Texnologiya
Kamerasız smartfon hazırlanır
Telekommunikasiya avadanlıqlarının istehsal həcminə görə dünyada ikinci yeri tutan Çinin “ZTE” şirkəti hamını təəccübləndirən yeni smartfon haqda məlumat yayıb. Novator.az xəbər verir ki, yeni smartfonun kamerası olmayacaq. Ekspertlər şirkətin bu addımını riskli hesab edirlər. Yeni “ZTE...
Dünya əhalisinin yarısından çoxu internetdən məhrumdur
İnternetə çıxışı olan insanların sayının artması zəifləyir və planet əhalisinin yarısından çoxu hələ də bu imkandan istifadədən məhrumdur. Bu barədə BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının (United Nations Broadband Commission) hazırladığı hesabatda qeyd olunur. 2015-ci ildə qlobal miqyasda i...
296 milyon domen qeydiyyatdan keçib
“Verisign” şirkəti bu ilin ikinci rübü üçün domen adları üzrə hesabat dərc edib. Sənədə görə, dünyada qeydiyyatdan keçən domenlərin ümumi sayı 296 milyona çatıb. Birinci rüblə müqayisədə artım 0,8%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% təşkil edib. “Verisign” şirkəti tərəfindən idarə olunan, ...
“Skype”da problem
“Skype” sosial şəbəkəsinin işində dünya üzrə problem yaranıb. Novator.az xəbər verir ki, sosial şəbəkənin saytında əsasən səsli danışıqda nasazlıq yarandığı bildirilir. Bu nasazlıq statusların dərc edilməsində də problemlərə səbəb olub. “Skype for Web” funksiyasında yaranan nasazlıq isə ani ismarışl...
“Coca-Cola”dan enerji yığan telefon
Bir qrup amerikalı mühəndis “Coca-Cola” içkisindən enerji yığan mobil telefon düzəldib. Novator.az xəbər verir ki, belə bir telefonun ideya müəllifi Dayszi Çjendir. Onun metodu kimyəvi proseslərin istifadəsinə əsaslanır. D.Çjen yeni texnologiyanın ABŞ ərazisində tezliklə yayılacağına əmindir. Çünki ...
“Facebook”da “Signal”
“Facebook” sosial şəbəkəsində informasiya axtarmaq üçün yeni xidmət tətbiq edilib. Novator.az xəbər verir ki, “Signal” adlanan xidmət jurnalistlərə sosial şəbəkədə material tapmaqda kömək edəcək. “Signal” jurnalistlərə eyni vaxtda həm “Facebook” və “İnstagram”dan gələn xəbərləri izləməyə, həm də inf...
“Elektron təhsil” müsabiqəsinə start verildi
Sentyabrın 21-də Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinə start verib. Rəsmi məlumata görə, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunur. Məqsəd tədris prosesində informasiya texnologiy...
“5G”ni kommersiyalaşdırmaq planlaşdırılır
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2020-ci ildə yeni nəsil “5G” rabitəsini kommersiyalaşdırmağı planlaşdırır. Bu barədə “Juniper Research” agentliyinin tədqiqatına istinadən “RBK” məlumat verib. Hesab edilir ki, yeni şəbəkə 6-100 QHs tezliklərində saniyəd...
HP 33 min əməkdaşını ixtisar edir
ABŞ-ın “Hewlett-Packard” (HP) texnologiya şirkəti server hazırlamaq sahəsində xərclərini azaltmağı planlaşdırır. Novator.az xəbər verir ki, şirkət bu səbəbdən 30 min əməkdaşını ixtisar etməyə hazırlaşır. Bu ixtisar “HP”yə 2 milyard 700 milyon dollara qənaət etmək imkanı verəcək. Şirkət xərclərin aza...
Terrorçular internetdən tərəfdar yığmaq üçün istifadə edir
Terrorçular internetdən ən çox özlərinə tərəfdar yığmaq üçün istifadə edirlər. Novator.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini Sergey Smirnov sentyabrın 18-də Özbəkistan paytaxtı Daşkənddə jurnalistlərə belə açıqlama verib. S.Smirnov kiber-məkanın gənclər a...
Bazara yeni planşet çıxarılır
ABŞ-ın “Amazon” şirkəti satış qiyməti 50 dollara olan yeni planşetini sentyabrın 30-dan bazara çıxarır. Novator.az xəbər verir ki, yeni planşetin mətnlərə girmək, video materiallara baxmaq, video oyunlar oynamaq kimi baza funksiyaları var. Bu planşet 8 giqabayt yaddaşı olan dörd nüvəli prosessora ma...
Liberallar mühafizəkarlardan çox söyüş söyür
ABŞ-ın Demokratlar Partiyasının üzvləri və onların tərəfdarları, yəni amerikalı liberallar “Twitter” sosial şəbəkəsində Respublikaçılar Partiyasının üzvlərindən və tərəfdarlarından, yəni mühafizəkarlardan daha çox söyüş söyürlər. Novator.az xəbər verir ki, bunu Böyük Britaniya psixoloqları müəyyənlə...
“Facebook”da yeni funksiya: mesajın oxunduğu bilinəcək
Novator.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsində yeni funksiya – “Baxılıb” yaranır. İndiyə qədər istifadəçilər ismarışı oxuyandan sonra ona cavab verməyə tələsmirdilər. Çünki ismarışı göndərən ona baxılıb-baxılmadığını bilmirdi. Bu səbəbdən bir çox “Facebook”çu dostlarının susmağının s...
Kiber-təhlükəsizlik bir ildə dünyaya 445 milyard dollara başa gəlir
Kiber-risklərin artması bir ildə dünya iqtisadiyyatına 445 milyard dollara başa gəlir. “BatBlue” portalında dərc olunmuş sığorta hesabatına görə, bu məbləğin 108 milyardı ABŞ-ın payına düşür. AZƏRTAC “İnterfaks” informasiya agentliyinə istinadla xəbər verir ki, kiber-casusluqla bağlı ris...
“Facebook”da “Xoşuma gəlmir” düyməsi yaranacaq
“Facebook” sosial şəbəkəsi “Xoşuma gəlir” düyməsinin alternativi olan “Xoşuma gəlmir” düyməsinin yaradılması üzərində iş aparır. Bu şəbəkənin banisi Mark Suxerberq mətbuat konfransında bildirib ki, istifadəçilər illər boyu “Xoşuma gəlmir” düyməsinin yaradılmasını xahiş ediblər. O deyib: “Nəhayət, si...
Kosmik gəmini xatırladan ev
İspaniyanın “NOEM” Memarlıq Studiyası Madrid şəhəri ətrafında “Spaceship Home” adlanan ev qurub. Ev rejissor və ya elmi fantastika həvəskarı üçün nəzərdə tutulub. Evin görünüşü və içərisi kosmik gəmini xatırladır. Novator.az xəbər verir ki, memarlar evin tikintisinə 2 ay vaxt sərf ediblər. Binanın i...
“Ultra HD” televizoru bazarı tutur
Bu il dünyada (çoxu Çində olmaqla) 28 milyon “Ultra HD” formatlı televizor satılacaq. Bu barədə “GfK” şirkətinin hesabatında deyilir. Bazarın tədqiqi ilə məşğul olan şirkət nümayəndələrinin sözlərinə görə, Qərbi Avropada satılan hər onuncu televizordan biri “Ultra HD” formatını dəstəkləyəcək və gələ...
Biş-düşü öyrədən robot
“RoboHow” vahid robotlar şəbəkəsinin Avropa alimlərindən ibarət qrupu yeni robot yaradıb. Novator.az xəbər verir ki, “PR2” adlandırılan robotun adamlara kulinariya dərsi keçmək, biş-düşü öyrətmək qabiliyyəti var. Yeni robot insanın gördüyü işləri izləməklə və ya internetdən video reseptləri tapmaqla...
“Skype”da yeni funksiya
“Microsoft” şirkəti “Skype”ın veb versiyasında yeni funksiyanın yaradıldığını açıqlayıb. Novator.az xəbər verir ki, yeni funksiya indiyə qədər yalnız mobil və desktop (yüklənən proqramlar əsasında işləyən versiya) versiyalarında mövcud idi. “Skype”ın veb versiyasının yeni funksiyası qrup şəklində ad...
Elektron ticarətdə ikiqat artım qeydə alınıb
Pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında rəsmi hesabat yayılıb. Dövlət Statistika Komitəsi bəyan edib ki, 2015-ci ilin yanvar-avqust aylarında istehlakçılara 15,9 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çox məhsul satılıb. Satılmış məhsulların 49,9 ...