Xəbər
Müxalifətin 10 mart mitinqi
Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası başda olmaqla bir neçə müxalif qurum martın 10-da paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirib. Aksiyada siyasi və sosial tələblər qoyulub, prezident seçkisinin o...
Prezidentliyə namizədlərin sayı 7-yə çatdı
Prezidentliyə rəsmi namizədlərin sayı 7-yə çatıb. Mərkəzi Seçki Komissiyası martın 10-da Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyevi, Müasir Müsavat Partiyasından Hafiz Hacıyevi, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayevi qeydiyyata alıb. Onların 40 mindən az olmayan seçici ...
Jurnalistlərin qurultayı nə qərarlar verib?
Martın 10-u Bakıda, Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib. Qurultayda Mətbuat Şurasının nizamnaməsinə dəyişiklik edilib, İdarə Heyəti üzvlərinin sayı 17-dən 23-ə çatdırılıb. Yeni İdarə Heyəti 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiy...
Yeni artım sərəncamları
Prezident İlham Əliyev maaş artımını nəzərdə tutan yeni sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat xidmətlərinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları martın 1-dən ...
Qurban Yaquboğlunun kitabı çıxıb: “Mən yoxam”
Bu il martın 14-də yazıçı-publisist Qurban Yaquboğlunun 50 yaşı tamam olur. Yubileyi ərəfəsində Qurban Yaquboğlunun “Mən yoxam” adlı kitabı işıq üzü görüb. Bu, müəllifin ilk kitabıdır. “Qanun” Nəşrlər Evinin buraxdığı kitaba roman və esselər daxil edilib. “Mən yoxam” romanı ağrıların gözəl qadın, un...
Namizədlərdən biri niyə geri çəkildi?
Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev prezidentlik yarışından geri çəkilib. O və partiyası 11 aprel prezident seçkisində Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu dəstəkləmək qərarına gəlib. Musavat.com xəbər verir ki, qərar Liberal Demokrat Partiyası Rəyasət Heyətinin iclasında qəbul...
Rəqiblərin yeni reytinqi
Novator.az Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuya istinadla Rusiya prezidentliyinə namizədlərin yeni reytinqini təqdim edir: Vladimir Putin, müstəqil namizəd – 69,7% Pavel Qrudinin, Kommunist Partiyası – 7,1% Vladimir Jirinovski, Liberal Demokrat Partiyası – 5,6% Kseniya Sobçak...
Ərzaq 5,8 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, o cümlədən ərzaq məhsul...
Xarici ticarət: hansı tərəfdaşlar öndədir?
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ilin ilk iki ayında əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 17,21 faizi həcmində göstərilir. Rusiya 8,93 faizlə ikinci, Almaniya 8,58 faizlə ü...
Neft və qazsız ixrac 13 faizə çatmır
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının 88,8 faizi neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, ixracın 82,7 faizini xam neft, 4,8 faizini neft məhsulları, 1,3 faizini təbii qaz təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatında ixracın 2,6 faizinin meyvə-tərəvəz, 1 faizi...
Avropa Parlamenti seçkiyə müşahidəçi göndərmir
Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etməyəcək. Novator.az xəbər verir ki, açıqlama martın 9-da yayılıb. Rəsmi açıqlamada bildirilir ki, Avropa Parlamenti Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı səsvermə prosesinə nəzarət etməyəcək və nəticə...
Gömrükdə iki aylıq pozuntular
Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-fevral ayları üzrə hüquqpozmaların statistikasını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, iki ayda gömrük orqanları 85 qaçaqmalçılıq faktı, 24 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 3 aksiz markas...
İxrac idxalı 758,9 milyon dollar üstələyib
2018-ci ilin ilk iki ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 3 milyard 661,9 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında ixracın həcmi 2 milyard 210,4 milyon dollar, idxalın həcmi 1 milyard 451,5 milyon dollar göstərilir. İxrac idxalı 758,9 mil...
Kredit və əmanət göstəriciləri
Ölkə üzrə 11 milyard 656,1 milyon manatlıq kredit portfelinin 9 milyard 678,7 milyon manatı Bakı şəhərinə aiddir. Mərkəzi Bankın yeni hesabatından belə görünür. Novator.az-ın məlumatına görə, bölgələrin (iqtisadi rayonlar) kredit göstəriciləri belədir: Aran – 465,5 milyon manat Abşeron – 449,5 milyo...
Ruslar üzülür
UEFA Avropa Liqasının 1/8 finalı start götürüb. Novator.az-ın məlumatına görə, martın 8-də keçirilmiş ilk oyunlar Rusiya klubları üçün uğursuz olub. Səfərdə oynayan “Lokomotiv” (Moskva) “Atletiko”ya (İspaniya) 0:3, “Zenit” “Leypsiq”ə (Almaniya) 1:2 hesabı ilə uduzub. SSKA evdə “Lion”a (Fransa) 1 cav...
Rəsmi məzənnələr
Mərkəzi Bank martın 9-da avronun kursunu 2,0933 manata endirib. Novator.az-ın məlumatına görə, Rusiya rublu (0,0298 manat) və türk lirəsi də (0,4443 manat) ucuzlaşıb. Rəsmi məzənnəsi yüksələn gürcü larisi banklara 0,6944 manata satılır. ABŞ dolları isə 1,7 manata təklif olunur. Bu qiymət martın 7-də...
Maaş artımı: dairə genişləndi
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb. Sərəncamları prezident İlham Əliyev imzalayıb. Novator.az bildirir ki, daha əvvəl Müdafiə Nazirliyin...
Gənclər Fondunun yeni statusu
Prezident yanında Gənclər Fondunun əsasında Gənclər Fondu publik hüquqi şəxs yaradılıb. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə fondun nizamnaməsi təsdiq edilib. Fondun nizamnamə fondu 115 min manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır. Qurumun 9 nəfər üzvdən ibarət Müşahidə Şuras...
3 iddiaçı rəsmi namizəd oldu
11 aprel prezident seçkisində rəsmi namizədlərin sayı 4-ə çatıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası martın 7-də Sosial Demokrat Partiyasından deputat Araz Əlizadəni, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyevi və müstəqil namizəd, deputat Zahid Oruc...
Mitinqə razılıq verildi
Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin martın 10-na planlaşdırdığı mitinqlə bağlı müraciətə cavab verib. Novator.az-ın məlumatına görə, meriya mitinqin keçirilməsinə razılaşıb. Mitinqin əsas təşkilatçıları Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasıdır. Daha bir neçə müxalif qurum aksiy...