Hüquq
Növbədənkənar iclas yeniliklərə səs verdi
Yanvarın 19-u Milli Məclisin növbədənkənar iclasında deputatlar Vergi, İnzibati Xətalar məcəllələrində, “Əmanətlərin sığortalanması haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələri də nəzərdən keçirib...
Əmanətləri tam sığortalayan qanun qəbul edildi
Parlamentin 19 yanvar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilib. Transparency.az bildirir ki, qanunun 3-cü maddəsinə görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əm...
Tanzaniya prezidenti qısa yubkaya qadağa qoydu
Afrika ölkəsi Tanzaniyanın prezidenti Con Maqufuli qadınlara qısa yubka geyinmək qadağası qoyub. Novator.az-ın məlumatına görə, Maqufuli bəyan edib ki, qısa paltarlar HİV infeksiyası və QİÇS-in yayılmasına gətirib çıxarır. Prezident üç həftə ərzində cəlbedici paltarlardan qurtulmağı tələb edib. 2015...
Dövlət komitəsində illik hesabat müşavirəsi
Əmlak Məsələləri Dövlət Komitəsində 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Rəsmi məlumata görə, komitə sədri Kərəm Həsənov çıxışında deyib ki, ötən il mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat p...
Prokurorluq yeni həbslər aparıb
Baş Prokurorluğun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin araşdırması zamanı Bakıda fəaliyyət göstərən “Fazil” firmasının istehsal etdiyi “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunəl...
Geniş özəlləşdirmə haradan başlana bilər?
Prezident İlham Əliyev yanvarın 18-də keçirilən iqtisadi və sosial müşavirədə beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması ilə bağlı tapşırıqlar verib. Transparency.az-a bu mövzuda danışan iqtisadçı ekspert Rövşə...
Dünyada sosial təbəqələşmə kəskinləşir
Dünyanın ən varlı insanlarının sərvətinin həcmi 2010-cu ildən bəri 0,5 trilyon dollar artaraq 1,76 trilyon dollara çatıb. Bəşəriyyətin ən aztəminatlı hissəsi isə eyni müddətdə öz sərvətinin 41 faizini itirərək təqribən 1 trilyon dollar yoxsullaşıb. Yoxsulluğa qarşı mübarizə təşkilatlarının beynəlxal...
Dövlət başçısından investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracı haqda göstərişlər
Yanvarın 18-də prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman, “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. İqtisadiy...
Dollarla “ipoteka krediti”?
Əkrəm Həsənov Son dövrdə mənə Bank VTB-dən dollarla “ipoteka krediti” almış bir çox vətəndaş müraciət edir. Məlumata görə, bəzi digər bankların da analoji layihəsi var. Amma VTB-də bu layihə kütləvi xarakter daşıyır. Əslində, bu layihə ipoteka krediti deyil, onun İpoteka Fondu xətti ilə verilən kred...
Pakistan “YouTube”a girişi bərpa edir
Pakistanda “YouTube” vedeo portalına giriş bərpa ediləcək. Bununla bağlı Pakistan hökuməti müvafiq qərar hazırlayıb və yaxın vaxtlarda qərar qüvvəyə minəcək. Novator.az xəbər verir ki, İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyinin rəsmisi Saqir Vattu yanvarın 18-də jurnalistlərə bel...
Britaniya hökuməti müsəlman qadınlar üçün fond yaradıb
Böyük Britaniya hökuməti ölkədə yaşayan müsəlman qadınlara ingilis dilinin öyrədilməsi üçün 20 milyon funt sterlinq həcmində (29 milyon ABŞ dolları) fond təsis edib. Novator.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron yanvarın 18-də “Tayms” qəzetində çıxan məqaləsində bildiri...
Hökumətdə yeniliklər
Dövlət başçısı İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadiyyat Nazirliyi adlandırılmasına sərəncam verib. Digər sərəncamla Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin olunub. Transparency.az bildirir ki, Şahin Mustafayev adı son üç ildə ikinci dəfə dəyişdirilən (2013-cü ilə...
Bayraq Meydanı Bulvar İdarəsinə verildi, təyinat oldu
Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb. Transparency.az xəbər verir ki, fərmanla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İ...
Ramin Quluzadə nazir oldu
Yanvarın 15-də prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nazirin birinci müavini vəzifəsindən azad edilib. Novator.az xatırladır ki, Ramin Quluzadə rabitə və yüksək tex...
Prezidentin işlər müdiri vəzifəsinə yeni təyinat
Yanvarın 15-də prezident İlham Əliyevin sərəncamına əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası prezidentinin işlər müdiri təyin edilib. Buna qədər Oqtay Şahbazov prezidentin işlər müdirinin birinci müavini idi. Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boş idi.
Prezident yeni cərimələr qanununu təsdiqləyib
Yanvarın 15-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Yeniliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Qaydaları po...
Moskva nəqliyyatında efir sakitliyi
2016-cı ildə Rusiya paytaxtı Moskvada yeni model marşrutlarda efir sakitliyi rejimi tətbiq ediləcək. Novator.az xəbər verir ki, “Avtokarz” nəqliyyat şirkətinin baş direktoru Vasili Fominıx belə deyib. Fominıx bildirib ki, marşrutların salonlarında yalnız ən vacib məlumatlar: dayanacaqların adı, sərn...
Sabiq müstəntiqə cinayət işi qaldırılıb
Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərova cinayət işinin qaldırıldığı təsdiqlənib. APA bildirir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də jurnalistlərə bu haqda məlumat verib. Kamran Əliyev deyib ki, Korrupsiyaya Qarşı M...
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi illik hesabat verib
Yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransı keçirib. AZƏRTAC-ın məlumatına görə, Kamran Əliyev deyib ki, ötən il baş idarəyə 10 min 654 müraciət daxil olub: “Bunun 7 min 266-sı “Qaynar xətt” əlaqə mər...
Hökumət unun və çörəyin qiymətini aşağı saldı, cəzalar da gəlir
İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayaraq bildirib ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı ildən əlavə dəyər vergisindən azad olunub: “Bunun nəticəsində unun topdansatış qiyməti azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kis...