Ermənistanda ərzaq 2,1 faiz ucuzlaşıb
Ermənistanın Statistika Komitəsi inflyasiya hesabatı yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, mayda istehlak qiymətləri 2022-ci ilin eyni ayına nəzərən 1,3 faiz artıb, ərzaq məhsulları 2,1 faiz ucuzlaşıb.
Rabitə xidmətində qiymət enişi 0,1 faiz, nəqliyyat sektorunda 3,1 faiz göstərilir.
Hesabata əsasən, ötən ilin may ayı ilə müqayisədə restoran və mehmanxana xidmətləri, alkoqollu içkilər və siqaret 7,8 faiz, istirahət və əyləncə xidmətləri 6,6 faiz, geyim və ayaqqabılar 6,2 faiz, səhiyyə xidmətləri 4,2 faiz, kommunal xidmətlər 2,4 faiz bahalaşıb.