![]({"full":{"0":"2015\/09\/hp.jpg","1":750,"2":421,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/hp.jpg"}})
ABŞ-ın “Hewlett-Packard” (HP) texnologiya şirkəti server hazırlamaq sahəsində xərclərini azaltmağı planlaşdırır.
Novator.az xəbər verir ki, şirkət bu səbəbdən 30 min əməkdaşını ixtisar etməyə hazırlaşır. Bu ixtisar “HP”yə 2 milyard 700 milyon dollara qənaət etmək imkanı verəcək. Şirkət xərclərin azalması fonunda “HP İnc” qurumunda da 3 min nəfəri ixtisar etməyi planlaşdırır.