Xəbər
Hesablama Palatası “Azərsu”da nöqsanlar aşkarlayıb
Hesablama Palatasının iclasında “Azərsu” ASC-də “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və Almaniyanın “KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait...
Rusiyanın ali müftisi dəyişdi
Rusiya müsəlmanlarının ali müftisi dəyişib. Tatarıstan müftisi Kamil Samiqullin Rusiyanın ali müftisi postuna gətirilib. O, bu vəzifədə Təlqət Tacuddini əvəzləyəcək. Novator.az xəbər verir ki, Kamil Samiqullinin ali müfti təyin olunması qərarını Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin plenumu ...
Başqırdıstanda 14 yaşda nikaha icazə verildi
Rusiyanın Başqırdıstan Respublikasının parlamenti erkən nikaha yol açan qanun qəbul edib. Novator.az bildirir ki, yeni qanun müəyyən hallarda 14 yaşda nikah bağlanmasına icazə verir. Başqırdıstanın Ailə Məcəlləsinə görə, nikah yaşı 18-dir. Parlamentdə qəbul olunan yeni qanunla bu məcəlləyə düzəliş e...
“Günəşli”də yanğın 20 gün sonra: axtarış davam edir
Fövqəladə Hallar Nazirliyi Xəzərdəki “Günəşli” neft-qaz yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması tədbirlərini davam etdirir. Dekabrın 24-də Fhn.gov.az-da yayılan rəsmi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsö...
İlham Əliyev sosial obyektlərin açılışlarında iştirak edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-ü Bakıda gözdən əlil şəxslər üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. 12 mərtəbəli binada ...
“Dövrün çağırışları hakimiyyətin bölüşdürülməsini tələb edir”
Müxalif Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibəsində manatın devalvasiyasının ölkə iqtisadiyyatına təsirindən və çıxış yollarından danışıb. O deyib ki, hakimiyyət özünün səbəb olduğu böhranın nəticələrini xalqın hesabına həll etmək istəyir: “Problemi belə şək...
Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni rektor
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib. Prezident İlham Əliyevin 23 dekabr sərəncamı ilə bu post Fuad Hacı oğlu Hacıyevə həvalə olunub. O, Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışırdı. Bədən Tərbiyəsi və İdman Akademiyasının əvvəlki r...
Diplomatik korpusda dəyişikliklərə sərəncam verildi
Prezident İlham Əliyev diplomatik korpusla bağlı sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveytdə fövqəladə və səlahiyyətli səfiri, Daşqın Məzi oğlu Şikarov Pakistanda fövqəladə və səlahiyyətli səfiri, Emil Zülfüqar oğlu Kərimov Bolqar...
Prezident: “Heç kimin xüsusi imtiyazı yoxdur, ola da bilməz”
Dekabrın 23-ü Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub. Prezident İlham Əliyev tədbirdəki çıxışında sosial-iqtisadi məsələlərə də toxunub. O qeyd edib ki, bölgədə və dünyada iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişafda olub: “2015-ci ildə iqtisadi inkişafa nail olmaq bö...
Gürcüstan hökuməti istefaya gedib
Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Novator.az xəbər verir ki, bu, dekabrın 23-də İrakli Qaribaşvilinin baş nazir kürsüsünü tərk etməsi ilə bağlıdır. Qaribaşvili televiziya ilə xalqa müraciətində istefasının səbəblərini açıqlamayıb. O deyib ki, nazir və ya baş nazir postu tutmaq onun üçü...
Neft bir az bahalaşdı, manat isə ucuzlaşdı
Dünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,31 dollar bahalaşaraq 37,74 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar artaraq 37,70 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 0,54 dollar bahalaşaraq 37,...
Xaricdən maliyyələşən KİV haqda yeni qanun
Rusiya Dövlət Duması dekabrın 23-də KİV-in xaricdən maliyyələşməsi ilə bağlı qanun qəbul edib. Novator.az xəbər verir ki, yeni qanun KİV-in üzərinə xarici maliyyə dəstəyi barədə dövləti məlumatlandırmaq öhdəliyi qoyur. Tələbi yerinə yetirməyən KİV-i cərimə gözləyir. Sənədə əsasən, xarici dövlətdən, ...
Saziş: Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemi birləşdirilir
Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Seyran Ohanyan dekabrın 23-ü Moskvada Qafqaz bölgəsində hava hücumundan müdafiə birləşmiş sisteminin yaradılması haqqında saziş imzalayıblar. Ermənistanla hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqda sazişin imzalanmasına Rusiya...
Azərbaycan və Rusiya müdafiə nazirlərinin qapalı görüşü keçirilib
Moskva səfərində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşüb. Görüşdə regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir ...
5 il həbs 90 min rubl cərimə ilə əvəz olundu
Dekabrın 23-də Moskva Hərbi Dairə Məhkəməsi Rusiya Quru Qoşunlarının sabiq komandanı Vladimir Çirkin haqda bu ilin avqustunda çıxarılmış hökmü dəyişib. Novator.az xəbər verir ki, Çirkinə çıxarılmış həbs hökmü 90 min rubl cərimə ilə əvəzlənib. O, məhkəmə zalından azadlığa buraxılıb. Buna rüşvətxorlu...
Manat hansı valyutalardan ucuzdur?
Uzun illər dünyanın ən bahalı valyutalarından olan Azərbaycan manatı son 10 ayda iki dəfəyə yaxın ucuzlaşıb. 21 fevral devalvasiyasında manat 34,6% dəyər itirib. Dekabrın 21-də üzən məzənnəyə keçiddən sonra isə manat 47,6% ucuzlaşmaya məruz qalıb. Bununla belə, manat Mərkəzi Bankın siyahısında yer a...
İranla yeni iqtisadi razılaşmalar
Azərbaycanda 450-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir. Dekabrın 21-i Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 10-cu iclasında belə deyilib. İclasa dövlət komissiyasının həmsədrləri — iqtisadiyyat və sənaye nazi...
Sorğu: Rusiya əhalisinin cəmi 12 faizi yaxşı yaşayır
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin sosial əhvalı ilə bağlı araşdırma aparıb. Novator.az xəbər verir ki, mərkəzin dekabrın 23-də açıqladığı nəticələrə görə, ilin sonuna Rusiya əhalisinin sosial əhvalı xeyli aşağı düşüb. Dekabr ayında Rusiya əhalisi öz maddi vəziyyətini 2009-cu ilin deka...
Paytaxtda xoşagəlməz qoxu nədən yaranır?
Dekabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər paytaxtın bəzi yerlərində hiss olunan xoşagəlməz qoxu ilə bağlı açıqlama yayıb. Transparency.az bildirir ki, nazirliyin keçirdiyi monitorinqdə atmosfer havasından nümunələr götürüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə, ...
Manatın kursu yenə düşdü (Mərkəzi Bankın rəqəmləri)
Azərbaycan manatının ucuzlaşması davam edir. Transparency.az bildirir ki, dekabrın 23-də Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5523 manata satılır (Məzənnə cədvəli). Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi valyu...