Siyasət
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. Oktyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsi bu haqda açıqlama yayıb. Açıqlamada deyilir ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin...
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Paytaxtdakı “Baku City Hospital” xəstəxanasına yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Oktyabrın 29-u axşam saatlarında Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Avtomobilin sürücüsü Oqtay G...
İstefa ərizəsi
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru Hafiz Paşayev prezident İlham Əliyevə ərizə ilə müraciət edib. APA-nın məlumatına görə, o, xarici işlər nazirinin müavini vəzifəsindən azad olunmasını istəyib. Hafiz Paşayev istefa ərizəsində göstərib ki, Azərb...
Erməni layihəsi dəstəkləndi
ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası oktyabrın 29-da qondarma erməni soyqırımını tanıyan və pisləyən qətnamə qəbul edib. Novator.az bildirir ki, qətnamə layihəsini 405 konqresmen dəstəkləyib, 11 nəfər sənədin əleyhinə çıxıb, 3 nəfər bitərəf qalıb. Nümayəndələr Palatası 435 nəfərdən...
Məhkəmə cəzaları ikiyə vurdu
Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Seymur Həzi ilə bağlı yeni qərar qəbul edib. Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan iki gün qabaq Bakıda tutulan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. Xətai Rayon Məhkəməsi onu xırda xuliq...
Tofiq Yaqublunun şikayətinə baxış təxirə düşdü
Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində müsavatçı, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayətinə baxış start götürüb. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin proses zamanı qaldırdığı vəsatətlərin dəyərləndirilməsi...
Rektora “Şöhrət” ordeni
Prezident İlham Əliyev Heydər Əsədovu “Şöhrət” ordeni ilə təltif edib. Oktyabrın 29-da imzalanan sərəncamda təltif Heydər Əsədovun təhsilin inkişafında xidmətləri ilə əsaslandırılıb. Novator.az bildirir ki, Heydər Əsədov bu il aprelin 3-dən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. Oktyabrı...
Belçikada siftə
Belçikada baş nazir postu ölkənin tarixində ilk dəfə qadına həvalə olunub. Novator.az-ın məlumatına görə, kral Filipp oktyabrın 27-də Sofi Vilmesi hökumət başçısı postuna təyin edib. İslahatçı Hərəkat Partiyasının təmsilçisi olan Sofi Vilmes baş nazir postunda Şarl Mişeli əvəzləyib. 2014-cü ildən ba...
Kimlər azadlığa çıxıb?
Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasından əvvəl və aksiya günü tutularaq inzibati həbs cəzası alanların bir qismi azadlığa çıxıb. Novator.az-ın məlumatına görə, AXCP üzvləri Əlizamin Salayev və Elxan Əliyev 15 sutkalıq, müsavatçı Qoşqar Nuralıyev, AXCP üzvləri Tofiq Məmmədov, Süb...
AXCP üzvü tutulub
AXCP üzvü Emin Manıyev tutulub. Onu mülki geyimli şəxlər oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında tutub avtomobilə oturdaraq aparıblar. Sosial şəbəkədə Emin Manıyevin tutulduğu anı əks etdirən video da yayılıb. Emin Manıyevin niyə tutulduğu və hara aparıldığı haqda hələ ki, rə...
Qarabağlıların bəyanatı
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Zəngilanın işğalının 26-cı ili ilə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri Azərbaycanın cənub-qərb bölgəsinə genişmiqyaslı hücuma keçib: “Ermənistan ordusunun hücumda baş...
Seçki yarışı: 3 partiya, 4765 iddiaçı
Mərkəzi Seçki Komissiyasının (MSK) 28 oktyabr iclasında dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Yeni Azərbaycan Partiyasına prezident İlham Əliyev, Demokratik...
“Bizim gücümüzün mənbəyi budur”
AZƏRTAC prezident İlham Əliyevin 28 oktyabr çıxışlarının mətnlərini yayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı zamanı kollektivlə görüşən dövlət başçısı deyib ki, müəssisədə 50-dən çox iş yeri yaradılıb: “Gələcəkdə iş yerlərinin sayı daha çox olacaq. Burada iş şəraiti də,...
Seymur Həzinin şikayəti: qərar verildi
Oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü, jurnalist Seymur Həzinin şikayətinə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin Seymur Həziyə inzibati həbs cəzasının verilməsi barədə qərarını qüvvədə saxlayıb. Demokratik Qüvv...
Ermənistan hərbi xərclərini nə qədər artırır?
Ermənistan parlamenti 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayıb. Novator.az xəbər verir ki, layihədə xərclər 1 trilyon 880,2 milyard dram (3,9 milyard dollara yaxın), gəlirlər 1 trilyon 697,6 milyard dram (3,6 milyard dollar) göstərilir. Proqnoza əsasən, müdafiə xərcləri 2019-cu ...
Qafqazdakı bələdiyyələrin müqayisəli təhlili
İqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında dərc olunan yazısında Cənubi Qafqazda yerli özünüidarə sistemini müqayisəli təhlil edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, əksmərkəzləşmə, demokratik yerli özünüidarənin formalaşdırılması baxımından keçmiş SSRİ məkanını 2 hiss...
Arif Hacılı 5 nəfərdən müsbət cavab alıb
Müsavat başqanı Arif Hacılı dəyirmi masaya dəvət etdiyi 8 nəfərin 5-dən müsbət cavab alıb. Oktyabrın 23-də Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb: “Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur....
Prezident kürsüsü müxalif namizədə qismət oldu
Argentinada oktyabrın 27-də keçirilmiş prezident seçkisi sol mərkəzçi müxalif namizəd Alberto Fernandesin qələbəsi ilə başa çatıb. Novator.az-ın məlumatına görə, o, 47,8% səslə önə çıxıb. İndiki dövlət başçısı Maurisio Makri 40,6% səs yığıb. Ölkə qanunlarına əsasən, prezident seçkisinin ilk turunda ...
İki yerdən biri
Demokratik Qüvvələrin Milli Şurası yenə paytaxtda mitinq keçirmək qərarı verib. Novator.az-ın məlumatına görə, noyabrın 2-si saat 15-ə təyin olunmuş aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən biri istənir: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayo...
ABŞ Konqresində erməni layihəsi
ABŞ Konqresinin aşağı instansiyası olan Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsinə baxmağa hazırlaşır. Novator.az-ın məlumatına görə, Amerika Erməniləri Milli Komitəsi oktyabrın 25-də “Erməni soyqırımına dair ABŞ protokolunun təsdiqi” adlanan layihənin gələn həftə s...