Xəbər
Portuqaliyada yeni prezident
Portuqaliyada yanvarın 24-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə, Marselu Rebelu di Souza qalib gəlib. Novator.az xəbər verir ki, Marselu Rebelu di Souza səslərin 52%-ni qazanıb. Onun ən yaxın rəqibi Antonio Sampayu da Novua seçicilərin 23%-nin dəstəyini alıb. Sol blokun namizədi...
Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar bahalaşaraq 32,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 32,77 dollar olub. Xəbəri AZƏRTAC yayıb.
ANS haqda qərar icra olunmadı
Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərarını təxirə salıb. Şura “Hesabat”ın yayımının 1 aylığa dayandırılması haqda qərarını yanvarın 22-də çıxarmışdı. Qərarın icrasının dayandırıldığı isə yanvarın 23-də elan olunub...
Bir ildə xarici ticarət əməliyyatları 33,44% azalıb
Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 2015-ci il hesabatını açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, xarici ticarət əməliyyatları 2014-cü ilə nisbətən 33,44% azalıb. Bir ildə idxal əməliyyatlarında 0,36% artım, ixrac əməliyyatlarında 47,66% azalma qeydə alınıb. Ötən il...
“Hesabat” dayandırıldı, ANS-ə lisenziyanın ləğvi barədə xəbərdarlıq gəldi
Yanvarın 22-də Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərar qəbul edib. “Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir. Milli Televiziya və Radio Şurasının...
Mərkəzi Bankın bir illik itkisi açıqlandı
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının həcmi bu il yanvarın 1-nə 5 milyard 16,7 milyon ABŞ dolları olub. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu məbləğ 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 milyard 741,6 milyon dollar azdır. Ötən ilin noyabr ayı ilə müqayis...
Rusiya rəsmisi: orta ömür 72 yaşa yaxındır
Rusiyada orta ömür 72 yaşa yaxındır. Novator.az bildirir ki, Rusiya baş nazirinin müavini Olqa Qolodets yanvarın 22-də Tver şəhərində keçirilən regional tibbi forumda belə açıqlama verib. Qolodets deyib ki, əllərində dəqiq demoqrafik məlumatlar olmasa da, orta ömrün 72 yaşa yaxın olduğu qənaətinə gə...
Qəzet çıxaranı da, yayanı da, alanı da… böhran vurub
Manatın dəyərdən düşməsi çap məhsullarında da bahalaşma yaradıb. Qəzetlərin böyük əksəriyyətinin buraxıldığı “Azərbaycan” nəşriyyatı xidmət haqqını 25%, bəzi nəşrlər satış qiymətini 10-20 qəpik artırıb. Yanvarın 22-də Transparency.az-a danışan “Qaya” yayım firmasının rəhbəri Xanhüseyn Əliyev deyib k...
Keçmiş müstəntiq ev dustaqlığına buraxıldı
Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, qərar yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub. Müdafiə tərəfi Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verib və məhkəmə vəsatəti təmin edib. Rüfət S...
Paytaxt prokurorluğundan Cavid Hüseynov təkzibi
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam edir. Yanvarın 22-də Bakı Şəhər Prokurorluğu ibtidai istintaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Rasim Əliyevin B...
İmaməli Rəhmanın ömürlük prezidentliyə yolu açılır
Yanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı İmaməli Rəhmanın qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini təsdiq edib. Novator.az xəbər verir ki, aşağı palatanın deputatları yeni qanun layihəsinin mətnini ekspertiza üçün Konstitusiya Məhkəməsinə gön...
Sloveniya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib
Xarici İşlər Nazirliyinin mətbuat xidməti Sloveniya parlamentinin qəbul etdiyi qərara dair məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 20-də Sloveniya Respublikasının parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib: “Parlament Ermənistan-Azərbaycan, Dağlıq Qa...
İlham Əliyev: “Buna hazır deyildik”
Prezident İlham Əliyev yanvarın 21-i Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzulu sessiyada iştirak edib. AZƏRTAC-ın məlumatına görə, sessiyanın aparıcısı, CNN-in redaktoru Con Defterios bir barrel neftin qiymətinin 28 dollara düşdüyünü qeyd edərək prezidentdən ...
Neft bahalaşıb
Dünya birjalarında neftin qiyməti qalxıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,50 dollar bahalaşaraq 30,72 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,89 dollar artaraq 30,67 dollar olub. AZƏRTAC-ın 22 yanvar məlumatına görə, “AzəriLayt”...
Gömrük hüquqpozmalarının 2015-ci il statistikası
Gömrük hüquqpozmalarının 2015-ci il statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, ötən il gömrük orqanları cinayət xarakterli 579 fakt aşkarlayıb. Bunun 310-u qaçaqmalçılıq faktı, 210-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz d...
Şəkinin qorunmasına sərəncam verilib
Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında prezident sərəncamı imzalanıb. Dövlət başçısı Mədəniyyət və Turizm Nazirliyinə Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xə...
Avroda xırda ucuzlaşma
Yanvarın 22-də Mərkəzi Bank manatın dollara məzənnəsini dəyişməz saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar yenə 1,6028 manatdır. Bu qiymət yanvarın 19-da müəyyən edilib. 1 avronun rəsmi qiyməti isə yanvarın 21-i ilə müqayisədə 1,7458 manatdan 1,7365 manata enib (Tam siyahı).
Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair hesabat yayıb
Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Məlumata görə, dövlət büdcəsinin mədaxili 17 milyard 153,2 milyon manat, xərcləri 17 milyard 786,8 milyon manat olub. Dövlət büdcəsinin mədaxili 19 milyard 438 milyon manat proqnoza qarşı 17 milyard 153,2 milyon manat v...
İlham Əliyev Davosdan İrana zəng vurub
Yanvarın 21-də prezident İlham Əliyev Davosdan İran prezidenti Həsən Ruhaniyə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb və uğurlar arzulayıb. İlham Əliyev qeyd edib ki, Azərbaycan h...
Futbolçu 10 il həbs cəzası aldı
SSRİ dövründə Rusiyanın “Zenit” futbol komandasında oynamış Vladimir Dolqopolov 10 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az xəbər verir ki, qərar yanvarın 21-də Sankt-Peterburq şəhərinin Frunze Rayon Məhkəməsində çıxarılıb. Dolqopolov arvadının ölümündə təqsirli bilinir. Hadisə 2014-cü ilin...