• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İstefa ərizəsi

  • 30 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru Hafiz Paşayev prezident İlham Əliyevə ərizə ilə müraciət edib. APA-nın məlumatına görə, o, xarici işlər nazirinin müavini vəzifəsindən azad olunmasını istəyib.

Hafiz Paşayev istefa ərizəsində göstərib ki, Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq belə addım atır.

Novator.az bildirir ki, Hafiz Paşayev 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini və Atom Enerjisi İnstitutunun (Moskva) aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri doktorudur.

Azərbaycanın ABŞ-da (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub. 2006-cı ildən xarici işlər nazirinin müavinidir. Onun rektorluq etdiyi universitet Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərir. Hafiz Paşayev nazirliyin kollegiya üzvüdür.

Hazırda xarici işlər naziri postunu Elmar Məmmədyarov tutur. Nazirin Hafiz Paşayevdən savayı 5 müavini də var: Mahmud Məmməd-Quliyev, Xələf Xələfov, Nadir Hüseynov, Ramiz Həsənov, Araz Əzimov.

Bu ay prezident İlham Əliyev hökumətdə kadr və struktur yenilikləri aparıb. 8-23 oktyabr arasında Novruz Məmmədovu baş nazir vəzifəsində Əli Əsədov əvəzləyib; Əli Həsənov və Hacıbala Abutalıbov baş nazirin müavini, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postlarından çıxarılıblar; Şahin Mustafayev iqtisadiyyat nazir kürsüsündən baş nazirin müavini postuna, Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən iqtisadiyyat naziri postuna keçib; həmçinin Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq xidmətlər statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Erməni layihəsi dəstəkləndi

  • 30 Oktyabr 2019
  • comments

Sabitlik və yeniliklər

  • 30 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda