![]({"full":{"0":"2016\/02\/ISHID.jpg","1":600,"2":340,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/02\/ISHID.jpg"}})
İŞİD terror qruplaşması öz təbliğatını ən çox üç dildə – ərəb, ingilis, rus dillərində aparır. Novator.az xəbər verir ki, bunu fevralın 10-da MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov açıqlayıb.
Novikov bildirib ki, İŞİD-in rus dilini əsas təbliğat dillərindən biri kimi seçməsində məqsədi Rusiya və Mərkəzi Asiya regionundan könüllülər cəlb etmək, bu regionlardakı insanları ələ almaqdır. Bu baxımdan general-polkovnik Andrey Novikov vurğulayıb ki, Rusiya və Mərkəzi Asiya ölkələri İŞİD-in strateji hədəfinə çevrilib.
Novikov deyib ki, son aylarda Rusiyanın İŞİD-in Suriyadakı bazalarına aviasiya zərbləri endirməsi nəticəsində terrorçu qruplaşmanın cəlb etdiyi, MDB dövlətlərindən olan insanlar Suriyanı kütləvi şəkildə tərk etməyə başlayıblar.