2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz artıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsulları, içkilər və tütün
məmulatları 19,4 faiz, qeyri-ərzaq məhsulları 7,9 faiz, ödənişli xidmətlər 10,4 faiz bahalaşıb.
Başqa hesabata əsasən, oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat olub.