İdman
Bakı yarışı başladı
Bakıdakı Milli Gimnastika Arenasında dünya bədii gimnastika çempionatının təntənəli açılışı olub. Sentyabrın 16-da keçirilən mərasimə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva da qatılıb. AZƏRT...
Azərbaycanın təskinlik yeri
2020-ci ilin Avropa futbol çempionatının seçmə mərhələsinin E qrupunda yarışan Azərbaycan milli komandası sentyabrın 9-u Bakıda Xorvatiyadan xal qoparıb. 1:1 hesabı ilə bitən oyunda ilk xalını qazanan Azərbaycan yığması qrupun son pilləsində dayanır və final raunduna çıxmaq şansını itirib. Xorvatiya...
Finişə doğru
Avropa futbol çempionatının seçmə mərhələsi finişə yön alıb. Novator.az bildirir ki, 55 milli komanda 10 qrupda mübarizə aparır. Qruplarda ilk iki yeri tutan yığmalar final raunduna adlayacaq. A qrupunda ilk pilləni 12 xalla İngiltərə tutur. Çexiya 9 xalla ikincidir. B qrupunda lider Ukraynanın 13, ...
Sıfırdan qurtuluş
Avropa futbol çempionatının seçmə mərhələsində növbəti oyun günü arxada qalıb. Novator.az-ın məlumatına görə, E qrupunda yer alan Azərbaycan milli komandası sentyabrın 9-u Bakıda Xorvatiya ilə xalları bölüb – 1:1. Bu, Azərbaycanın turnirdə ilk xalıdır. Əvvəlki oyunlarda (səfərdə Xorvatiyaya və Uelsə...
Seçmə mərhələdə durum
Avropa futbol çempionatının seçmə mərhələsi davam edir. Novator.az-ın məlumatına görə, E qrupunda yarışan Azərbaycan milli komandası sentyabrın 9-u Bakıda Xorvatiyanı qəbul edəcək, Slovakiya isə Macarıstan səfərində oynayacaq. Sentyabrın 6-sı Azərbaycan səfərdə Uelsə 1:2 hesabı ilə uduzub, Slovakiya...
Klubların reytinqi
UEFA-nın klub reytinqi Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazanılan əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə 0,5 xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər ...
Mxitaryan icarəyə verildi
İngiltərənin “Arsenal” komandası erməni futbolçu Henrix Mxitaryanı İtaliyanın “Roma” klubuna icarəyə verib. Novator.az-ın məlumatına görə, qərar sentyabrın 2-də açıqlanıb. Henrix Mxitaryan 1989-cu ildə Yerevanda anadan olub. “Arsenal”a qədər Ermənistanın “Pünik”, Ukraynanın “Metallurq”, “Şaxtyor”, A...
“Qarabağ”lı qrupun təqvimi
Novator.az Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” komandasının qrup mərhələsindəki oyunlarının təqvimini diqqətə çatdırır. A qrupunda yarışan “Qarabağ” İspaniyanın “Sevilya”, Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandalarına rəqib olub. İki dövrədən ibarət mərhələdən 1/16 finala...
“Qarabağ”ın qrupdakı rəqibləri bəlli oldu
Avqustun 30-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” A qrupunda İspaniyanın “Sevilya”, Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandalarına rəqib olub. Qrup raundu sentyabrın 19-da start götürür. İki dövrədən ibarət mərh...
29 ölkə, 80 klub
2019-2020-ci illər mövsümündə UEFA-nın klub turnirlərinə 237 komanda (Çempionlar Liqasına 79, Avropa Liqasına 158) buraxılıb. Novator.az bildirir ki, mübarizəni qrup raundlarında 55 UEFA üzvündən 29-nun təmsilçiləri davam etdirəcək: Çempionlar Liqasında 32, Avropa Liqasında 48 klub yer alır. 26 ölkə...
“Qarabağ”lı 48
UEFA Avropa Liqasının son ələmə raundu arxada qalıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” avqustun 29-u Bakıda Şimali İrlandiyanın “Linfild” komandasını 2:1 hesabı ilə yenərək qrup mərhələsinə vəsiqə qazanıb. İlk oyunda britaniyalılar üstün gəlmişdi – 3:2. Qrup raundunda oy...
32-lər tamam
UEFA Çempionlar Liqasında son təsnifat raundu başa çatıb. 28 avqust matçlarında Çexiyanın “Slaviya” , Hollandiyanın “Ayaks”, Belçikanın “Brügge” komandaları qrup mərhələsinə vəsiqə əldə ediblər. 17 sentyabr-11 dekabr arasında keçiriləcək raundda İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, “Valensiy...
Böyük liqada yeni klublar
UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasında son ələmə raundunun cavab görüşləri start götürüb. Novator.az-ın məlumatına görə, avqustun 27-də keçirilən oyunlardan sonra Yunanıstanın “Olimpiakos”, Serbiyanın “Srvena Zvezda”, Xorvatiyanın “Dinamo” komandaları qrup mərhələsinə vəsiqə əldə edibl...
Klub turnirləri: 136 komanda ələnib
UEFA Çempionlar Liqası və Avropa Liqasında bir ələmə mərhələsi qalır. Novator.az bildirir ki, 2019-2020-ci illər mövsümünə vəsiqə almış 237 komandadan (Çempionlar Liqasına 79, Avropa Liqasına 158 klub buraxılıb) 136-sı əvvəlki raundlarda mübarizəni dayandırıb. Lixtenşteyn, Albaniya, Şimali Makedoniy...
Klub turnirlərində 137 komanda qalır
UEFA-nın hər iki klub turnirində üç raund arxada qalıb. Novator.az bildirir ki, 2019-2020-ci illər mövsümünə vəsiqə almış 237 komandadan (Çempionlar Liqasına 79, Avropa Liqasına 158 klub buraxılıb) 100-ü mübarizəni dayandırıb. Albaniya, Şimali Makedoniya, İslandiya, Cəbəllütariq, Kosovo, Farer adala...
“Rus silahı” susdu
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən komandalar ikinci mərhələyə start verib. Novator.az-ın məlumatına görə, “Neftçi” iyulun 25-i Rusiyanın Tula şəhərində yerli “Arsenal”ı 1:0 hesabı ilə yenib. Öz meydanında Gürcüstan paytaxtının “Dinamo” klubunu qəbul edən “Qəbələ” isə məğlub olub – 0:2. C...
Məsələ Bakıya qaldı
UEFA-nın baş klub turniri olan Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası ikinci mərhələnin ilk oyununu keçirib. Novator.az-ın məlumatına görə, iyulun 24-ü İrlandiyada yerli “Dandolk”la görüşən “Qarabağ” evə 1:1 hesabı ilə dönüb. Cavab oyunu iyulun 31-i Bakıda keçiriləcək. Üçün...
Nazir və başqaları təltif olundu
İyulun 24-də prezident İlham Əliyev gənclərlə iş və idman sahəsində çalışan şəxsləri təltif edib. Gənclər və idman naziri Azad Rəhimova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib. Babayev İntiqam Vaqif oğlu, İsmayılov İsmayıl Sultan oğlu, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Hacıyev F...
Şakir Yaqubovun yeni kitabı
Görkəmli jurnalist Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” kitabı çapdan çıxıb. Novator.az-ın məlumatına görə, “3 saylı Bakı Mətbəəsi” ASC-də buraxılan kitabda jurnalistin dünya və Azərbaycan futbolunun bir çox nümayəndəsi haqqında oçerkləri, portret yazıları, dünya futbolunun və milli futbolun ...
“Neftçi” və “Qəbələ”nin potensial rəqibləri
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən komandaların növbəti potensial rəqibləri bəlli olub. “Neftçi” ikinci mərhələdə (25 iyul-1 avqust) Rusiyanın “Arsenal” (Tula) klubu ilə, “Qəbələ” Gürcüstan paytaxtının “Dinamo” klubu ilə oynayacaq. Novator.az-ın məlumatına görə, iyulun 22-də üçüncü raundu...