AXCP-dən olan məhbus Murad Ədilov barədə Sirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verilib. Bunu “Azadlıq” qəzetinə Murad Ədilovun vəkili Yalçın İmanov deyib.
Murad Ədilov 2014-cü il avqustun 11-də həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 6 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən Sirvan Apellyasiya Məhkəməsinə şikayət verilib. Apellyasiya instansiyası 2015-ci il oktyabrın 27-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Murad Ədilov külli miqdarda narkotik maddə saxlamada təqsirli bilinib. Müdafiə tərəfi bu ittihamı rədd edir. Bildirilir ki, bu, siyasi sifarişlə aparılan həbsdir.