Sosial
Rublda yüksəliş, avroda ucuzlaşma
Oktyabrın 24-də Rusiya rublunun rəsmi məzənnəsi 0,0295 manatdan 0,0296 manata qalxıb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7001 manat səviyyəsində saxlayıb. Avro isə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, ötən gün banklara 2,001 manata təklif olunmuş avro indi 1,9997 manata satılır. Gürcü la...
Səyahət neçəyədir? (Yeni statistika)
Oktyabrın 24-də Dövlət Statistika Komitəsi səyahət agentlikləri və turizm operatorlarının fəaliyyəti haqqında yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-iyun aylarında agentliklər və operatorların gəlirləri əvvəlki ilin ilk 6 ayı ilə müqayisədə 13...
Daşınmaz Əmlakın Reyestri Xidmətində yeni rejim
Əmlak Məsələləri Dövlət Komitəsi yeni qərar qəbul edib. Oktyabrın 23-də yayılan rəsmi məlumata görə, Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib: bazar ertəsi də iş günü olub. Komitə bildirir ki, vətəndaşlar həftənin birinci günləri də ərazi ofislərində əmlakın qeydiy...
Azərbaycandan ixracın yeni göstəriciləri
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixracı ötən ilin 9 ayına nisbətən 13,35% azalıb. Dövlət Gömrük Komitəsi MDB ölkələrinə ixracın 47,79% artdığını, Avropa İttifaqına ixracın 28,92% azaldığını bəyan edib. Digər ölkələrə ixrac 1,47% irəliləyib (Rəsmi hesabat). Novator.az ayrı-ayrı ölk...
Dollar sabitdir, başqaları…
Mərkəzi Bank oktyabrın 23-də ABŞ dollarının məzənnəsini yenə dəyişməyib: 1,7001 manat. Bu rəsmi kurs oktyabrın 18-dən qüvvədədir. Bir çox valyutada yenilik var. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 2,0087 manatdan 2,001 manata, Rusiya rublu 0,0296 manatdan 0,0295 manata düşüb. Ucuz...
Saatdan əl çəkənlər və başqaları
2016-cı ilin martında Azərbaycanın Nazirlər Kabineti yay vaxtının tətbiqi haqqında 1997-ci ildən qüvvədə olan qərarı ləğv edib. Həmin vaxtadək hər il martın son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabrın son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi il...
Büdcə: gəlir 20 faiz, xərc 16,5 faiz artır
Prezident İlham Əliyev 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri Milli Məclisə təqdim edib. Oktyabrın 20-də Maliyyə Nazirliyi layihələrin təqdimatını açıqlayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır. Bu, 201...
Neft və qazsız ixrac 14 faizə çatmır
Bu ilin 9 ayında Azərbaycandan ixracın 86,57 faizi neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, yanvar-sentyabr aylarında ixracın 72,24 faizini xam neft, 2,93 faizini neft məhsulları, 11,4 faizini təbii qaz təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 9 ayda xam neft ixracında 20 ...
İlin əsas xarici ticarət tərəfdaşları
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin yanvar-sentyabr aylarında əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 14,24 faizi həcmində göstərilir. Türkiyə 13,68 faizlə ikinci, Rusiya 10...
Neft Fondunun sərvəti
Dövlət Neft Fondu (DNF) 9 aylıq hesabat yayıb. Novator.az-a verilən rəsmi məlumata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında büdcə gəlirləri 8 milyard 793,4 milyon manat, xərclər 6 milyard 911,7 milyon manat olub. Hesabat dövrü ərzində 4 milyard 300 milyon manat vəsait dövlət büdcəsinə transfert ...
9 ayın yekunu: ixrac azalıb, idxal artıb
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi ötən ilin 9 ayına nisbətən 7,92 faiz azalaraq 14 milyard 321,5 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin 9 aylıq hesabatında bildirilir ki, ixracda (8 milyard 143,9 milyon dollar) 20...
20 oktyabr məzənnələri
Oktyabrın 20-də avronun rəsmi kursu 2,0063 manatdan 2,0087 manata qalxıb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7001 manat, Rusiya rublunun kursunu 0,0296 manat səviyyəsində saxlayıb. Novator.az-ın məlumatına görə, gürcü larisi banklara 0,6836 manata, ingilis funt sterlinqi 2,2277 manata, türk l...
Güzəştli kreditlərin həcmi 100 milyon manatı ötdü
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 19-u Ağdaşın Qulbəndə kəndində işgüzar forum keçirib. Rəsmi məlumata görə, forumda Aran iqtisadi rayonunun sahibkarlıq subyektlərinə 10,7 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq, əkinçilik, quşçuluq, mebel istehsalı və sai...
Büdcə necə icra olunur?
Oktyabrın 19-da Maliyyə Nazirliyi 9 aylıq büdcə hesabatı açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 12 milyard 45,1 milyon manat, xərcləri 12 milyard 783,7 milyon manat olub, 783,6 milyon manat məbləğində büdcə kəsiri (defisit)...
Nazirlik iş yeri arayışına dair hesabat yayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin yanvar-sentyabr aylarında 221 min 656 dəfə müraciət edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çoxdur. Rəsmi hesabata görə, istifadəyə verildiyi 2014-cü ilin dekabr ayından bu yana “...
Avro və rublda yeniliklər
Mərkəzi Bank oktyabrın 19-da avronun və Rusiya rublunun məzənnələrini dəyişib. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 2 manatdan 2,0063 manata qalxıb, Rusiya rublunun məzənnəsi 0,0297 manatdan 0,0296 manata düşüb. ABŞ dolları 1,7001 manat səviyyəsində qalıb, gürcü larisi 0,6836 manata, t...
Əmək Müfəttişliyi Xidməti 95 min manata yaxın vəsait ödətdirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında 94563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənməsini təmin edib. Rəsmi hesabata görə, həmin vəsaitin 93,3 faizi əmək haqları, 4,2 faizi sosial müavinət və kompensas...
Soros öz fonduna 18 milyard dollar bağışladı
Macar əsilli amerikalı maliyyəçi Corc Soros Açıq Cəmiyyət Fonduna (Soros Fondu) 18 milyard ABŞ dolları bağışlayıb. Novator.az-ın məlumatına görə, Açıq Cəmiyyət Fondu bununla Sorosun varidatının böyük hissəsinə sahib olduğunu, Bill və Melinda Qeyts Fondundan sonra ABŞ-da ikinci ən böyük xeyriyyə təşk...
Orta maaş: bir sektorda 3 min manatdan çox, başqasında 500 manatdan az
Bu ilin 9 ayında ölkədə orta əməkhaqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 464,5 manat olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Hesabatda qeyd olunur ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ort...
Dollar düşüb başqalarını da aşağı çəkdi
Oktyabrın 18-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manata enib. Mərkəzi Bank oktyabrın 11-dən dolları 1,7003 manata satırdı. Digər valyutaların da bir çoxu ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 2 manata, gürcü larisi 0,6847 manata, türk lirəsi 0,4638 manata geriləyib. Rusi...