Daha bir partiya ləğv olundu
1993-cü ildən dövlət qeydiyyatında olan Milli Həmrəylik Partiyası (2020-ci ilədək Demokratik Azərbaycan Dünyası Partiyası adlanıb) fəaliyyətini dayandırıb. Elan “Yeni Müsavat” qəzetinin 10 iyun sayında dərc edilib. Novator.az bildirir ki, 2023-cü ildə daha 23 siyasi partiya ləğv olunub: Aydınlar Par...
Avropa Şurasından Azərbaycana çağırış
İyunun 5-dən 7-dək Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumunu müzakirə edən Avropa Şurasının Nazirlər Komitəsi qətnamələr çıxarıb. Hüquqşünas Xalid Ağalıyev Novator.az-a deyib ki, Avropa Məhkəməsinin hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Le...
Moskvanın gözə girən barmağı – “Euronews”
“Euronews” telekanalının internet səhifəsində “Moskvanın barmağı: informasiya müharibəsi Rusiyanın qonşuluğundakı ölkələrin siyasətinə necə təsir edir?” başlıqlı yazı dərc olunub. Novator.az yazını ingiliscədən çevirib təqdim edir. 2022-ci ilin fevralında Rusiya Ukraynaya total hərbi təcavüzə girişə...
Gültəkin Hacıbəyli dövlətdən 5000 avro uddu
İyunun 8-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə yeni qərarları elan edilib. Aihmaz.org-un məlumatına görə, qərarlardan biri siyasətçi Gültəkin Hacıbəylinin şikayəti əsasında çıxarılıb. Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı ilə məhkəmə çəkişmələrinin nəticəsindən narazı qalaraq Avro...
Avropa Bankında gender davası – “Politico”
ABŞ-ın “Politico” qəzetində “Avropa Mərkəzi Bankında böyük gender problemi” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Avropa Mərkəzi Bankının (AMB) gender planı – rəhbər vəzifələrdə qadınların təmsilçiliyini artırmaq, vakant iş yerlərinə qadınları cəlb et...
Özünü öldürmək yasaqlandı
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Dövlət Şurasının sədri Kim Çen İn intiharı yasaqlayan əmr imzalayıb. İyunun 7-də imzalanan əmrlə vətəndaşın özünə qəsd etməsi “sosializmə xəyanət” cinayətinə bərabər əməl sayılır, hökumətə intiharın qadağan olunması mexanizmini hazırlamaq tapşır...
Çempionlar Liqasının bütün heyəti
Novator.az UEFA Çempionlar Liqasının 2023-2024 mövsümünə buraxılan 78 komandanı təqdim edir: ilkin mərhələ (27-30 iyun) – “Breydablik” (İslandiya), “Buduçnost” (Monteneqro), “Atletik” (Andorra), “Tre Penne” (San Marino); birinci mərhələ (11-19 iyul) – “Makkabi” (Hayfa, İsrail), “Haken” (...
Messi Avropadan getdi
Futbol ulduzu Lionel Messi karyerasını ABŞ-ın “İnter Mayami” komandasında davam etdirəcək. Rəsmi məlumat iyunun 7-si axşam yayılıb. Novator.az bildirir ki, 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Lionel Messi ilk futbol dərslərini ölkəsinin “Qrandoli” və “Nyuells Old Boyz” koma...
Türkiyə parlamentində mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü açıqlayıb. Novator.az bildirir ki, mayın 14-də seçilmiş 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 267 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 57, Milliyyətçi Hərəkat Partiyasını...
Ekspertdən bina replikası
İyunun 6-sı Bakının Xətai rayonunda Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. 500-ə yaxın şəxsin fəaliyyəti üçün nəzərdə tutulan binada 215 otaq, Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, konfrans və iclas zalları var. Vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliy...
Hansı partiyalar dəstədən çıxıb?
2023-cü ildə 23 siyasi partiya fəaliyyətinə son verdiyini bəyan edib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçı...
ABŞ-da kimlər prezident olmaq istəyir? – “Nyu-York Tayms”
ABŞ-da 2024-cü ilin prezident seçkisinə qoşulanlar 11 nəfərə çatıb. Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, onların 3-ü Demokratlar Partiyasını, 8-i Respublikaçılar Partiyasını təmsil edir. 2024-cü il noyabrın 5-i prezident seçkisinin ilk raundu keçiriləcək. Həmin gün 50 şt...
Ermənistanın turizm statistikası
2023-cü ilin yanvar-may aylarında Ermənistana 806 mindən çox turist baş çəkib. Onların 52 faizi rusiyalı, 12 faizi gürcüstanlı, 6 faizi iranlıdır. İlk onluqda sonrakı yerləri ABŞ, Ukrayna, Hindistan, Fransa, Almaniya, Belarus və Çindən ziyarətçilər tutur. Novator.az-ın məlumatına görə, hesabatı yaya...
İşgəncələr məbədi: Şuşa həbsxanası
Tanınmış telejurnalist Mübariz Əsgərovun “İşgəncələr məbədi: Şuşa həbsxanası” filmi erməni əsirliyində olmuş üç nəfərin taleyindən bəhs edir.
İnflyasiya rekordçuları
Tradingeconomics.com saytı inflyasiya reytinqi yayıb. 2023-cü ilin aprelinə aid reytinq Venesuelada qiymət artımını bir il öncənin eyni ayına nəzərən 426 faiz, Livanda 350 faiz, Argentinada 115 faiz, Zimbabvedə 102 faiz göstərir. Novator.az bildirir ki, hesabata görə, Surinamda 66,7 faiz, Misirdə 54...
Məhkəmələrin şurasını necə qurmalı?
“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklər layihəsi parlament müzakirəsindədir. Layihəyə görə, 15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurasının tərkibi bu şəxslərdən təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci i...
Büdcə artımı kimə sərfəlidir?
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinə nəzər salıb. Parlamentin müzakirəsində olan layihədə gəlirlər 33 milyard 779,5 milyon manata, xərclər 36 milyard 568,8 milyon manata qaldırılır. Novator.az-ın məlu...
Avropa futbolunda nəyin gizli müşahidəsi aparılır?
Avropa stadionlarında mühüm futbol oyunları zamanı gizli müşahidə aparılır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyi bildirir ki, tribunlardakı müşahidəçilərin işi azarkeşlərin irqçi şüarlar səsləndirib-səsləndirmədiyini, ekstremist simvollardan istifadə edib-etmədiyini izl...
Bütün dünyanın gözü Ukraynadadır – “Nyu-York Tayms”
6 iyun İkinci Dünya müharibəsində müttəfiq qüvvələrin (Britaniya, ABŞ və Kanada) Normandiya (Fransa) sahillərinə qoşun çıxarmağa başladığı gündür. 1944-cü ildə keçirilmiş o əməliyyat Avropada faşist Almaniyasına qarşı ikinci cəbhəni açıb və müharibədə dönüş yaradıb. Almaniya Normandiya əməliyyatında...
Ermənistanda ərzaq 2,1 faiz ucuzlaşıb
Ermənistanın Statistika Komitəsi inflyasiya hesabatı yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, mayda istehlak qiymətləri 2022-ci ilin eyni ayına nəzərən 1,3 faiz artıb, ərzaq məhsulları 2,1 faiz ucuzlaşıb. Rabitə xidmətində qiymət enişi 0,1 faiz, nəqliyyat sektorunda 3,1 faiz göstərilir. Hesab...