Boliviyanın sabiq prezidenti Evo Morales ölkəni tərk edib. Noyabrın 12-də yayılan məlumata görə, Meksikadan siyasi sığınacaq alan siyasətçi həmin ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə yola düşüb.
Novator.az bildirir ki, 1959-cu il təvəllüdlü sosialist Evo Morales ilk dəfə 2005-ci ildə prezident seçilib. Onun ilk hakimiyyəti dövründə konstitusiya dəyişdirilib, eyni şəxsin ardıcıl iki dəfə prezident seçilməsinə yasaq götürülüb.
2009-cu il seçkisində Evo Morales yenidən prezident kürsüsünü tutub. Bu, məhkəmə qərarı ilə ilk müddət sayıldığı üçün Evo Morales 2014-cü ildə üçüncü dəfə prezident seçilə bilib.
2016-cı ildə prezident seçilməyə hər hansı müddət məhdudiyyətini götürən konstitusiya referendumu keçirilib.
Evo Morales 2019-cu il oktyabrın 20-də keçirilən prezident seçkisinin qalibi elan olunandan sonra ölkə qarışıb. Müxalifət rəsmi nəticələri tanımayıb, ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Davamlı aksiyalar nəticəsində Evo Morales noyabrın 10-da istefa verməyə məcbur olub.