Sosial
Ev alanlar çıxarış da aldı
Sabirabad rayonunun Ulacalı kəndində 2010-cu ilin Kür daşqınlarından sonra dövlətin tikdirdiyi yeni evlərə çıxarışlar verilib. Mərasim oktyabrın 27-də keçirilib. Rəsmi məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi kampaniyada 100-dən artıq sakinə birbaşa yaşadıqları ərazilərdə əmlakla...
Dondurulmuş maaşları niyə don vurdu?
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş, heç bir yerdə işləməyən məcburi köçkünlərə 20 ildən çoxdur verilən orta aylıq (dondurulmuş) əmək haqları dayandırılıb. Bu əmək haqları qısaca olaraq dondurulm...
Ukraynada orta maaş nə qədərdir?
Ötən ay Ukraynada orta əməkhaqqı 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 17,3% artıb. Novator.az xəbər verir ki, Dövlət Statistika Xidməti oktyabrın 27-də belə hesabat yayıb. Hesabatda bildirilir ki, sentyabrda orta maaş avqustun göstəricisini 3,3% üstələyərək 7351 qrivnaya (466 manat) çatıb. 2017-...
Sahibkarlara kreditlər verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 27-si Bərdənin Zümürxan kəndində keçirdiyi işgüzar forumda Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verib. Rəsmi məlumatda kreditlərin əsasən heyvandarlıq, bağçılıq, çörək, quru meyvə istehsalı və...
Naxçıvanın yeni sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi yeni hesabat açıqlayıb. Hesabata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalının dəyəri 1 milyard 949 milyon manatdan artıq olub, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Hər bir nəf...
Qiymət 60 dolları haqlayır
Oktyabrın 27-də Azərbaycan neftinin qiyməti yenə artıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt”ın barreli 63 sent bahalaşaraq 59,70 dollara qalxıb. Nyu-York birjasında “Layt” markalı neftin barreli 52,62 dollara, London birjasında “Brent” markalı neftin barreli 59,38 dollara təklif olunur. Azərbaycanın ...
Yalnız ley göyə uçdu
Mərkəzi Bank oktyabrın 27-də xarici valyutaların bir çoxunu ucuzlaşdırıb. Avro 1,9782 manata, gürcü larisi 0,6635 manata, türk lirəsi 0,4447 manata enib. Novator.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,7002 manat, Rusiya rublunun qiyməti 0,0294 manat həddində qalıb. Yalnız Moldova le...
“Azərsu” əhaliyə görə 15 milyon manat aldı
Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün əlavə tədbirlərə sərəncam verib. Sərəncam “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci ilin dövlət büdcəsindən 15 milyon manat ayrılmasını nəzərdə tutur. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, əhaliyə verilən ...
Bakıda gəlir: 7,3 milyard manat, qalan yerlərdə: 623,2 milyon manat
Novator.az 2018-ci ilin dövlət büdcəsi layihəsində bölgələr üzrə gəlir proqnozuna nəzər salıb. Paytaxt Bakı 7 milyard 283,8 milyon manat gəlir proqnozu ilə ilk sırada durur. Qalan şəhər və rayonlar üzrə üst-üstə 623,2 milyon manat gəlir proqnozlaşdırılır. Sumqayıtın 2018-ci ildə 88,5 milyon manat, G...
Sosial ödənişlərlə bağlı yeni hesabat
Oktyabrın 26-da açıqlama yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, hazırda 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. Pensiyaların orta aylıq məbləği 1 oktyabr 2017-ci ilə 203,2 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manat olub. Açıqlamaya əsa...
Azərbaycan nefti 59 dollardan yuxarı qalxdı
Azərbaycan neftinin qiyməti bahalaşır. AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da “AzəriLayt” markalı neftin barrelinin qiyməti 50 sent qalxaraq 59,07 dollar olub. Nyu-York birjasında “Layt” markalı neftin barreli 52,10 dollara, London birjasında “Brent” markalı neftin barreli 58,37 dollara satılır. Az...
Məzənnələr
Oktyabrın 26-da avronun rəsmi kursu 1,9991 manatdan 2,0107 manata yüksəlib. Rusiya rublu isə ucuzlaşaraq 0,0295 manatdan 0,0294 manata düşüb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7002 manat saxlayıb. Gürcü larisi banklara 0,6699 manata, türk lirəsi 0,4527 manata təklif olunur (Məzənnələr). 2017...
Dotasiya almayacaq şəhər və rayonlar
2018-ci ilin dövlət büdcəsi layihəsində mərkəzləşdirilmiş xərclərdən vəsait – dotasiya almayacaq 34 şəhər və rayon var. Novator.az onların siyahısını təqdim edir: Bakı Gəncə Lənkəran Mingəçevir Naftalan Sumqayıt Şəki Şirvan Yevlax Abşeron Ağcabədi Astara Beyləqan Bərdə Biləsuvar Göyçay Hacıqabul Xaç...
Büdcədən hara nə qədər xərclənəcək?
Novator.az 2018-ci ilin dövlət büdcəsi layihəsində bəzi istiqamətlərə nə qədər vəsait ayrılmasına nəzər salıb: tikinti – 4 milyard 927,5 milyon manat; dövlət borcuna və öhdəliklərə xidmət – 2 milyard 262,7 milyon manat; sosial müdafiə və sosial təminat – 2 milyard 197,2 milyon manat; təhsil – 2 mily...
Manat həm çəkildi, həm də qabardı
Mərkəzi Bank oktyabrın 25-də ABŞ dollarının məzənnəsini 1,7001 manatdan 1,7002 manata qaldırıb. Bu, oktyabrın 18-dən bəri ilk yenilənmə olub. Digər valyutaların çoxu isə manata nəzərən ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 1,9991 manata düşüb. Dəyər itirən gürcü larisi bankla...
Gəncədən turizm açıqlaması
Bu ilin 9 ayı ərzində Gəncə şəhərinə 22 min 927 yerli turist gəlib. Xarici ölkələrdən gələn qonaq və turistlərin sayı isə 7 min 800 nəfər olub. Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, yerli turist və qonaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 120 nəfər, xariciləri...
Azərbaycana idxal rəqəmlərdə
Yanvar-sentyabr arası Azərbaycana idxal ötən ilin 9 ayına nisbətən 0,38% artıb. MDB ölkələrindən idxalın 10,29% artdığı, Avropa İttifaqından idxalın 22,62% düşdüyü açıqlanıb. Digər ölkələr üzrə göstəricidə 8,45% yüksəliş var. Novator.az ayrı-ayrı ölkələr üzrə göstəricilərə nəzər yetirib. MDB ölkələr...
Pensiya qanunu
Novator.az oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək pensiyaları haqqında” qanunun yenilənmiş variantını təqdim edir. “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər 2017-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni şərtlərə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb. Lak...
10 əmlak özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsinin oktyabrın 24-də keçirdiyi hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Rəsmi məlumatda bildirilir ki, özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtda, kiçik dövlət müəssisələri Sumqayıt və Naftalan şəhərlərində yerləşir.
8 ayda əhali 8500 ev tikib
Bu ilin 8 ayında (yanvar-sentyabr) vətəndaşların vəsaiti hesabına 8500 fərdi yaşayış evi istifadəyə verilib. Həmin evlərin ümumi sahəsi 1 milyon 228 min kvadratmetrdən çox edir. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, fərdi yaşayış evlərinin 448 min kvadratmetrə yaxını və ya 3...