTribunaYazarlar

Haqqın gücü

comments
ManşetTribunaYazarlar

Sərvət və aqibət

comments
ManşetTribunaYazarlar

Çörək dərdinin çözümü

comments
ManşetTribunaYazarlar

Tuğ kilsəsində ibadət

comments
ManşetTribunaYazarlar

Meta: gələcəyin interneti

comments
Dünyanın səsiManşetTribuna

Çinin Rusiyadan ötrü gördüyü çirkin əməllər – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Təsir, yoxsa oğurluq?

comments
ManşetTribunaYazarlar

Janrın yaddaşı, fikrin əcdadı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putin devrilə bilərmi? – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Dünyanın yolu, bizim yol

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda