Xəbər
Gürcüstana ən çox bizdən gedirlər
2018-ci ilin mart ayında Gürcüstana 578 min 500 əcnəbi səfər edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 67 min 400 nəfər çoxdur. Novator.az-ın məlumatına görə, Milli Turizm Administrasiyası aprelin 3-də belə açıqlama yayıb. Rəsmi hesabata əsasən, martda turistlərin sayı 33%, beynəlxalq ziyarət...
Əlillərə nə xidmət göstərilib?
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları əlilliyi olan şəxslərə 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verib. Rəsmi hesabata görə, əlilliyi olan şəxslər 300-ə yaxın əlil arabası, 326 aşağı və yuxarı ətraf ortezi, 266 aşağı və yuxarı ətra...
Peşə təhsili qanunu ikinci oxunuşdan keçdi
Aprelin 3-də Milli Məclis “Peşə təhsili haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Report.az-ın məlumatına görə, layihədə peşə təhsili müəssisələrinin növləri belə sıralanır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. Ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq, peş...
“Tofaş” 2300 manata özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi 3 aprel hərracı ilə bağlı açıqlama yayıb. Rəsmi məlumata görə, “Tofaş” markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər 60 saniyədən bir yenilənib. Start qiyməti 1500 manat olan həmin avtomobil 2300 manata özəlləşdirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 6 q...
Snayperlər yarışıb
Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” yarışı keçirilib. Yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında təşkil olunub. Mod.gov.az-ın 3 aprel məlumatına görə, hərbi qulluqçuların təchizatı yoxlandıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tut...
11 bayram günü qalır
Çərşənbəyə düşən 11 aprel prezident seçkisi günü olduğu üçün iş günü hesab edilmir. Novator.az bildirir ki, 2018-ci ilin qalan dövründə iş günü sayılmayan 11 bayram günü də var. Mayın 9-u (çərşənbə) Qələbə Günü, mayın 28-i (bazar ertəsi) Respublika Günüdür. Qurtuluş Günü iyunun 15-nə – cümə gününə t...
Ət yeməyin fəsadları (Yeni tədqiqat)
Böyük Britaniyanın Lids Universitetinin alimləri apardıqları tədqiqatın nəticələrinə əsaslanaraq insanları qırmızı əti az yeməyə çağırır. Mütəxəssislər qeyd edir ki, qida rasionunda qırmızı əti azaltmaqla yoğun bağırsaq xərçənginə tutulma riskini minimuma endirmək olar. Alimlər tədqiqata İngiltərə, ...
Valyuta ehtiyatı və pul bazası hesabatları açıqlanıb
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası barədə hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, aprelin 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 508 milyon dollar, pul bazasının həcmi 9 milyard 471 milyon manat olub. Martın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 387,3 milyon doll...
Jurnalistin şikayəti qismən təmin olunub
Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində çıxarılan hökmdən şikayətə baxılması prosesi yekunlaşıb. Xatırladaq ki, 2016...
Bir çox valyuta dəyər itirib
Aprelin 3-də bir çox valyuta ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avro 2,0926, Rusiya rublu 0,0296, türk lirəsi 0,4272 manata düşüb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb, bahalaşan gürcü larisi isə 0,7091 manata satılır (Məzənnələr). 2018-ci ildə ABŞ dollarını...
Qələbə rəsmiləşdi
Misirin Milli Seçki Komissiyası martın 26-dan 28-dək keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. Dövlət başçısı Əbdülfəttah əl-Sisinin yenidən dörd il müddətinə prezident seçildiyi bəyan olunub. Yekun sənədə görə, Əbdülfəttah əl-Sisi 97,08 faiz, rəqibi, Əl-Qad Partiyasının lideri Musa ...
Diplomatik korpusda yeni təyinatlar
Azərbaycanın iki diplomatik nümayəndəliyinə təyinat olub. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Əşrəf Fərhad oğlu Şıxəliyev Hindistana fövqəladə və səlahiyyətli səfir vəzifəsinə göndərilib. İlqar Fazil oğlu İskəndərov isə Rusiyanın Yekaterinburq şəhərində baş konsul vəzifəsinə təyinat alıb.
Nəqliyyata cavabdeh qurumun statusu dəyişdi
Prezident İlham Əliyev fərman imzalayaraq Bakı Nəqliyyat Agentliyinin nizamnaməsini təsdiqləyib. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manat təşkil edir. Qurumun fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Fərmana əsa...
Ermənistanın ixracı 41 faizdən çox artıb
Ermənistanın Milli Statistika Xidməti 2018-ci ilin yanvar-fevral ayları üzrə ixrac hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci ilin ilk iki ayı ilə müqayisədə ixrac 41,1% artaraq 387 milyon dollara yaxınlaşıb. İxracın 23,3%-i Rusiyaya yönəlib. İkinci böyük istiqa...
Azadliq.info üzərindən blok götürülüb
Azadliq.info saytına girişə qoyulmuş məhdudiyyət götürülüb. Azadliq.info 2016-cı ilin sentyabrından çapını dayandırmış “Azadlıq” qəzetinin saytıdır. Azadliq.info-ya giriş 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılıb. Həmin qərarla məhkəmə “Azadlıq” radiosunun Azadliq....
Elektron xidmət rəqəmləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərə mart ayında 649,5 min dəfə müraciət olunub. Rəsmi hesabata görə, ümumilikdə indiyədək nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb, bu da “Elektron hökumət” portalı...
Rusiya hərbi donanmasını Azərbaycana yaxınlaşdırır
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülür. Novator.az-ın məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 2-də belə açıqlama verib. Kaspiysk Azərbaycana Həştərxandan daha yaxındır. Sergey Şoyqu Kaspiyskdə böyük tikinti işlərinin...
Aprel döyüşləri ilə bağlı məqalədən
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı 2016-cı ilin aprel döyüşləri ilə bağlı məqalə yazıb. O qeyd edir ki, 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdə...
Oturaq həyat tərzinin təhlükəsi
Oturaq həyat tərzi 2-ci növ şəkərli diabetə, ürək xəstəliklərinə, hətta insulta səbəb ola bilər. Böyük Britaniyanın Liverpul Universitetinin bir qrup alimi bununla bağlı tədqiqat aparıb. Ekspertlər hətta iki həftəlik oturaq həyat tərzindən sonra insanın səhhətində problem yarandığını aşkara çıxarıbl...
Nazirlik müraciət statistikası yayıb
Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikası açıqlanıb. Rəsmi məlumata görə, mart ayında vətəndaşlarla iş bölməsinə 8894 müraciət daxil olub. Telefon məlumat mərkəzində 6552 zəng qəbul e...