Siyasət
Mandat təhvil verilməlidir
Milli Məclisin deputatı Mehriban Əliyeva fevralın 21-də birinci vitse-prezident təyin edilib. Novator.az bildirir ki, konstitusiya görə, Mehriban Əliyeva mandatını təhvil verməlidir. Ana qanunun 85-ci maddəsinə əsasən, icra hakimiyyəti sistemində qulluq edən şəxs Milli Məclisə deputat seçilə bilməz....
İlk xarici təbrik Ərdoğandan gəldi
Fevralın 21-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib. O, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb. Türkiyə prezidenti Mehriban Əliyeva ilə də danışaraq onu təbrik edib, yüksək dövlət vəzifəsindəki...
Birinci vitse-prezident ölkənin ikinci şəxsi deməkdir
Xəbər verdiyimiz kimi, fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib. Beləliklə, Azərbaycan Konstitusiyasına əsasən, Mehriban Əliyeva ölkənin ikinci ali vəzifəli şəxsi statusu alıb. Novator.az xatırladır ki, vitse-prezidentlik institutu Azərbaycan...
Ukrayna ərazisinin 7,2 faizini itirib
Rusiyanın Ukraynaya hərbi təcavüzünün nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyi fevralın 21-də rəsmi bilgi yayaraq bəyan edib ki, ölkə ərazisinin 7,2%-i işğal olunub, dövlət sərhədinin 409,7 kilometrinə nəzarət itirilib. Nazirliyin hesabatına əsasən, silahlı...
Mehriban Əliyeva Təhlükəsizlik Şurasında təqdim olunub
Fevralın 21-də prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda İlham Əliyev ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanı təqdim edib. Mehriban Əliyeva birinci vitse-prezident postuna fevralın 21-də dövlət başçısının sərəncamı ilə...
Mehriban Əliyeva birinci vitse-prezident təyin edildi
Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib. Novator.az xəbər verir ki, dövlət başçısı sərəncamı fevralın 21-də imzalayıb. Mehriban Əliyeva 1964-cü ildə Bakıda doğulub. 1988-ci ildə 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitir...
Sərkisyan: “Azərbaycandan birtərəfli güzəşt gözləmirik”
Ermənistan prezidenti Serj Sərkisyan fevralın 20-si Müdafiə Nazirliyində Silahlı Qüvvələrin rəhbər heyətinin müşavirəsinə qatılıb. Novator.az-ın məlumatına görə, Sərkisyan müşavirədəki çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarında hər hansı bir irəliləyiş əlaməti ...
Qarabağdakı qanunsuz səsvermənin nəticələri
İşğaldakı Azərbaycan torpaqlarında fevralın 20-də keçirilmiş qanunsuz “konstitusiya referendumu” ilə bağlı rəqəmlər açıqlanıb. Novator.az-ın məlumatına görə, işğalçı rejim qeyri-qanuni aksiyaya 79,4 min nəfərin qatıldığını iddia edir. Bu, səsvermə siyahısına salınmış 102,7 min nəfərin 76 faizindən ç...
Rusiyada Donetsk və Luqansk sorğusu
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi Ukraynada yaradılmış separatçı rejimlərə münasibəti öyrənib. Novator.az-ın məlumatına görə, fevralın 5-6-sı telefonla 1200 rusiyalının rəyi öyrənilib. Fevralın 20-də açıqlanan nəticələrə görə, rəyi öyrənilənlərin 24%-i Donetsk və Luqansk rejimlərinin “müstəqil...
Prezident hansı referendumu mümkün sayır?
Prezident İlham Əliyev fevralın 18-i Münhendə BMT-nin baş katibi Antonio Quterreşlə Qarabağ müzakirəsi aparıb. Baş katibin münaqişənin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə bağlı sualına dövlət başçısı belə cavab verib: “Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qa...
Azərbaycan Ermənistandan 20 dəfə çox silah alır
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu silahlanma haqda illik hesabat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, hesabatda qeyd olunur ki, dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycan 21-ci yeri tutur. 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007...
Qanunsuz aksiyaya nə qədər adam cəlb olunub?
Fevralın 20-si Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz “konstitusiya referendumu” keçirilir. Novator.az bildirir ki, işğalçı rejim qeyri-qanuni aksiya üçün siyahılara 102 min 757 nəfərin adını daxil edib. Dağlıq Qarabağda yaşayanların 69 faizinin səsvermə hüququ olduğu açıqlanıb. İşğal z...
Münhendə Qarabağ bəyanatları
“Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”. Prezident İlham Əliyev fevralın 18-i Münhen Təhlükəsizlik Konfransı zamanı keçirilən Avrasiyada əməkdaşlıq və problemlər müzakirəsində belə deyib. Dövlət ...
Ukrayna ordusu müharibədə 2 mindən çox hərbçi itirib
Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində verdiyi itkilər açıqlanıb. Novator.az-ın məlumatına görə, Silahlı Qüvvələrin komandanı – Baş Qərargah rəisi Viktor Mujenko fevralın 17-də bəyan edib ki, 2014-cü ilin aprelindən bəri 2 min 197 hərbçi həlak olub, 8 min nəfər yaralanıb. 2014-cü ilin fevralı...
İlham Əliyev dəyirmi masada çıxış edib
Prezident İlham Əliyev fevralın 17-si Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEK-in qayıdışı və neft geosiyasəti” mövzusunda dəyirmi masada çıxış edib. Həmin gün İlham Əliyev Ukrayna paytaxtı Kiyevin meri, İslahatlar Naminə Demokratik Alyansın sədri Vitali Kl...
Ermənistanda seçkiyə 9 siyasi qüvvə qatılıb
Ermənistanın Mərkəzi Seçki Komissiyası fevralın 16-da parlament seçkisinə qatılan partiya və bloklardan sənədlərin qəbulunu başa çatdırıb. Parlament seçkisi aprelin 2-də keçiriləcək. Qeydiyyat fevralın 26-da bitir, seçkiqabağı təşviqat martın 5-dən 31-nə qədər davam edəcək. Novator.az-ın məlumatına ...
Minsk qrupu yenə dincliyə çağırır
Münhen Təhlükəsizlik Konfransına qatılan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ), həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsini...
Prezident Münhendədir
Prezident İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniyaya işgüzar səfərə gedib. Münhenin beynəlxalq hava limanında dövlət başçısını rəsmi şəxslər qarşılayıb. Xəbəri AZƏRTAC yayıb.
Ter-Petrosyan seçkiyə qatıldı
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 2-də keçiriləcək parlament seçkisinə qatılıb. Novator.az-ın məlumatına görə, Ter-Petrosyan lideri olduğu Erməni Milli Konqresi ilə Xalq Partiyasının qurduğu blokun proporsional siyahısından namizəd göstərilib. Onun adı siyahıda birinci yerd...
Berdiməhəmmədov rəsmən qalib elan olundu
Türkmənistan Mərkəzi Seçki Komissiyası fevralın 12-də keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, indiki prezident Qurbanqulu Berdiməhəmmədov rəsmi qərarla qalib elan olunub. Onun 97,7%, qalan 8 rəqibinin isə üst-üstə 2,3% səs topladığı bəyan edilib. MSK-...