Media
Əkrəm Əylisliyə qarşı cinayət işi başlanıb
Yazıçı Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bunu “Turan” agentliyinə yazıçının oğlu Nəcəf bildirib. Oğlu deyib ki, Əkrəm Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi...
İmran Bədirxanlının anası vəfat edib
“Səhər”, “Zaman”, “Həftə”, “Gün səhər” qəzetlərində, STV telekanalında çalışmış, hazırda İctimai Teleradionun əməkdaşı olan tanınmış jurnalist İmran Bədirxanlının anası Gülzar xanım vəfat edib. Hüzr mərasimi aprelin 7-si Xaçmazın Həsənqala kəndində keçiriləcək. Allah rəhmət eləsin!
Pele “Samsung”dan 30 milyon dollar tələb edir
Dünya şöhrətli braziliyalı futbolçu Pele Cənubi Koreyanın “Samsung” elektronika şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Novator.az xəbər verir ki, Pele “Samsung”u öz reklamında qanunsuz olaraq onun oxşarından istifadə etməkdə günahlandırır. Martın əvvəllərində Pelenin adından məhkəməyə göndərilən ...
“Qwerty” və ya “123456”?
İsmayıl Rafiqoğlu Elektron ünvan, sosial şəbəkə, sayt və kompüterin özündə istifadə edilən parolların siyahısında nədənsə “qwerty”, “123456” kombinasiyasına həmişə rast gəlinir. İnsanlar “admin”, “password”, “test”, “windows” kimi gülməli parollardan da yararlanırlar. Kimsə itinin adını, kimsə də ad...
Xədicə İsmayılın cəzası yüngülləşə bilər
Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayıl haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Jurnalistin vəkili Fariz Namazlı Transparency.az-a deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prose...
Azadlıqda (FOTO, VİDEO)
Martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Sərəncamla azadlığa buraxılanlar...
“Azadlıq” radiosunun baş redaktoru: “Xədicə də onların arasında olmalı idi”
“Azadlıq” radiosunun baş redaktoru Nenad Pejic Azərbaycan prezidenti İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamına jurnalist Xədicə İsmayılın adının salınmamasından məyusluğunu ifadə edib. Radionun yaydığı məlumata görə, Nenad Pejic deyib: “Biz ifadə və sərbəst toplaşma azadlığı kimi təməl ...
ABŞ Dövlət Departamenti əfv sərəncamını alqışladı
ABŞ Dövlət Departamenti prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirib. 17 mart sərəncamı ilə azadlıqdan məhrum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. “Azadlıq” radi...
Həbsdə kimlər qaldı?
Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrup Əfv Məsələləri Komissiyasına 24 nəfərlik siyahı təqdim etmişdi. Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Transparency.az-a deyib ki, prezidentin 17 mart sərəncamı ilə onlardan 15 nəfər azadlı...
Əfv sərəncamı
Martın 17-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. İmzalandığı gündən qüvvəyə minən sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilir: Abbasov Adil Yaqub oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının ...
Rauf Mirqədirov azadlığa buraxıldı VİDEO
Martın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun şikayətinə baxılması prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə jurnalistin cəzası 5 il sınaq müddəti tətbiq olunmaqla şərti həbslə əvəzlənib və Rauf Mirqədirov məhkəmə zalında...
Beş ildə Suriyada 88 jurnalist öldürülüb
Suriyada 5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddətdə bu ölkədə 88 jurnalist öldürülüb. Novator.az xəbər verir ki, “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı belə bir hesabat yayıb. Təşkilat dünya ictimaiyyətini münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün ...
Baş redaktorun evi yanıb
Martın 14-də, gecə saat 3 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı evdə yanğın baş verib. Baş redaktorun mənzili Bakının Xətai rayonu, Tağızadə küçəsindəki 11/15 nömrəli evdə yerləşir. Baş redaktor hadisənin sırf peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. A.Mərzili “...
Rusiyada çap mediasının reklam gəliri azalıb
2015-ci ildə Rusiyada çap mediasının reklam gəlirləri 2014-cü illə müqayisədə 29% azalıb. Novator.az xəbər verir ki, bunu Rusiyanın Çap və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin (“Rospeçati”) rəhbəri Mixail Seslavinski deyib. Seslavinski bildirib ki, dövlətin maliyyə dəstəyi olmadan istə...
Jurnalistlərin binasında hələ iş gedir
2013-cü ildə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina istifadəyə verilib. Mənzillər jurnalistlərə pulsuz paylanıb. O vaxt 255 mənzilli başqa bir binanın təməli qoyulub. Bina 2016-cı ilin sonunda tam hazır olmalıdır. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun t...
Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı olacaq
Məhbus jurnalist Xədicə İsmayılın ingiliscədən tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” romanının təqdimatı keçiriləcək. Təqdimat mərasimi Bakıda, martın 13-ü saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında olacaq. Mərasimin təşkilatçısı NİDA Vətəndaş Hərəkatıdır. Tədbirdə kitabın sa...
Xədicə İsmayılla görüşə icazə verilməyib
Martın 7-də Sivil Toplum Platformasının bir qrup üzvü jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Lakin görüşə icazə verilməyib və nəticədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyəni Xədicə İsmayıla çatdırmaq mümkün olmayıb. Həbsxana işçiləri bunu mar...
Yeni büdcədə media: MTRŞ-də azalma, AZƏRTAC-da artım var
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qüvvəyə minib (Detallar). Transparency.az xəbər verir ki, büdcənin əvvəlki variantında Milli Televiziya və Radio Şurası üçün 803 min 862 manat vəsait nəzərdə tutulmuşdu. Yenilənmiş büdcədə vəsait 793 min 837 manatdır, 10 min 25 manat azalma var. Radio, tel...
Prezident: “Hektarı sotdan, milyardı milyondan ayıra bilmirlər”
Tacikistan prezidenti İmaməli Rəhman martın 1-də iki yeni dövlət televiziya kanalının – “Varziş” (İdman) və “Sinamo”(Kino) telekanallarının yayımına start verib. Novator.az-ın məlumatına görə, İmaməli Rəhman deyib ki, müasir dünyada müxtəlif yoluxucu xəstəliklərin, narkomaniyanın yayılması, mə...
Elmar Hüseynov anılıb
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 11 il ötür. Martın 2-də bir qrup jurnalist, ictimai-siyasi fəallar, söz azadlığı tərəfdarları mərhum jurnalistin məzarını ziyarət ediblər. Ziyarət zamanı çıxış edən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib ...