Böyük beşlik yenilikləri
İtaliya milli futbol çempionatında 30-cu tur arxada qalıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə 81 xal yığan “Yuventus” başçılıq edir. UEFA Çempionlar Liqasına vəsiqə zonasında yer alan komandalardan “Napoli”nin 63, “İnter”in 56, “Milan”ın 52 xalı var. “Atalanta” 51 xal götürüb. İspaniya ...
Yeni sürücülük vəsiqəsi
Nazirlər Kabineti sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiqləyib. Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiqləmək Kənd Təsərrüfatı ...
Dollar 13 ayı geridə qoyur
Aprelin 5-də ABŞ dollarının kursu 1,7 manat səviyyəsində qalıb. Bu məzənnə sonrakı iki günə də şamil olunur. Novator.az-ın məlumatına görə, bununla dolların rəsmi qiymətində sabitliyin 13 ayı tamamlanır. 2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21...
Rusiyalıların neçə faizi ölkədən getmək isəyir?
İctimai rəy üzrə ixtisaslaşan Gellap İnstitutu (ABŞ) rusiyalılar arasında sorğu keçirib. Novator.az-ın məlumatına görə, respondentlərə “İmkanınız olsa, daimi yaşayış üçün başqa ölkəyə getmək istərdinizmi” sualı verilib. Sorğu respondentlərin 20%-nin Rusiyanı tərk etmək istədiyini üzə çıxarıb. Bunun ...
Ermənistanda inflyasiya
Ermənistanın Statistika Komitəsi ərzaq inflyasiyası rəqəmləri açıqlayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2019-cu ilin martında un və çörək məhsulları 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% bahalaşıb. Statistikaya görə, il ərzində unun qiymətində 4%, çörəyin qiymətində 5% artım olub....
AXCP-nin dörd fəalı həbs edilib
Martın 30-da və 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının dörd fəalı həbs edilib. Bunu “Turan” agentliyinə AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. O bildirib ki, həbs edilənlər Demokratik Qüvvələrin Milli Şurasının aprelin 6-na təyin etdiyi mitinqin təşkili üçün çalışan Paşa Umudov, Ramid Nağıy...
Qarabağ Komitəsi mitinq keçirməyi planlaşdırır
Qarabağ Komitəsi aprelin 20-nə mitinq təyin edib. Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev, Felmar Ələkbərov və Əlövsət Sadıqov təmsil olunurlar. ...
Məhkəmə fərmanı haqqında qeydlər
Ənnağı Hacıbəyli Prezident məhkəmə-hüquq sistemində islahatlar fərmanı imzalayıb. Cəmiyyətin və dövlət hakimiyyətinin bu ən ağrılı sahəsində kardinal islahatlar gərəkdir. Son vaxtlar rəsmi orqanlar və şəxslər, o sıradan ölkə başçısı bunu etiraf edib. Fərman gözlənirdi və bir çoxları düşünürdü ki, ci...
Milli Şura yeni mitinq təyin edib
Demokratik Qüvvələrin Milli Şurası aprelin 20-nə mitinq təyin edib. 2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğru...
Barışıq qanununda nələr var?
Dövlət başçısı İlham Əliyev “Mediasiya haqqında” qanunu imzalayaraq tətbiqinə fərman verib. Novator.az-ın məlumatına görə, qanunla mediasiya bunlar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr;...
Məhkəmə-hüquq sistemində islahatlar fərmanı
Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatlara fərman verib. Aprelin 3-də imzalanan sənəddə Ali Məhkəməyə və Baş Prokurorluğa cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə qanun layihələrini hazırlayıb üç ay müddətində dövlət başçısına təqdim etmək tö...
Müsavatın aksiya müraciətinə rədd cavabı gəldi
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının aprelin 7-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib. Novator.az-ın məlumatına görə, Müsavat başqanı Arif Hacılı aprelin 3-də “Facebook” şəbəkəsində yazıb ki, meriya aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. Arif Hacılı qeyd edib ki...
Milli Şuranın mitinqinə razılıq verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 6-da keçirmək istədiyi mitinqə razılıq verməyib. Novator.az-ın məlumatına görə, meriyanın 6 aprel mitinqini məqsədəuyğun saymadığı haqda məktub aksiyanın təşkilatçılarına aprelin 3-də təqdim olunub. Milli Şura mitinqi paytaxtı...
Türkiyə: partiyalara neçə bələdiyyə başçısı düşüb?
Novator.az Türkiyənin siyasi partiyalarının 31 mart seçkisində neçə bələdiyyə başçısı postu qazanmasına nəzər salıb. İlkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 15 böyük şəhərdə, 24 şəhər, 511 rayonda bələdiyyə başçısı postuna sahib çıxıb. Seçkilərə hakim partiya ilə birgə Xalq ittifaqı...
“Mirzəsəfərizm”
Kamal Abdulla Biz çox tez-tez şəxsiyyət və yaradıcılıq haqda, özü də ağızdolusu danışmağı sevirik. Cidd-cəhdlə sübut eləməyə çalışırıq ki, bu iki məqam bir-birini tamamlayır və hökmən bir-birinin yanında olmalıdır. Amma bir məsələ dəxi var. Yaradıcılığına şəxsiyyəti bucağından, özü də nakam taleyi i...
Reportyorlar (17)
Firuzə Davudqızı Bir neçə dəqiqə əvvəl …Həyətə keçəndən sonra dəqiqələr bir-birini əvəz etdikcə onun həyəcanı ölçüyə gəlmir, lakin şübhə oyatmamaq üçün son dərəcə soyuqqanlı və sərbəst olmağa çalışırdı. Fəhlələrin arasında dolanıb, yanındakı oğlana kömək edərək maşından endirdikləri dolabı evə...
“Avroviziya 2019”: yarımfinalda çıxış ardıcıllığı
May ayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Avroviziya 2019” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin püşkü atılıb, çıxış ardıcıllığı müəyyənləşib. Novator.az nəticələri təqdim edir: Birinci yarımfinal (14 may) Kipr – Tamta Qoduadze Monteneqro – “D-moll” qrupu Finlandiya – Ville Virtanen ...
Bayram Məmmədov işgəncəyə məruz qaldığını iddia edir
Bakı Apellyasiya Məhkəməsi aprelin 2-də gənc fəal Bayram Məmmədovun həbsindən verilmiş şikayətə baxıb. Söhbət inzibati həbsdən gedir. Martın 30-da Bayram Məmmədova 30 sutka inzibati həbs verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. “Turan”ın məlumatına görə, apellyasiya məhkə...
Danışıq barədə danışıq
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin aprelin 2-si telefonla danışıblar. Rəsmi məlumata görə, dövlət başçıları Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-u Vyanada keçirdiyi ilk rəsmi görüşün nəticələrini və Dağlıq Qarabağ münaqişəsinin hə...
ABŞ səfirinin adı necə yazılmalıdır?
ABŞ-ın Azərbaycandakı yeni səfirinin adı media orqanlarında müxtəlif cür gedir. İngilis dilində ad belədir: Earle Litzenberger. Azərbaycan mediası dövlət dilində bu variantları işlədir: Örl Litzenberqer; İrli Litsenberger; Erl Litsenberger; Li Litsenberger; Li Litzenberger. Hansı variant düzgündür? ...