Hüquq
Nazirlik 4 ayda 6,3 min nəfərdən çox şəxsə xidmət göstərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 6314 nəfəri bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib. Rəsmi hesabata görə, 2612 nəfərə nazirliyin Bakıda və ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-mü...
President.az konstitusiyanın yeni variantını dərc etdi
Bu il yanvarın 5-də və aprelin 4-də Novator.az bəzi dövlət saytlarında Azərbaycan Konstitusiyasının yeni variantının yerləşdirilməməsinə diqqət çəkmişdi. Ötən il sentyabrın 26-da keçirilmiş referendumda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilib. Oktyabrın 12-də referendum aktı qüvvəy...
Rəsmi Bakı Qarabağdakı uçuşlara münasibət bildirdi
Erməni mənbələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ikinəfərlik təyyarələrlə turist uçuşlarının başladığını xəbər verir. Novator.az-ın məlumatına görə, ötən həftədən Xankəndi yaxınlığındakı hava limanından Şuşaya uçuşların həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, 20-25 dəqiqə...
Güzəştli mənzil sisteminin əsasnaməsi təsdiqləndi
Prezident İlham Əliyev fərman imzalayaraq “Güzəştli mənzil” sistemi haqqında əsasnamə”ni təsdiqləyib. Əsasnamə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə elektron sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müə...
Balıqçılıq su obyektlərinin siyahısı və yeni qayda təsdiqlənib
Nazirlər Kabineti “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydası”nı təsdiq edib. Novator.az-ın məlumatına görə, qayda balıqçılıq su obyektlərində qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün sudan istifadənin məhd...
Səmədov yenə qapalı rejimə gedir
Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov bu il martın 21-də rejim qaydalarını pozmaq ittihamı ilə iki aylığa kamera tipli otağa keçirilmişdi. Bu cəza mayın 21-də başa çatıb, ancaq Mövsüm Səmədov indi daha ağır cəza ehtimalı ilə üz-üzədir....
NATO 29-a gələn ay çatacaq
Monteneqro NATO-ya bu ilin iyun ayında üzv olacaq. Novator.az-ın məlumatına görə, qurumun baş katibi Yens Stoltenberq mayın 24-də belə açıqlama verib. Monteneqro NATO-da müşahidəçi statusundadır. Ötən il mayın 19-da Monteneqronun alyansa qəbul edilməsi haqda protokol imzalanıb. Yens Stoltenberq deyi...
Rusiyada ailənin orta gəliri nə qədərdir?
Üçnəfərlik rusiyalı ailənin normal yaşaması üçün ayda 83 min rubl (təqribən 2500 manat) tələb olunur. Novator.az-ın məlumatına görə, “Romir” şirkətinin apardığı sorğu bunu göstərir. Sorğuda 18 yaşdan yuxarı 1500 nəfər iştirak edib. Sosioloqların hesabatına görə, Rusiyada hər 6 ailədən biri ayda 45 m...
Qazaxıstanda vətəndaşlıqdan qovulma cəzası gəlir
Mayın 24-də Qazaxıstan parlamentinin aşağı palatası – Məclis əlavə cəza müəyyən edən qanuna ilk oxunuşda səs verib. Novator.az-ın məlumatına görə, Cinayət Məcəlləsinə vətəndaşlıqdan məhrum etmə maddəsi əlavə olunub. Bu əlavə cəza xüsusilə ağır cinayət törətmiş şəxslərə tətbiq ediləcək. Layihə 14 ağı...
Terrorçunun adı açıqlanıb
İngiltərənin Mançester şəhərində mayın 22-də baş vermiş terrorla bağlı yeni bilgilər yayılıb. Novator.az-ın məlumatına görə, rəsmi mənbələr bildirir ki, həlak olan 22 nəfərdən 12-si 16 yaşadək şəxslərdir. 120 nəfərin yaralandığı, onların 59-nun xəstəxanada müalicə aldığı qeyd olunur. Mayın 22-si gec...
Göyərçindən narkotik tapılıb
Küveyt gömrükçüləri İraqdan uçan göyərçindən narkotik daşınması məqsədilə istifadə olunduğunu müəyyən ediblər. Novator.az-ın məlumatına görə, göyərçin İraqla sərhəddə Küveyt gömrükçülərinin diqqətini cəlb edib. Göyərçini tutan gömrükçülər quşun belində 178 ədəd narkotik həb aşkarlayıblar. Xəbəri yay...
Özünü partladanın şəxsiyyəti məlumdur. Bir nəfər tutulub
İngiltərənin Mançester şəhərində polis 22 may terrorunda şübhəli bilinən bir nəfəri saxlayıb. 23 yaşı olduğu bildirilən oğlanın adı açıqlanmır. Mayın 22-si gecə 11-in yarısında “Mançester-Arena” stadionunda konsert zamanı bir nəfər özünü partladıb. Novator.az bildirir ki, son məlumata görə, partlayı...
Nazirlik müharibə iştirakçılarının siyahısını açıqlamır
Mayın 4-də Novator.az saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib. Müraciətdə sayt ölkədə sağ qalan 1941-45-ci illər müharibə iştirakçılarının siyahısını istəyib. Sorğuda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1941-1945-ci illər müharibəsi iştirak...
Yollar açıldı
İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakının bəzi küçə və yollarında sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyət götürülüb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məhdudiyyətin mayın 23-ü gündüz saat 12-dən ləğv olunduğunu açıqlayıb. Hesabata gö...
Sabiq prezident məhkəmə qarşısında
Mayın 23-ü Cənubi Koreyanın paytaxtı Seulda 65 yaşlı sabiq prezident Pak Kın Henin cinayət işi üzrə məhkəmə başlayıb. Novator.az-ın məlumatına görə, sabiq prezidentə ümumilikdə 14 ittiham irəli sürülüb. Ona ömürlük həbs cəzası verilə bilər. Məhkəmənin 6 ay çəkə biləcəyi qeyd olunur. Pak Kın He 2012-...
Çayxana 24 min manata satıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin mayın 23-də keçirdiyi hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Novator.az-ın məlumatına görə, hərracda ən yüksək qiymətə Sabunçu rayonunda yerləşən 11 saylı çayxana satılıb. Torpaq sahəsi 531,7 kvadratmetr, ü...
Rusiyada ən aşağı maaş 650 manata yaxındır
Ötən il Rusiyada ən yüksək maaşı maliyyə işçiləri alıb. Novator.az-ın məlumatına görə, Əmək Nazirliyi mayın 23-də belə açıqlama yayıb. Maliyyə sektorunda çalışan işçinin orta maaşı isə 78,3 min rubl (2357 manat) göstərilib. Hesabata əsasən, ən aşağı əməkhaqqı kənd təsərrüfatı sahəsində olub. Kənd tə...
Dörd aylıq iş yeri hesabatı
2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yeri açılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a belə deyiblər. Hesabata görə, yeni iş yerlərinin 87,5 faizini qeyri-dövlət sektoru təqdim edib. Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi N...
Gülnaz
Demək olar, hər bir yüksək sənət əsərində, xüsusilə romanda, poemada və bədii filmdə bir əxlaqi meyar olur, bütün qəhrəmanların əxlaqi keyfiyyətləri də o meyara münasibətdə açılır. Mənə elə gəlir, “O olmasın, bu olsun” filminin əxlaqi meyarı Gülnazdı. Kimdi Gülnaz? Sevən, ancaq azadlığı olmayan Şərq...
Hesablama Palatası büdcənin icrasına nə rəy verib?
Hesablama Palatası 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy verib. Novator.az bildirir ki, rəyə görə, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnoza qarşı 17 milyard 505,7 milyon manat və ya 104...