Hüquq
Prezident sərəncamının icrasına başlanıb
Cəza siyasətində dəyişiklikləri nəzərdə tutan prezident sərəncamının icrasına başlanıb. Bununla əlaqədar Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmədə işçi qrupları yaradılıb. İşçi qrupları birgə işlər aparır, qanunvericilik ciddi təhlil olunur. Ədliyyə nazirinin müavini Azər Cəfərov AZƏRTAC-a...
429 tələbə köçürülmək üçün müraciət edib
Tələbələrin ölkədəki və xaricdəki ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üçün keçirilən elektron sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyi bildirir ki, 6-14 fevral arasında keçirilmiş sənəd qəbulu zamanı Transfer.edu.az portalına 2076 nəfər müraciət edi...
Hesablama Palatası Vergilər Nazirliyini yoxlayıb
Hesablama Palatasının Kollegiyası bir neçə nəzarət tədbiri üzrə qərarlar qəbul edib. Novator.az-ın məlumatına görə, Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi; Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun ...
Gürcüstanda əsgərlər istirahət günləri evə buraxılacaq
Gürcüstanın Müdafiə Nazirliyi fevralın 14-də 140 çağırışçını hərbi xidmətə qəbul edib. Bununla da həqiqi hərbi xidmətə çağırış bərpa olunub. 2015-ci ilin yayında həqiqi hərbi xidmət ləğv edilmişdi. Ötən ilin noyabrında qərar dəyişdirilib. Müdafiə Nazirliyi bildirir ki, həqiqi hərbi xidmət keçmə qayd...
Rəsmən adı ingiliscədir
Azərbaycanda əksər dövlət orqanının internet informasiya ehtiyatının – saytının ünvanı ingilis dilindədir. Novator.az bildirir ki, dövlət başçısının rəsmi portalının ünvanı da ingiliscədən gəlir: President.az. Bu, beynəlxalq praktikaya uyğun variantdır, əksər ölkədə prezidentlərin saytı milli domenə...
Hərbi vəziyyətdə nə məhdudiyyətlər olacaq?
Novator.az Milli Məclisin 14 fevral iclasında qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanundan seçmələri təqdim edir. 5 fəsil, 27 maddədən ibarət qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması...
Məcburi köçkünlərə müavinət qaydası yenə dəyişdi
Prezident İlham Əliyev fevralın 14-də fərman imzalayıb. Novator.az-ın məlumatına görə, bu fərman “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar fərmanına əlavələrdən ibarətdir. Fərmanın yenilənmiş variantı belədir: 1. Məcburi köç...
Milli Məclisdə bələdiyyə hesabatı
Fevralın 14-ü Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. AZƏRTAC xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Məruzəyə görə, 2016-cı ildə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 m...
14 fevral hərracında 16 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 14-də hərrac keçirib. Hərracda 16 dövlət əmlakı özəlləşdirilib. Rəsmi məlumata görə, özəlləşdirilən 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonundakı quşçuluq üzrə...
54 gün mühasirədə, 1 il komada
Qarabağ veteranı, Laçın rayonundan məcburi köçkün, müəllim, yazıçı-publisist, “Əlli dörd gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyev düz 1 ildir ki, koma vəziyyətindədir. Əli Əliyev bu vəziyyətə 2016-cı ilin fevral ayının 14-də uğradığı avtomobil qəzası nəticəsində düşüb. Həmin gün onu B...
Senat Trampın iki nazirini təsdiqlədi. İlk istefa da var
ABŞ Senatı daha iki nazirlə bağlı qərar verib. Novator.az-ın məlumatına görə, Senatın 13 fevral iclasında prezident Donald Trampın təqdimatlarına baxılıb və Stiven Mnuçin maliyyə naziri, Devid Şulkin veteranlarla iş naziri postuna təsdiqlənib. Stiven Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə 47 se...
Çıxarış verilən mənzilin nə üstünlükləri var?
Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası ilə bağlı yeni məlumat yayıb. Rəsmi açıqlamaya görə, fevralın 11-də keçirilən növbəti kampaniyadan Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki “Bakıxanov Residence I” yaşayış kompleksinin sakinləri faydalanıb. Yaşayış kompleksinin 40-a yax...
Prezident Administrasiyasının şöbə müdiri yeni cəza siyasətindən danışıb
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət təd...
Sərəncam işləyəcəkmi?
Fevralın 10-da prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama ə...
Nazirlər Kabineti: 36-dan 35-ə, 42-dən 41-ə
Fevralın 13-də Nəqliyyat Nazirliyi prezident fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu yenilik Nazirlər Kabinetinin strukturunu dəyişir. Novator.az bildirir ki, yenilikdən sonra Nazirlər Kabineti qurumlarının sayı 36-dan 35-ə düşür. Bunun 18-i nazirlik, 9-u dövlət kom...
Tələbə qəbulunun yeni qaydaları
Novator.az Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarından seçmələri təqdim edir. Yeni qaydaları Nazirlər Kabineti fevralın 8-də təsdiqləyib. Sənəd dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını tənzim...
Nəqliyyat Nazirliyi ləğv edildi
Fevralın 13-də prezident İlham Əliyev Nəqliyyat Nazirliyini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirməyə fərman verib. Novator.az bildirir ki, yeni nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında əsas...
Vaxtı keçmiş kreditlərin həcmi necə dəyişib?
2017-ci il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 472,6 milyon manata çatıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bankın hesabatında bildirilir ki, problemli kreditlərin 790,2 milyon manatı xarici valyutada olan kreditlərdir. 2016-cı il dekabrın 1-nə Azərbaycanda vax...
Vergi orqanlarından iki rəsmi hesabat
Vergi orqanlarına yanvar ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinin hesabatı yayılıb. Novator.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin açıqladığı hesabatda qeyd olunur ki, ay ərzində vergi orqanlarına 7145 müraciət daxil olub, bu da ötən ilin müvafiq dövrü...
Azərbaycanda yeni cəzalara sərəncam verildi, yeni qurum yaradıldı
Prezident İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama ə...