Siyasət
Ermənistana pul axını bir ildə 30 faiz azalıb
2015-ci ildə Rusiyadan Ermənistana şəxsi köçürmələr 36 faiz azalıb. Transparency.az xəbər verir ki, Ermənistanın Mərkəzi Bankı fevralın 1-də belə hesabat yayıb. İl ərzində köçürmələrin 518,29 milyon dollar azalaraq 915,9 milyon dollar olduğu bildirilir. Əvəzində Ermənistandan Rusiyaya pul vəsaiti ax...
Azadlıq təklifləri
“Azadlıq təklifləri” ilk dəfə 2007-ci ilin avqustunda “Azadlıq üçün təkliflər” adı altında işıq üzü görüb. “Azadlıq təklifləri”ndə müəllif azadlıq hüququnun genişləndirilməsi üçün imtiyazları kütləviləşdirmək, həbsdən mühakiməyə keçmək, günahların və günahlandırmaların sayını azaltmaq, qanunlara əmə...
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindədir
Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib. Abu Dabinin Prezident hava limanında rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin ali baş komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl ...
Yaz sessiyasının ilk iclası keçirilib
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin intizam komissiyasının təşkil edilməsi, hesablayıcı komissiyanın yenidən təşkil olunması, parlamentin komitələrinin yeni üzvlərinin seçilməsi, 2016-cı il yaz sessiyasının qanunvericilik...
Rusiya mediasında ən çox kimlərin adı çəkilir?
Rusiyanın “İnterfaks” agentliyi “Xəbərlərin kompleks analizi sistemi” çərçivəsində ölkənin kütləvi informasiya vasitələrində ən çox adı hallanan şəxslərin reytinqini tərtib edib. Novator.az xəbər verir ki, siyahının ilk pilləsində Rusiya prezidenti Vladimir Putin dayanır. “İnterfaks”ın təhlilinə gör...
Dağıstanın 800-dən çox sakini Yaxın Şərqdə vuruşur
Dağıstanın 800-dən çox sakini İraq və Suriyada silahlı qruplaşmaların tərkibində vuruşur. Novator.az xəbər verir ki, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov parlamentə müraciətində açıqlayıb. Abdulatipov qeyd edib ki, Dağıstan sakinlərinin Yaxın Şərq ölkələrində terrorçu ...
Corc Soros Hillari Klintona 6 milyon dollar bağışlayıb
Amerikalı milyarder Corc Soros ABŞ-ın sabiq dövlət katibi, hazırda Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq uğrunda mübarizə aparan Hillari Klintonun seçki kampaniyası üçün 6 milyon dollar bağışlayıb. Novator.az xəbər verir ki, milyarderin bu məbləği bağışladığı Klintonun seçki qərargah...
Azərbaycanın beynəlxalq kredit reytinqi enib
“Standard & Poor’s” reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Xəbəri Maliyyə Nazirliyi yayıb. Nazirlik qeyd edir ki, 31 iyul 2015-ci ildə agentlik Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsin...
Prezident: “Neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır”
Yanvarın 29-da prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Xəbəri AZƏRTAC yayıb. Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən İlham Əliyev Heydər Əliyevin təşəbbüsü ilə 1996...
AŞPA-da QHT müzakirəsi
Avropa Şurası Parlament Assambleyasının 28 yanvar iclasında QHT mövzulu iki məruzə müzakirə olunub. AZƏRTAC xəbər verir ki, 30-dan artıq deputatın qatıldığı müzakirələrdə Azərbaycan nümayəndə heyətindən Rafael Hüseynov da çıxış edib. “Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin ro...
Avropa Məhkəməsi müraciət və qərar statistikası yayıb
Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, məruzədə bildirilir ki, ötən il məhkəməyə ümumilikdə 64 min 850 şikayət daxil olub. Məlumata əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox Ukraynadan (13 min 850 şikayət və ya ümumi...
“Bunu xalqın “etirazı” kimi qələmə vermək çox qüsurlu yanaşmadır”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibə verib. Devalvasiyadan sonra yaranmış vəziyyətə, yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında etiraz aksiyalarına toxunan Əli Həsənov deyib: “Bundan əvvəlki illərdə də hansısa h...
Ekoloji effektivlik: Azərbaycan 180 ölkə arasında 31-cidir
Yel və Kolumbiya universitetləri dünya ölkələrinin 2016-cı il üçün ekoloji effektivliyi (Environmental Performance İndex) hesabatı hazırlayıblar. Novator.az xəbər verir ki, 180 ölkə üzrə aparılan ekoloji reytinqin əsas faktorları sakinlərin sağlamlığının qayğısına qalınması, su ehtiyatlarının, təbiə...
İki səfir geri çağırıldı, üç yeni təyinat oldu
Prezident İlham Əliyev Azərbaycanın diplomatik korpusu ilə bağlı sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, dövlət başçısı Vaqif İsmayıl oğlu Sadıqovu BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə, Tural Anar oğlu Rzayevi Misirdə, Elxan Ca...
Müsavatçı gəncin həbsi: nə baş verir?
Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən müsavatçı gənc Elvin Paşayev narkotik maddənin satışında ittiham olunur. Bunu Turan-a vəkil Nemət Kərimli deyib. E.Paşayev yanvarın 23-də saxlanılıb. Həmin vaxtdan yanvarın 25-nə kimi valideynləri övladları barəsində hüquq mühafizə orqanlarından məluma...
Azərbaycan Korrupsiya Qavrama İndeksində (2000-2015-ci illər)
Azərbaycan Korrupsiya Qavrama İndeksi (KQİ) hesabatına salındığı ilk ildə (2000-ci il) 90 ölkə arasında 1,5 balla 87-ci olub. “Transparency İnternational” təşkilatının 1995-ci ildən dərc etdiyi Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq d...
Korrupsiya indeksi: Azərbaycan 168 ölkə arasında 119-cudur
“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi 2015-ci ilin Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alır. Transparency.az xəbər verir ki, 2015-ci il indeksinin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın ...
“Heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil”
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan 26 yanvar konfransında danışan prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı üçün çox işlər görüldüyünü vurğulayıb: “Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi — ...
Prezident: “Nə olar, biz çətinliklə də üzləşməliyik”
“İqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik”. Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı giriş nitqi...
AŞPA Qarabağ məsələsinə aid qətnaməni qəbul etmədi
Avropa Şurası Parlament Assambleyasının 26 yanvar iclasında britaniyalı deputat Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə səsə qoyulub. APA-nın Strasburqdan yaydığı xəbərə görə, lehinə 66, əleyhinə 70 nəfər...