Xəbər
Silkələnmə: dağıntı və tələfat yoxdur
İyunun 5-i saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ 5,5 bal gücündə olub, episentrdə 6 bala qədər hiss edilib. Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a dağıntı və insan t...
Bölgədə hesabatlar, vədlər
“Biz düşünülmüş siyasət aparırıq”. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyev iyunun 5-i Goranboyda, “Region Aqropark”ın açılışında belə deyib. O qeyd edib ki, aqropark Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində böyük rol oynayacaq: “Dövlət öz dəstəyini növbəti dəfə göstər...
Mehman Hüseynovun işi: naməlum səbəblər
İyunun 5-də Ali Məhkəmədə məhbus bloqçu Mehman Hüseynovun kassasiya şikayətinə baxılmalı idi. Amma proses baş tutmayıb. “Turan”ın məlumatına görə, buna Mehman Hüseynovun məhkəməyə gətirilməməsi səbəb olub. Mehman Hüseynovun şikayəti hakim İmran Hacıqayıbovun icraatındadır. Hakim bildirib ki, o, məhb...
Kürsüsünü itirmiş lider partiya postundan da gedir
İspaniyanın sabiq baş naziri Mariano Rahoy iyunun 5-də Xalq Partiyasının sədri postundan istefaya verəcəyini açıqlayıb. Mariano Rahoy iyunun 1-də parlamentin aşağı palatasının hökumətə etimadsızlıq göstərməsindən sonra baş nazir vəzifəsindən gedib. Hökumətin istefaya göndərilməsi Xalq Partiyasının a...
“Birja” qəzeti çap versiyasını dayandırıb
Reklam və elan həftəliyi olan populyar “Birja” qəzeti çap versiyasına xitam verib. Novator.az bildirir ki, 1992-ci ilin yanvarında qurulmuş “Birja”nın son nömrəsi bu il mayın 25-də işıq üzü görüb. Nəşrin dayanmasının səbəbləri açıqlanmır. 24 səhifəlik qəzet həftənin cümə günləri 8 minə yaxın tirajla...
Valyuta ehtiyatı artıb
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası barədə hesabatlar yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, iyunun 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 471,4 milyon dollar, pul bazasının həcmi 8 milyard 404 milyon manat olub. Bir ayda valyuta ehtiyatı artıb, pul bazası azalıb. Mayın 1-nə valyu...
Beş ayda nə qədər bahalaşma gedib?
Yanvar-may aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin ilk beş ayına nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsulları 3,2 faiz, qeyri-ərzaq malları 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,6 faiz bahalaşıb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Rəs...
İlham Əliyev hərbi şəhərciyə baş çəkib
Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın sax...
Naftalanda yeni xəstəxana
Prezident İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanası 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan s...
Suvarma kanalı genişləndi
İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Ötən əsrin 80-ci illərində inşa edilmiş suvarma kanalının ...
“Exo”nun səsini kimlər eşidib?
Novator.az mayın 26-dan fəaliyyətini dayandıran rusdilli “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafovla əlaqə saxlayıb. 2001-ci ildən çıxan “Exo” qurucu baş redaktor Rauf Talışinskinin vəfatından sonra maliyyə çatışmazlığı ucbatından qapanıb. Rauf Talışinski mayın 8-də qəflətən və...
Hərrac qiymətləri qaldırdı
Əmlak Məsələləri Dövlət Komitəsi 5 iyun hərracı ilə bağlı açıqlama yayıb. Rəsmi məlumata görə, Bakının Müşfiqabad qəsəbəsindəki qeyri-yaşayış sahəsinin ilkin qiyməti 8 min 100 manat olub, sonda qiymət 15 min 200 manata yüksəlib. İlkin qiyməti 5 min 500 manat olan, Bakının Nəsimi rayonunda, Cavadxan ...
30 bankın 27,7 milyard manatı var
Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektoruna dair yeni statistika açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, mayın 1-nə bankların cəmi aktivləri 27,7 milyard manat, cəmi öhdəlikləri 23,8 milyard manat olub. Bank sektorun balans kapitalı 3,9 milyard manat, əhalinin əmanətləri 7,8 ...
Rusiyada ekoloji cəhənnəmlər və cənnətlər
Rusiyanın “Yaşıl patrul” ictimai təşkilatı ekoloji durum hesabatı yayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ilin yaz fəslini əhatə edən hesabatda bildirilir ki, ekoloji baxımdan ən acınacaqlı vəziyyət Sverdlovsk vilayətində qeydə alınıb. Bu bölgə reytinq cədvəlində sonuncu – 85-ci yerdə dayanır....
Prezident yol açılışına qatılıb
Goranboya səfər edən prezident İlham Əliyev iyunun 5-də Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışına qatılıb. AZƏRTAC xəbər verir ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu...
Müdafiə Nazirliyinin elanı
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq istəyənlərə müraciət edib. Elana görə, ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qə...
5 iyun məzənnələri
İyunun 5-də gürcü larisi (0,6913 manat), Rusiya rublu (0,0274 manat) və türk lirəsinin (0,3703 manat) rəsmi məzənnələri yüksəlib. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb. Ucuzlaşan avro isə banklara 1,9869 manata təklif edilir (Məzənnələr). 2018-ci ildə dolların maksimal ...
Vaşinqton merindən Azərbaycan bəyannaməsi
ABŞ-ın paytaxtı Vaşinqtonun meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb. AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və ...
Azad zona qanunu hansı azadlıqlar verir?
Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanunu imzalayıb və onun tətbiqinə fərman verib. Novator.az bildirir ki, qanuna görə, ölkə prezidenti Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir. Səlahiyyətli qurum, Azad Zona in...
Müsavat qurultay qərarına hazırlaşır
İyunun 9-da Müsavat Partiyası Məclisinin iclası keçiriləcək. Başqan müavini, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Novator.az-a bildirib ki, Məclisdə partiyanın 9-cu qurultayına hazırlıq məsələsinə də baxılacaq, müvafiq təşkilat komitəsi yaradılacaq. Partiya nizamnaməsinə görə, qurultay Müs...