Siyasət
Rusiyadan Qarabağ açıqlaması
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 14-də Qarabağ münaqişəsiylə bağlı açıqlama verib. Novator.az-ın məlumatına görə, Mariya Zaxarova bildirib ki, Moskva münaqişə tərəflərini kompromis əldə olunması üçün güc tətbiqindən imtinaya və siyasi iradə nümayiş etdirməyə çağırır...
“Boinq-777”in Rusiya istehsalı olan raketlə məhv edildiyi təsdiqləndi
Beynəlxalq ekspertlərin 2014-cü ilin iyulun 17-də Ukraynanın Donetsk vilayətində yerə düşmüş “Boinq-777” sərnişin təyyarəsi ilə bağlı yekun rəyi açıqlanıb. Novator.az xəbər verir ki, oktyabrın 13-də Niderland Təhlükəsizlik Şurasının açıqladığı rəydə təyyarənin Rusiya istehsalı olan “Buk” zenit-raket...
Mərkəzi Seçki Komissiyası namizədlərin rəsmi siyahısını açıqlayıb
Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisində qeydə alınan namizədlərin rəsmi siyahısını açıqlayıb. Deputat mandatı uğrunda 1246 namizəd mübarizə aparır (Siyahı). Parlament seçkisinin təqvim planına əsasən, təşviqat kampaniyası oktyabrın 31-də bitəcək. Seçki noyabrın 1-də 125 dairənin 5386...
Prezident: “Düşmənə sarsıdıcı zərbələr vururuq”
“Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər”. Bu sözləri prezident İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında söyləy...
Dövlət başçısı idarəetmə sistemində dəyişikliyə ehtiyac duyur
Prezident İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, bu sahəyə yenidən baxmalıyıq. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 2...
İlham Əliyevdən tələblər və xəbərdarlıqlar
“Bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi – 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbətt...
Prezidentin sədrliyi ilə iclas – VİDEO
Oktaybrın 12-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident: “Yoxlamaların sayı kəskin şəkildə aşağı salınmalıdır”
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında danışan prezident İlham Əliyev dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəyə qarşı təzyiqlərə baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini deyib: “Bu dövrdə iqtisadiyyat 3,7 faiz, s...
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni mərhələsi başlayır
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar oktyabrın 5-də Azərbaycana səfər etdi. Hulusi Akar səfər çərçivəsində Azərbaycan prezidenti, baş naziri, Milli Məclisin sədri və müdafiə naziri ilə görüşdü. Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələr...
Qırğızıstanda müdafiə naziri cinayət məsuliyyətinə alındı, postunu itirdi
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Antikorrupsiya Xidməti oktyabrın 12-də müdafiə naziri Əbibilla Kudayberdiyevə cinayət işi qaldırıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və israfçılıqda təqsirləndirilir. Transparency.az xəbər verir ki, istintaqın araşdırmalarına görə, nazir “Əsgər-...
Türkiyə, qanlı terrorların qısa tarixçəsi
Bu il oktyabrın 10-da paytaxt Ankarada baş verən, 100 nəfərə yaxın insanın ölümü ilə nəticələnən terror hadisəsi Türkiyədə Cümhuriyyət qurulandan – 1923-cü ildən bəri törədilmiş ən qanlı terror aksiyasıdır. Novator.az Türkiyənin Hurriyet.com.tr saytına istinadla son onilliklərdə bu ölkədə törə...
Ankarada terror
Oktyabrın 10-da Türkiyə paytaxtı Ankarada dəmiryol stansiyası yaxınlığındakı yol qovşağının altında, nümayiş zamanı terror törədilib. Partlayışların iki terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir. Hökumət Ankaradakı partlayışlar da daxil olmaqla son aylar törədilən terror aktları nəticəsin...
Lukaşenko yenə prezident seçildi
Belarusda oktyabrın 11-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az bildirir ki, dörd namizədin yarışdığı seçki marafonu 22-ci ildir dövlət başçısı postunu tutan Aleksandr Lukaşenkonun qələbəsi ilə başa çatıb. İlkin nəticələrə görə, Lukaşenko 83,49% səs toplayaraq r...
Ən az namizəd hansı dairələrdə qeydə alınıb?
Noyabrın 1-də 125 dairə üzrə keçiriləcək deputat seçkilərində 1200-dən çox namizəd mübarizə aparır. Hər dairəyə orta hesabla 10 namizəd düşür. Transparency.az qeyd edir ki, ən az namizəd 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur dairələrində qeydə alınıb. Bu dairələrin hər birində deputat mandatı uğrun...
Nobel sülh mükafatını onlar aldılar
2015-ci ilin sülh üzrə Nobel mükafatı Tunis Milli Dialoq Kvartetinə verilib. İsveç Akademiyası kvarteti bu mükafata 2011-ci ildə “yasəmən inqilabı”ndan sonra Tunisdə demokratiyanın qurulmasına verdiyi mühüm töhfəyə görə layiq görüb. Novator.az xəbər verir ki, kvartetdə (dördlükdə) Tunisin dörd ictim...
Azərbaycan prezidenti: “Terrorçuları yaxşı və pisə ayırmaq olmaz”
Prezident İlham Əliyev oktyabrın 8-i Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə sərt bəyanatlar verib. O deyib ki, Azərbaycanda təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir: “Ölkə daxilində po...
Sərkisyan referendum təyin etdi
Ermənistanda konstitusiya referendumu bu il dekabrın 6-da keçiriləcək. Transparency.az xəbər verir ki, ölkə prezidenti Serj Sərkisyan oktyabrın 8-də belə sərəncam imzalayıb. Ermənistan parlamenti ölkənin idarə üsulunun dəyişməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini oktyabrın 5-də qəbul e...
Eldar Həsənovun yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənovun 60 illik yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb. Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiy...
“Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir”
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda ingilis dilində nəşr olunan “Caucasus İnternational” jurnalına müsahibə verib. O deyib ki, beynəlxalq münasibətlər sistemində çox mürəkkəb və gərgin bir vəziyyət yaranıb: “SSRİ-nin dağılmasında...
Rusiyanın Xəzər dənizindən Suriyaya açdığı atəş – VİDEO
Rusiyanın Xəzər dənizindəki hərbi gəmiləri İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub. Bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də açıqlayıb. Putin bildirib ki, Rusiyanın Xəzər Donanmasındakı gəmilər 1500 kilometr uzaqda yerləşən İŞİD obyektlərini yüksək dəqiqliklə vura bilib. Həmin gün “R...