Media
Fikrət Hüseynli azadlığa buraxıldı
Ukrayna paytaxtı Kiyevdə tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb. Novator.az bildirir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair vəsatət rədd olunub. Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevi...
“Bu gün də o fikirdən əl çəkməyiblər”
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin 60 yaşı tamam olub. 1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olu...
Mehman Əliyev beynəlxalq mükafata namizəddir
“Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı və “TV5-Monde” beynəlxalq televiziyası noyabrın 7-də 2017-ci ilin Mətbuat Azadlığı Mükafatını təqdim edəcək. Tədbir Strasburqda, ümumdünya demokratiya forumu çərçivəsində keçiriləcək, bir jurnalist, bir bloqçu və media orqanına mükafat veriləcək. A...
Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub
Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının layiq görüldüyü mükafat (“Pavel Şeremet jurnalist mükafatı – 2017”) onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim olunub. Contact.az xəbər verir ki, təqdimat mərasimi Estoniyanın paytaxtı Tallində, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı ilə...
Həbsdə olan jurnalistin şikayəti var
Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Araz Quliyevin şikayətini Baş Prokurorluğa çatdırıb. Araz Quliyev Xeber44.com saytının baş redaktoru olub. O, 2012-ci il sentyabrın 9-dan həbsdədir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Araz Quliyevi qanunsuz silah saxlama, hakimiyyət nümayəndəsinə müqavimət, ...
Radio, televiziya və nəşriyyat xərcləri nə qədər artır?
2018-ci ilin dövlət büdcəsinin layihəsində radio, televiziya və nəşriyyat xərclərinə 57 milyon 721 min 175 manat ayrılması nəzərdə tutulur. Novator.az bildirir ki, bu, 2017-ci ilin büdcəsindəki rəqəmdən 639 min 865 manat çoxdur. Bu il büdcədə radio, televiziya və nəşriyyat xərcləri 57 milyon 81 min ...
2018-in bəzi özəllikləri
2018 Azərbaycanda respublika idarə üsulunun yubiley ilidir – 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Novator.az qarşıdan gələn ilin Azərbaycanla bağlı bəzi başqa özəlliklərinə də nəzər salıb. 2018-ci ildə Qarabağ münaqişəsinin yeni mərhələsinin və bu fo...
Yenə tətil, yenə eyni tələb
Oktyabrın 24-də Yunanıstan mediası həmkarlar təşkilatlarının qərarı ilə iki günlük tətilə çıxıb. Novator.az-ın məlumatına görə, oktyabrın 26-sı səhərə qədər davam edəcək tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir. Təti...
Səfir azərbaycanlı jurnalistlə bağlı baş prokurora müraciət edib
Niderland Krallığının Kiyevdəki səfiri Keys Yan Rene Klompenhauver azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı Ukraynanın baş prokuroru Yuri Lusenkoya rəsmi müraciət göndərib. “Amerikanın səsi” xəbər verir ki, səfirin məktubunda Ukrayna ərazisində tutulan Fikrət Hüseynlinin taleyindən narahatlı...
Qəzetlər hansı tirajla çıxır?
Əhalisinin sayı 10 milyon nəfərə yaxın olan Azərbaycanda gündəlik ictimai-siyasi qəzetlərin tirajı 10 min nüsxəyə çatmır. Məsələn, “Azərbaycan” qəzetinin tirajı 8 min 600-dür. “Yeni Müsavat” qəzeti 5 min 100 tirajla çıxır. Rusdilli “Exo” qəzeti 6000 nüsxə ilə işıq üzü görür. Novator.az bildirir ki, ...
“Vətəndaş jurnalistikası” və məsuliyyət: Gəncədə tədbir keçirlib
Gəncə şəhərində “vətəndaş jurnalistikası” sahəsində fəal olan, sosial şəbəkələrdə aktiv iştirak edən gənclərlə görüş keçirilib. Oktyabrın 19-da baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternyus Azərbaycan” İctimai Birliyin...
Naxçıvanda konfrans: yazıçılar kəskin tənqid olundu
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib. Novator.az saytı Naxcivantv.az-a istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov konfransdakı çıxışı zamanı birliyin üzvlərini xeyli tənqid edib. O deyib ki, Naxç...
Rusiyalılar reklama nə qədər inanır?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi reklam informasiyasına etibar sorğusu keçirib. Novator.az xəbər verir ki, oktyabrın 20-də açıqlanan nəticələrə görə, respondentlərin 57%-i reklam xarakterli məlumata etibar etmir. Sorğuya qatılanların yalnız 3%-i reklama etibar etdiyini bildirib. Reklama münas...
“Sərhədsiz reportyorlar”dan da Fikrət çağırışı gəldi
Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı Ukrayna rəsmilərini azərbaycanlı jurnalist Fikrət Hüseynlini azadlığa buraxmağa səsləyib. Novator.az xatırladır ki, Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukra...
Ev alan jurnalistlərlə görüş keçiriləcək
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yeni binadan mənzil almış şəxslərlə görüş keçiriləcək. Novator.az-a açıqlama verən “Jurnalist evi” MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, görüşdə mənzillərin bağışlanması müqavilələri bağlanacaq. Görüşün harada keçiriləcəyinə gəlincə,...
“Freedom House” Fikrət Hüseynlini azadlığa buraxmağa çağırır
Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı azərbaycanlı jurnalist Fikrət Hüseynlini dərhal azadlığa buraxmağa çağırıb. Azadliq.info-nun məlumatına görə, təşkilatın 17 oktyabr bəyanatında deyilir: “Ukrayna hökuməti Fikrət Hüseynlini dərhal azad etməli və ona qarş...
Fikrət Hüseynli barəsində həbs qətimkan tədbiri seçildi
Oktyabrın 17-də Ukrayna paytaxtı Kiyevin Borispol Rayon Məhkəməsində azərbaycanlı jurnalist Fikrət Hüseynlinin məhkəməsi olub. Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukraynaya bundan bir neçə gün qabaq gəlibmiş. Fikrət Hüseynlini Kiyevdən Alm...
Axtaran nə tapır?
Novator.az internetdə axtarış sistemi əməliyyatları məsələsinə nəzər salıb. Hazırda dünyanın lider axtarış sistemi Google.com portalıdır. 1997-ci ildə yaradılmış portal 200-dən artıq dildə xidmət göstərir. Hər bir internet resursunun daxili axtarış sistemi də var. Azərbaycanın populyar Musavat.com s...
Korrupsiyadan yazan jurnalist öldürüldü
Maltada jurnalist Dafne Karuana Qalisiya öldürülüb. Oktyabrın 16-sı axşam onun avtomobili partladılıb. Avtomobilə bomba yerləşdirilibmiş. Novator.az bildirir ki, Dafne Karuana Qalisiya ölkənin baş naziri Cozef Muskatı Panamada ofşor şirkət əldə etməkdə, Azərbaycan hakimiyyətindən pul almaqda günahla...
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Emin HÜSEYNZADƏ Dəfələrlə olub ki, internetdə və ya digər yayım vasitələrində çox maraqlı başlığa rast gəlmisiniz, üstünə klikləyib məzmunu oxuyanda istədiyiniz məlumatı tapa bilməmisiniz və ya başlıqla məzmunun fərqini hiss etmisiniz. Niyə belə olur? Son illər Azərbaycan mediasında – internetindən ...