Xəbər
Döyüş atışları
Azərbaycan Ordusunun raket və artilleriya birləşmələrinin və bölmələrinin cəbhə bölgəsində keçirdiyi təlimlərdə döyüş atışları icra olunub. Müdafiə Nazirliyinin 2 aprel məlumatına görə, şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Rəsmi Bakının 2 aprel bəyanatı
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Kəlbəc...
Yardım Fondunun vəsaiti açıqlanıb
Silahlı Qüvvələrə Yardım Fondunun rəsmi hesabatı açıqlanıb. Müdafiə Nazirliyi bildirir ki, 1 aprel 2018-ci ilə fonda 89,8 milyon manat, 213,6 min ABŞ dolları, 10,7 min avro və 5 min rubl vəsait daxil olub. Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycanın əra...
Milli çempionatlarda durum
Novator.az Avropanın aparıcı futbol ölkələrinin milli çempionatlarına nəzər salıb. İngiltərə çempionatının lideri postunu 31 oyunda 84 xal yığan “Mançester Siti” tutur. İkinci pillədə dayanan “Mançester Yunayted”in 68 xalı var. “Liverpul” 32 oyuna 66 xalla üçüncüdür. İspaniya çempionatına başçılıq e...
Keçmiş nazir prezident seçildi
Kosta Rikada prezident seçkisi başa çatıb. Novator.az-ın məlumatına görə, aprelin 1-də keçirilmiş ikinci turun ilkin nəticələrində hakim partiyanın 38 yaşlı namizədi Karlos Alvarado 60,8% səslə önə çıxıb. Müxalifətin namizədi Fabrisio Alvarado 39,2% səs yığıb. 1980-ci il təvəllüdlü Karlos Alvarado 2...
Məzənnələrin aprel startı
Mərkəzi Bank aprelin 2-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0297 manat) məzənnələrini dəyişməz saxlayıb. Bir çox valyutada isə kurs yeniliyi var. Novator.az-ın məlumatına görə, avro 2,0938 manata, gürcü larisi 0,7054 manata, ingilis funt sterlinqi 2,3869 manata yüksəlib. Ucuzlaşan tür...
Övladlığa götürmə hesabatı
Uşaqların övladlığa götürülməsi haqqında statistika açıqlanıb. Novator.az bildirir ki, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə 877 uşaq övladlığa götürülüb, bu da 2016-cı illə müqayisədə 13,5 faiz çoxdur. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 15,9 faiz artaraq 466 nəf...
Gələnlər artıb, gedənlər azalıb
Dövlət Statistika Komitəsi turizm hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana 139 ölkədən 352,5 min nəfər (ötən ilin ilk iki ayı ilə müqayisədə 12,1 faiz çox) əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,3 faiz...
31 mart mitinqi
Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası martın 31-i paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 15-dən 17-dək davam edib. Aksiyanı AXCP Ali ...
Azərbaycan-Türkiyə-Gürcüstan memorandumu imzalanıb
Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya martın 31-də bir araya gəliblər. Türkiyənin Giresun şəhərində keçirilən görüşdə üç ölkə arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən...
Aprelin qəbul qrafiki
Mərkəzi hakimiyyət orqanları rəhbərlərinin aprel ayında vətəndaşları nə vaxt qəbul edəcəyi açıqlanıb. Novator.az cədvəli təqdim edir: Qəbul edən Gün Yer Əhatə dairəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 16 Daşkəsən Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax Səfərbərli...
Bu il 50 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu martın 30-u Qusar rayonunun Yuxarı Zeyxur kəndində işgüzar forum keçirib. Rəsmi məlumata görə, fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov forumda deyib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 50 milyon manatdan ...
Bakıda sərmayə 32,7 faiz azalıb
Bakı Şəhər Statistika İdarəsi sosial-iqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin yanvar-fevral aylarında sənayedə istehsalın və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artıb. Sənaye məhsulunun 85,5 faizi mədən sektorunda istehsal o...
Parlament dünyaya səsləndi
Martın 30-da Milli Məclis azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı iclas keçirib. Deputat, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məruzə ilə çıxış edib. O, 1918-ci il soyqırımının tarixi, ağır nəticələri haqqında danışıb. Sonda Milli Məclisin bəyanatı qəbul olunub. Report.az...
Dairələrdə seçici sayı
11 aprel prezident seçkisi üçün 125 seçki dairəsi üzrə 5,2 milyona yaxın seçici qeydə alınıb. Ən çox seçici 26, 27, 28, 54, 123, 125 saylı dairələrdə, ən az seçici 122 saylı dairədədir. Novator.az seçki dairələri üzrə seçici sayını təqdim edir: 1 saylı Şərur-Sədərək seçki dairəsi — 38233 min seçici ...
Aprelin hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayının hava proqnozunu açıqlayıb. Rəsmi məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 7-12, bəzi yerlərdə 16, gündüzlər 13-18, bəzi günlərdə 24-29 dərəcə isti) ol...
Zəhra və Yusif
Novator.az 2018-ci ilin ilk üç ayında Azərbaycanda doğulmuş uşaqlara qoyulan populyar adların siyahısına nəzər salıb. Qız adları içində Zəhra birincidir: 364 uşaq. İlk 10-luqda bu adlar da var: Nuray – 264 uşaq Məryəm – 236 Aylin – 227 Zeynəb – 226 Fatimə – 208 Mələk – 193 İnci – 174 Ayan – 157 Dəni...
Mərkəzi və Şərqi Avropada antisemitizm: Ermənistan başda gəlir
ABŞ-ın “Pew Research Center” sosioloji təşkilatı Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində antisemit ovqatın (yəhudilərə qarşı dözümsüzlüyün) həddini öyrənmək üçün sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğu bir il müddətində – 2015-ci ilin iyunundan 2016-cı ilin iyulunadək aparılıb. Nət...
“Hədəf sabitliyi pozmağa nail olmaqdır”
Mətbuat Şurası martın 30-u Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda müzakirə təşkil edib. APA-nın məlumatına görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Hə...
Məhbus jurnalistin səhhəti pisləşib
“Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun səhhətində problem yaranıb. Azadliq.info-nun jurnalistin xanımı Lamiyə Orucovaya istinadla verdiyi xəbərə görə, Əziz Orucovun böyrək ağrıları artıb, öz növbəsində həmin ağrılar qan təzyiqinin yüksəlməsinə səbəb olub: “Bu azmış k...