Media
Namiq Sadıqlının şikayəti təmin olunmayıb
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı, bloqçu Namiq Sadıqlının həbsindən verilmiş şikayətə baxılıb. Azadliq.info xəbər verir ki, şikayət təmin olunmayıb, inzibati həbs qərarı qüvvədə saxlanıb. Namiq Sadıqlını (Namiq Sadiqov) noyabrın 30-da polis saxlayıb. Dekabrın 1-də Nəsimi Rayon...
“Azadlıq”lar blokda qaldı
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” radiosunun Azadliq.org saytına və “Azadlıq” qəzetinin Azadliq.info saytına girişin məhdudlaşdırılması barədə qərardan verilmiş şikayətə baxılıb. Sözügedən qərar bu il mayın 12-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Qərarla “Turan TV”nin Azerbay...
AZƏRTAC-ın nizamnaməsi
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) nizamnaməsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, dekabrın 19-da imzalanmış fərmanla AZƏRTAC-ın icra orqanının yaradılması, qurumun yenidən təşkili və ləğvi dövlət başçısının səlahiyyətinə aid edilib. Nazirlər Kab...
Yeni hesabat: 39 jurnalist məqsədli şəkildə qətlə yetirilib
“Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı 2017-ci ildə həlak olan jurnalistlərin hesabatını yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bu il peşə borcunu yerinə yetirən zaman azı 65 jurnalistin həlak olduğu bildirilir. Sənəddə qeyd olunur ki, 39 jurnalist məqsədli şəkildə qətlə yetiri...
“Turan” məhkəməni uddu
Dekabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasına baxış bitib. Məhkəmə Bakı Şəhər Lokal Gəlirlər Departamentinin 15 sentyabr 2017-ci ildə çıxardığı vergi sanksiyası qərarını ləğv edib. Həmin qərara əsa...
28 ölkədə 97 jurnalist həlak olub
BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2017-ci ilin jurnalist ölümləri hesabatını yayıb. Novator.az-ın məlumatına görə, dekabrın 18-də açıqlanan məruzədə bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub. Təşkilatın hesabatında 2016-cı illə ...
11-ci milli televiziya üçün 3 sənəd verilib
Milli Televiziya və Radio Şurası ölkə üzrə yayımlanan xəbər televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəni başa çatdırıb. Müsabiqə noyabrın 16-dan dekabrın 16-dək aparılıb. Rəsmi məlumata görə, Bakı və Abşeron ərazisində 31-ci tezlik resursunu əldə etmək üçün 3 iddiaçı sənəd verib – “BAKU...
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Emin HÜSEYNZADƏ Bugünlər mediamızı gəzib-dolaşan növbəti yalan xəbəri həm araşdırmaq, həm də bunu necə etdiyimi göstərmək istəyirəm. Özünü “tərəfsiz” adlandıran xəbər saytlarımız Türkiyədə baş vermiş “hadisənin” təfərrüatını danışır. Qısa kəssək, deyilənə görə, “Keyf Tur” adlı bir şirkətin rəhbəri S...
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
Seymur KAZIMOV Sovet dövründə jurnalistika yaradıcılıq, təbliğat və təşviqat işləri ilə məşğul olduğundan dövlətin və hökumətin tam inhisarında idi. İnzibati amirlik sisteminin mövcudluğu, tələb-təklif anlayışlarının olmaması medianın həm də bir biznes sahəsi olmasını arxa plana atmışdı. Reallıq isə...
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində məhbus bloqçu Mehman Hüseynovun işi üzrə yeni proses başa çatıb. Report.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən son iclasda əvvəlki qərarın qüvvədə qalması hökm edilib. Mehman Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəmə...
“Kanal 13”ün direktoruna 6 il iş kəsildi
Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova hökm oxunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Əziz Orucov dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli ...
Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə
Dekabrın 14-ü Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə proses başlayıb. Azadliq.info-nun məlumatına görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Vəkillər Nemət Kərimov və Elçin Sadıqov vəsatət qaldıraraq bildiriblər ki, qanuna görə, şahidlə...
Məhbus jurnalistlər: Türkiyə liderdir
Mərkəzi qərargahı ABŞ-ın Nyu-York şəhərində olan Jurnalistləri Müdafiə Komitəsi (JMK) bildirir ki, dünyada 262 jurnalist həbsdədir. Azadliq.org-un məlumatına görə, siyahıya yalnız 2017-ci il dekabrın 1-dək həbsdə olanlar salınıb, ilboyu tutulub buraxılanlar, itkin düşənlər, qeyri-dövlət qruplarının ...
Həbsdəki bloqçuya dörd dəfə təcili yardım çağrılıb
Vəkil Əsabəli Mustafayev həbsdə olan AXCP fəalı, bloqçu Namiq Sadıqlı ilə görüşüb. Novator.az xəbər verir ki, Namiq Sadıqlını (Namiq Sadiqov) noyabrın 30-da polis saxlayıb. Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsi onu polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum...
Mehman Əliyev ABŞ-a niyə gedib?
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev ABŞ-da səfərdədir. Bu il avqustun 7-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə başlayıb. Avqustun 16-da bununla əlaqədar agentliyin ofisində axtarış aparılıb, mühasibat sənədlə...
Hökmü gözləyənlər
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov mayın 2-dən həbsdədir. Həmin gün o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb o...
Xəbərin saxtası: müzakirə
Dekabrın 9-da Novator.az yanlış, qeyri-dəqiq, saxta xəbərlərə həsr edilən dəyirmi masa keçirib. Tədbiri aparan jurnalist Gültəkin Həsənova deyib ki, heç vaxt kütləvi informasiya vasitəsi indiki qədər kütləvi olmayıb: “Bunun səbəbi aydındır – internet yaranıb, onun sayəsində qəzet-jurnallar, ra...
Jurnalist atasının ölüm işi üzrə ifadədə nələr dedi?
Dekabrın 8-i Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən AZAL-ın işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib. Novator.az-ın məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə ...
Jurnalist Samir Əliyev vəfat edib
Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib. APA xəbər verir ki, Samir Əliyev uzun sürən xəstəlikdən sonra dekabrın 8-də dünyasını dəyişib. Samir Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkda...
Məhbub Zülfüqarov azadlığa çıxıb
İctimai fəal, “Gündəm-xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov dekabrın 6-da azadlığa çıxıb. Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev yayıb. Məhbub Zülfüqarov İmişlidə yaşayır. İmişli Rayon Məhkəməsi onu “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin cənub ərazi idarəsinin di...