Xəbər
Məhkəmə vəkilə yox dedi
Noyabrın 14-də Binəqədi Rayon Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun müraciətinə baxıb. Vəkil istintaq orqanının ona məxsus iki mobil telefonu və kompüterin yaddaş kartını götürməsinin qanunsuz sayılmasını, qaytarılmasını istəmişdi. Novator.az-ın məlumatına görə, hakim Mahirə Muradovanın sə...
ÜDM 5,2 faiz, investisiya 8,2 faiz artıb
Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda 2,4 faiz azalmanın, qeyri neft-qaz sektorunda 9,7 faiz yüksə...
Dünya çempionatının mükafat fondu
Novator.az 2022-ci ilin dünya futbol çempionatının mükafat fonduna nəzər salıb. Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək çempionata qatılan 32 milli komanda 8 qrupa bölünüb. 1/8 finala adlamaq üçün qrupları azı ikinci sırada bitirmək gərəkdir. Qrupda ələnən komandaya 9 milyon dollar vermə...
Qəzalar 7,5 faiz artıb
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1259 (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox) yol-nəqliyyat hadisəsi baş verib, 599 nəfər həlak olub, 1099 nəfər xəsarət alıb. Hesabatı Dövlət Statistika Komitəsi yayıb.
Ticarət göstəriciləri
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb, dövriyyə ötən ilin eyni ayları ilə m...
Aksiyanın cəzası
Bakıda noyabrın 11-də keçirilmiş aksiyada tutulan AXCP üzvü Rövşən Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. “Turan”ın məlumatına görə, qərarı noyabrın 12-də Səbail Rayon Məhkəməsi polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə çıxarıb. İlkin xəbərlərdə Rövşən Məmmədovun p...
Azərbaycanda daxili köç
İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev daxili miqrasiya problemini təhlil edib. Bakı Araşdırmalar İnstitutunun saytında dərc edilən təhlıldə qeyd olunur ki, Azərbaycanda əhalinin daxili miqrasiyasına dair hər hansı statistik informasiya bazası yoxdur: “Hüquqi tələblərə görə, daxili miq...
Müsavat israr edir
Müsavat Partiyası noyabrın 15-i Bakıda, İranın Azərbaycandakı səfirliyinin binası önündə piket keçirmək niyyətindədir. Saat 15-ə təyin olunan aksiyanın əsas şüarı “Azadlıq, ədalət, milli hökumət!” şüarıdır. Başqan Arif Hacılı bildirir ki, aksiyada İranın anti-Azərbaycan siyasətinə və bu ölkədə dinc ...
Rəsmi: casus şəbəkəsi ifşa edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin 14 noyabr məlumatına görə, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib: “Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb ...
Beşlikdə tətil
Avropanın aparıcı milli futbol çempionatları tətilə çıxıb. Fasilə noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlıdır. Novator.az bildirir ki, İngiltərə çempionatına 37 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 32, “Nyukasl” 30, “Tottenhem” 29, “Mançester Yunayted...
Azərbaycanın koronavirus statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Milli hesabata görə, ölkədə 823721 nəfər koronavirusa yoluxub, onların 9963-ü vəfat edib, 188-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il f...
Sloveniyanın seçimi
Sloveniyada prezident seçkisi yekunlaşıb. Noyabrın 13-də keçirilmiş ikinci turda müstəqil namizəd Nataşa Pirts-Musarın 54 faizə yaxın səslə önə çıxdığı bəyan olunub. Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü Nataşa Pirts-Musar hüquqşünasdır, vəkil və jurnalist kimi tanınıb. İkinci turda Nataşa P...
Çinin uyğurlara qarşı casus proqramı ifşa olunub – “The Guardian”
Təhlükəsizlik mütəxəssisləri Çində yaşayan, eyni zamanda Çindən mühacirət edib başqa ölkələrə sığınmış uyğurların mobil telefonlarında casus proqramı aşkarlayıblar. Novator.az-ın məlumatına görə, bununla bağlı Böyük Britaniyanın “The Guardian” qəzetində məqalə dərc olunub. Məqalədə mobil cihazların ...
Rusiya xəlvətcə sığınacaqları yoxlayır – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Rusiya müharibənin genişlənməsi xofu altında xəlvətcə bomba sığınacaqlarını yoxlayır” başlıqlı yazı dərc olunub. Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, Ukrayna cəbhəsində hərbi mövqelərini qorumaqdan ötrü çaba göstərən Rusiya öz ərazis...
Elçin Sadıqovun müraciətinə baxılacaq
Noyabrın 14-də Binəqədi Rayon Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun müraciətinə baxacaq. Novator.az-a danışan vəkil deyib ki, müraciətində istintaq orqanının iki mobil telefonunu və kompüterinin yaddaş kartını götürməsinin qanunsuz sayılmasını, onların qaytarılmasını istəyib. Elçin Sadıqov...
Bakıda aksiya
Noyabrın 11-i saat 16-dan bir qrup AXCP üzvü və başqa fəallar paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları ərazidə toplaşmaq istəyənləri dağıdıb, tutulanlar var. AXCP rəsmiləri Bakı Şəhər İcra Hakimiyyətinə müra...
Xerson işğaldan qurtulur
Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Gündüz saatlarında Ukrayna döyüşçülərinin Xerson şəhərinə girməyə başladığı xəbəri yayılıb. Xerson şəhəri 2022-ci il martın 3-dən işğalda idi....
Məhkəmə günü dəyişib
Suraxanı Rayon Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi istəyi yer alan ərizəsinə noyabrın 16-da baxacaq. Məlumatı vəkil Aqil Layic yayıb. Hakim Anar İbrahimovun icraatında olan proses öncə noyabrın 11-nə təyin edilmişdi. Novator.az bildirir ki, Tofiq Yaqublu ata yurdu G...
Pensiyalar nə qədər arta bilər?
Azərbaycanda əmək pensiyası orta maaşın illik artım tempinə uyğun indeksləşdirilir, proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsasında aparılır. İllik yekun rəqəm 2023-cü ilin fevral ayında açıqlanacaq. Novator.az bildirir ki, rəsmi...
Bahalıq və maaş artımı statistikası
2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz artıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,4 faiz, qeyri-ərzaq məhsulları 7,9 faiz, ödənişli xidmətl...