Media
Lap az qaldı
Məhbus jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında çəkilmiş fotosunu yayıb. Novator.az-ın məlumatına görə, avqustun 26-sı özünün “Facebook” səhifəsində yaydığı fotoya Nigar Həzi bu sözləri əlavə edib: “Ümid edirəm həbsxanaya sonuncu gəlişim ...
Baş redaktor aclığı davam etdirir
Realliq.info saytının baş redaktoru İkram Rəhimov saxlandığı Balı İstintaq Təcridxanasında 20-ci gündür aclıq edir. Baş redaktorun ailə üzvü “Amerikanın səsi”nə deyib ki, İkram Rəhimov avqustun 26-da təcridxanadan evinə zəng edib: “Səsi zəif və xırıltılı idi. Dedi ki, hər iki ayağı tutulub, ayağa qa...
Əfqan Muxtarlı ilə bağlı narahatlıq hələ qalır
Həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva avqustun 24-də “Facebook” şəbəkəsində yazıb ki, Əfqan saxlandığı cəzaçəkmə müəssisəsində məhdudiyyətlərlə üzləşir. Leyla Mustafayevanın yazdığına görə, bunu ona Əfqan özü deyib. Həyat yoldaşı ilə telefon söhbətində Əfqan bildirib ki, o...
“Zombiləşmiş” müxbirlər
Hikmət Nazim Baş redaktorun yası düşdü – xəbər. Müxbirin yaxın qohumunun dayısı qızının eltisinin anası öldü – xəbər. Sayt rəhbərinin uzaq qohumunun dayısı nəvəsinin sinif yoldaşının xalası vəfat etdi – xəbər… Yəqin fikir vermisiniz, son dövr saytlar ancaq qohum-əqrəbaya işləyir. İndi dəqiq yadımda ...
Reportyorlar (36)
Firuzə Davudqızı …Azər masadan bir xeyli aralanıb siqaret alışdırdı. Ard-arda əsəbiliklə sümürdü. Bu vaxt yanına gələn Cəmilə: – İcazə verseydün, mən gedərdim, brat, – dedi. – Nöşün, nə oldu ki? – Cəmil Azərin incidiyini sezib, tutulub qaldı. – İnan mənə, heç yaxşı deyi...
Media və ikili standart
Hikmət Nazim Bir müddət əvvəl Türkiyə mətbuatında təbii fəlakətlərə dünya mediasının ikili standart tətbiq etdiyini oxumuşdum. Yazı müəllifi Amerikanın Texas ştatında 50 insanın dünyasını dəyişdiyi, 7 milyona yaxın insanın təsirləndiyi, 185 min evin qəzalı vəziyyətə düşdüyü, 9 mininin tamamilə uçduğ...
Reportyorlar (35)
Firuzə Davudqızı *** Zamanın karvanı kimsəni gözləmədən öz axarı ilə ötüb keçməkdə idi. Bir müddət əvvəl elçilərə hərisi verilən Dilarənin tezliklə nişan mərasimi olacaqdı. Onun Xəlil adlı bir oğlana könül verdiyindən xəbərim vardı. Bir-birilərini çox sevirdilər. …Və nəhayət, bu gün, bu eşqi b...
Efir ehtirası…
Hikmət Nazim Azərbaycan elə ölkədir ki, burada tənqidçinin tənqid hədəfi olması bir göz qırpımında baş verir. Gözünü açıb-yumursan ki, seksistləri top atəşinə tutan şəxs özü cinsi ayrı-seçkiliklə məşğul olur, homofobları qınayan şəxs özü eyni ritorikadan istifadə edir. Yəni burada sabah kimin nə cür...
Reportyorlar (34)
Firuzə Davudqızı Günlər sonra Atasının xəbərdarlığına rəğmən Azər öz işinə sarılmışdı. Hər şey yolunda gedirdi. Tək narahatlığı bu həftə işlərin çoxluğundan evə baş çəkə bilməməsi idi. Uşaq üçün burnunun ucu göynəyirdi. Bir neçə gün daha keçdi. …Həmin gün gecədən ötürdü, Azər yatağına uzansa d...
Manipulyasiya – jurnalistikanın gizli funksiyası
Seymur Kazımov Pis jurnalistika təkcə saxtakarlıqla məşğul olmur, həm də insanların duyğu və hissləri ilə manipulyasiya edir. Məlumat birtərəfli verilir, yalnız müsbət tərəflər təqdim olunur, eyni məhsul təkrar-təkrar dərc edilir, “inkişafı” xarakterizə edən bol və nəhəng rəqəmli infoqrafikalar baş ...
“Bir Fəsil” çıxır
“Bir Fəsil” adlı yeni ədəbi-bədii jurnalın ilk sayı çapa hazırdır. Jurnalın təsisçisi “Bir Qələm” nəşriyyatıdır. Redaksiya heyətində Səbinə Hüseyn, Akşin Xəyal, Ümüd Abbas Nihani və Yasin Burjaliyev təmsil olunurlar. Redaksiyadan Novator.az-a verilən məlumata görə, “Bir Fəsil” incəsənətə, ədəbiyyata...
Reportyorlar (33)
Firuzə Davudqızı Çarhovuzun yanına çatanda Ənvər ayaq saxladı. Masa arxasına keçib əyləşərək səbir və təmkinlə oğlunun gəlib çıxmasını gözləməyə başladı. Azər bura gəlib çıxanda o, əlinin işarəsi ilə oğluna öz yanında yer göstərdi. Azər masa ətrafındakı stullardan birində atası ilə yanaşı əyləşdi. G...
Cəhənnəmdən keçmiş mələk (132)
Avtobioqrafik roman Üçüncü bölüm Müəllif: BİRCƏ Vaxt daralıb Bakıya qayıtmağıma az qalanda gözləmədiyim bir zəng gəldi: Xuraman müəllimənin bacısı məni axtarırdı. Onun səsini eşidəndə tüküm də tərpənmədi – axı əziz müəllimimin yasında bu qadın məni soyuq qarşılayıb arzulanmaz bir qonaq kimi yola sa...
Üç qəzetlə bağlı yeni qərar
Nazirlər Kabineti “Azərbaycan” qəzeti, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarını yeniləyib. 2007-ci il dekabrın 30-da qəbul edilmiş qərarla redaksiyalara dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması belə müəyyənləşmişdi: “Azərbay...
Mətbuat günümüz və bu günün reallığı
Seymur Kazımov Jurnalistikanı tez-tez incəsənətlə səhv salırlar, yəni onu yaradıcılıq sahəsi hesab edirlər, üstəlik, yazı-pozunun ilahi istedad olduğunu da deyirlər. Jurnalistikanın yaradıcılıqla əlaqəsi yoxdur. O, dəqiq elm olmasa da, zərgər dəqiqliyi tələb edən peşədir. Bir az da dərinə getsək, ju...
Reportyorlar (32)
Firuzə Davudqızı *** Ertəsi gün səhər Vüqarın gəldiyini Rəna ona xəbər verəndə Azər tənbəl-tənbəl yataqdan qalxıb əl-üzünə su vurdu. Yarıyuxulu halda gözlərini ovuşdura-ovuşdura həyətə endi. Atası evdə yox idi. Ondan başqa evdəki hər kəs çarhovuzun yanında açılmış masanın arxasında idi. Azər bilərək...
Şakir Yaqubovun yeni kitabı
Görkəmli jurnalist Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” kitabı çapdan çıxıb. Novator.az-ın məlumatına görə, “3 saylı Bakı Mətbəəsi” ASC-də buraxılan kitabda jurnalistin dünya və Azərbaycan futbolunun bir çox nümayəndəsi haqqında oçerkləri, portret yazıları, dünya futbolunun və milli futbolun ...
Prezident qəzetlərə əlavə vəsait ayırdı
İyulun 22-də prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə sərəncam verib. Sərəncama əsasən, qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafı...
Bu gün – 22 iyul Azərbaycan Jurnalistikası Günüdür
Şakir YAQUBOV 1974-cü ildən peşəkar jurnalist, iki dəfə “Əməkdar mədəniyyət işçisi” Axırıncı dəfə yazıram bu mövzuda. Bir dəfə yazmışam, yenə təkrarlayıram: məndə belə yalançı təsəvvür yaranıb ki, dövlət səviyyəsində hər hansı bir məsələ barədə düzgün qərar qəbul edildikdən sonra icraçılar həmin qər...
Rəsmi dövlət agentliyində yeni rəhbər
Rusiyanın mərkəzi dövlət informasiya agentliyi olan TASS-ın baş redaktoru dəyişir. Novator.az-ın məlumatına görə, avqustun 2-də baş redaktor postuna Mixail Petrov gətiriləcək. O, Maksim Filimonovu əvəzləyəcək. Maksim Filimonov baş redaktor vəzifəsini 2015-ci ildən tutur. Mixail Petrov TASS-da 20 ild...