Avropa futbol çempionatının seçmə mərhələsi davam edir. Novator.az-ın məlumatına görə, E qrupunda yarışan Azərbaycan milli komandası sentyabrın 9-u Bakıda Xorvatiyanı qəbul edəcək, Slovakiya isə Macarıstan səfərində oynayacaq.
Sentyabrın 6-sı Azərbaycan səfərdə Uelsə 1:2 hesabı ilə uduzub, Slovakiya – Xorvatiya görüşündə qonaqlar 4 cavabsız topla üstün olublar.
Əvvəlki oyunlarda da (səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5) uduzan Azərbaycan yığması xalsızdır və qrupun son pilləsində dayanır.
Macarıstan və Xorvatiyanın 9, Uels və Slovakiyanın 6 xalı var.
55 milli komanda 10 qrupda mübarizə aparır. Qruplarda ilk iki yeri tutan yığmalar final raunduna adlayacaq.
Hazırda A qrupunda ilk pilləni 9 xalla İngiltərə tutur. Kosovo 8 xalla ikincidir.
B qrupunda lider Ukraynanın 13, təqibçisi Portuqaliyanın 5 xalı var.
C qrupunda Şimali İrlandiya öndədir: 12 xal. Almaniya 9 xal yığıb.
D qrupunda İrlandiya 11 xalla birinci, Danimarka 9 xalla ikinci yerdədir.
F qrupunda 18 xalla İspaniya liderdir. İsveçin 11 xalı var.
G qrupunda Polşa öndə durur: 12 xal. Avstriya 9 xal əldə edib.
H qrupunda Fransa, Türkiyə və İslandiya 12 xal götürüblər.
İ qrupunda lider Belçikanın 15, Rusiyanın 12 xalı var.
J qrupunda İtaliya 18 xalla liderlik edir. Finlandiya 12 xal toplayıb.
Avropa çempionatının final mərhələsi 2020-ci ilin yayında Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Münhen, Roma, Bilbao, London, Dublin, Qlazqo şəhərlərində keçiriləcək. Bakı Olimpiya Stadionu 3 qrup oyununa, 1 dörddə bir finala ev sahibliyi edəcək.