Siyasət
Boliviyanın yeni rəhbəri
Boliviyada prezident səlahiyyətləri parlamentin yuxarı palatasının – Senatın sədr müavini Janin Anyesə həvalə olunub. Noyabrın 10-da prezidentlikdən əl çəkən Evo Morales Meksikaya sığınıb. 1959-cu il təvəllüdlü Evo Morales ilk dəfə 2005-ci ildə prezident seçilib. Onun ilk hakimiyyəti dövründə konsti...
Müsavat başqanının müavini inzibati həbsə gedib
Noyabrın 12-si gündüz polisin saxladığı Müsavat Partiyasının başqanı Arif Hacılı həmin gün axşam buraxılıb. Arif Hacılının maşınını saat 13:30 radələrində paytaxtda Dövlət Yol Polisinin əməkdaşları saxlamış, partiya lideri düşürülərək başqa bir maşınla aparılmışdı. Axşamüstü Arif Hacılının Nərimanov...
“Bu etimad mütləq deyil”
Prezident İlham Əliyev noyabrın 12-də İlqar Abbasovu Şirvan şəhərinin, Mərdan Camalovu Zərdabın, Əziz Əzizovu Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra başçıları təyin olunmaları (İcra hakimiyyətlərində yerdəyişmələr) ilə bağlı qəbul edib. AZƏRTAC-ın məlumatına görə, İ...
Baş nazir hökumət layihəsinə qurban getdi
Moldova parlamenti noyabrın 12-də hökumətə etimadsızlıq göstərib. Novator.az-ın məlumatına görə, qərarı 101 yerlik parlamentin 63 deputatı dəstəkləyib. Bu il fevralın 24-də seçilmiş parlamentdə Rusiyaya yaxınlığı ilə tanınan Sosialist Partiyası 36 mandata sahibdir. Qərbə yaxın qurumlardan Demokrat P...
Müsavatın aksiyası: tutulanlar var
Müsavat başqanı Arif Hacılı noyabrın 12-də tutulub. “Basta” saytının məlumatına görə, saat 13:30 radələrində Arif Hacılının maşınını Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Avtomobilindən düşürülən Arif Hacılını mülki geyimli şəxslərin başqa bir maşınla naməlum istiqamətdə apardığı bildirilir. Mü...
Cabbardan sonra
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyada tutulan AXCP fəalı Cabbar Savalanlı 20 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyas...
İcra hakimiyyətlərində yerdəyişmələr
Prezident İlham Əliyev İlqar Namaz oğlu Abbasovu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Noyabrın 12-də imzalanan digər sərəncamla İlqar Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan M...
Evo Morales Meksikaya sığınır
Boliviyanın sabiq prezidenti Evo Morales ölkəni tərk edib. Noyabrın 12-də yayılan məlumata görə, Meksikadan siyasi sığınacaq alan siyasətçi həmin ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə yola düşüb. Novator.az bildirir ki, 1959-cu il təvəllüdlü sosialist Evo Morales ilk dəfə 2005-ci ildə pr...
ADR Hərəkatı piket keçirməyə qərar verib
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 19-u Bakıda piket keçirməyə qərar verib. Qərar hərəkatın İdarə Heyətinin 11 noyabr iclasında qəbul edilib. Piketi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirmək, aksiyada 2020-ci ildən uşaq pulunun bərpası, təqaüd yaşının aş...
Yenə yarımçıq qələbə
İspaniyada noyabrın 10-da keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir səlahiyyətlərini icra edən Pedro Sançesin Sosialist Fəhlə Partiyası 350 nəfərlik aşağı palataya 120 mandat qazanıb. Sağ qüvvələri birləşdirən ana müxalifət qurumu – ...
Seçki yarışında yeni partiya
Mərkəzi Seçki Komissiyasının 11 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Novator.az bildirir ki, daha əvvəl 12 partiyanın səlahiyyətli nümayəndələri qeydiyyat baryerini aşıb: Yeni Azərbaycan Partiy...
Bakıda yeni park salınır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondunun Bakının Xətai rayonunda saldığı yeni “Gənclik” parkında ağacəkmə aksiyasında iştirak ediblər. Aksiyaya gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri qat...
Oqtay süni nəfəs aparatından çıxarılıb
İstanbuldakı Avrasiya Hospitalında yatan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz noyabrın 8-də yeni məlumat yayıb. Novator.az-ın məlumatına görə, Təbriz bildirir ki, atasının durumu hələ də ağırdır: “Süni nəfəs aparatından çıxarılıb, ancaq yenə koma vəziyyətindədir. Həkimlər tezliklə ayılaca...
Qaldı 11 nəfər
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiya ərəfəsində tutulan AXCP fəalı Ramid Nağıyev azadlığa çıxıb. Novator.az bildirir ki, o, noyabrın 7-də 20 sutkalıq inzibati həbs cəzasını başa vurub. 2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli...
Mustafa Hacıbəyli departament rəhbəri oldu
Jurnalist Mustafa Hacıbəyli Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri təyin olunub. Sərəncamı noyabrın 8-də partiya başqanı Arif Hacılı imzalayıb. Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokra...
Köçəryan “Qarabağ – Ermənistandır” bəyanatını pislədi
Ermənistanın sabiq prezidenti, məhbus Robert Köçəryan Sputnikarmenia.ru saytının yazılı suallarını cavablandırıb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunaraq qeyd edib ki, erməni tərəfinin kobud səhvləri ucbatından ölkənin danışıql...
12 oldular
Mərkəzi Seçki Komissiyasının 7 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan, deputat Tahir Kərimli sədrlik etdiyi Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Novator.az bildirir ki, daha əvvəl 11 partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata düşüb: Ye...
Yenə “yox”
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının daha bir aksiyasına “yox” deyib. Müsavat noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmi...
Vurğun dərgisi
Azərbaycan Demokratiya və Rifah Hərəkatı mərhum pedaqoq, alim, siyasətçi, ictimai xadim Vurğun Əyyubun xatirəsinə həsr olunmuş dərgi nəşr edib – “Bütün zamanların adamı”. Novator.az bildirir ki, “Qanun” Nəşrlər Evində buraxılmış dərgidə Vurğun Əyyubun həyat yoldaşı və qızlarının, Azərbaycan Demokrat...
Fuad Qəhrəmanlı buraxılmadı
Noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının şikayətinə baxıb. Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-si Bakıda, metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Oktyabrın 31-də ləğv olunan aksiya ərəfəsi...