BÜTÜN MATERİALLAR
Müxalif liderlər aksiya ittihamlarına cavab verdi
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bölgələrdə yanvarın 12-13-də keçirilmiş aksiyalara görə məsuliyyəti iki partiyanın və radikal dindarların üzərinə qoyub: “Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli...
- 14 Yanvar 2016
Rusiya əhlinin yarıdan çoxu dolların kursunu izləmir
Rusiya əhalisinin əksəriyyəti ABŞ dollarının kursunu izləmir. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi dekabrın 14-də bununla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 48%-i dolların kursunu izləmir...
- 14 Yanvar 2016
MTN-in bazasında yaradılmış qurumların statusu rəsmiləşdi
Yanvarın 13-də dövlət başçısı İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərmanlar imzalayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanla qurumun ə...
- 14 Yanvar 2016
Məsuliyyət iki partiyanın və radikal dindarların üzərinə qoy...
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, sosial-iqtisadi sahədə yaranmış mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər g...
- 14 Yanvar 2016
İlham Əliyev vətəndaşlara gömrük güzəştini ləğv etdi
Prezident İlham Əliyev “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 22 oktyabr 2015-ci il fərmanında dəyişiklik edib. Transparency.az-ın məlumatına görə, yanvarın 13-də imzalanmış yeni fərman “Gömrük sahəsində nəzar...
- 14 Yanvar 2016
Dolların rəsmi kursu 1 manat 57 qəpiyi keçdi
Yanvarın 14-də Mərkəzi Bank manatın məzənnəsini endirib. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,5706 manata, 1 avro isə 1,7106 manata satılır. 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasi...
- 14 Yanvar 2016
Dövlət rüsumu qanununda yeniliklər qüvvəyə minib
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Transparency.az xəbər verir ki, əsas yenilik qanunun 23-cü maddəsini əhatə edir. Həmin maddənin yeni redaksiyasına görə, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyat...
- 14 Yanvar 2016
Ağlımızın dekorativ çiçəklənmə dövrü (Birinci yazı)
Oqtay Qorçu Bu ağılla, bu düşüncəylə hara gedirik, bir Allah bilir… Şüur insana Tanrı payıdır, bunu danmaq mümkün deyil. Bəşərin əşrəfi olan insanla bərabər yer üzündəki bütün canlı məxluqatın zehni, əqli dərəcəsi isə, sözsüz ki, ətraf mühitin nizamı ilə həmahəngdir. Y...
- 13 Yanvar 2016
Bölgələrdə etirazlar
Yanvarın 13-ü Ağsu şəhərinin mərkəzində etiraz aksiyası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, aksiyaçılar Heydər Əliyev parkından rayon icra hakimiyyətinin binası qarşısına yürüş ediblər. Sakinlər işsizlik, maaş problemi və bahaçılığa etiraz bildiriblər. İcra haki...
- 13 Yanvar 2016
Fransada üç islam assosiasiyası bağlanıb
Yanvarın 13-də Fransa hökuməti üç islam mədəniyyət assosiasiyasının fəaliyyətinə qadağa qoyub. Novator.az xəbər verir ki, Fransanın daxili işlər naziri Bernar Kaznyov Nazirlər Şurasının iclasında belə açıqlama verib. Kaznyov deyib ki, Lani-syur-Marn şəhərinin məscidində fəal...
- 13 Yanvar 2016
Terror aktında ölənlərin səkkizi Almaniya vətəndaşıdır
Yanvarın 12-də İstanbulun Sultanahmed meydanında törədilən terror aktında ölən on nəfərdən səkkizi Almaniya vətəndaşıdır. Bununla bağlı məlumatı ölkənin hakimiyyət orqanları təsdiqləyib. AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federa...
- 13 Yanvar 2016
Arif Hacılı xəbərdarlıqdan danışdı
Yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xəbərdarlıq edilib. Transparency.az saytına danışan Müsavat başqanı bildirib ki, idarə rəisi partiyanı bölgələrdə keçirilən aksiyaları təşki...
- 13 Yanvar 2016
Rusiya əhalisinin yeni sayı açıqlanıb
Rusiyanın əmək naziri Maksim Topilin yanvarın 13-də ölkə əhalisinin yeni sayını açıqlayıb. Statistika Komitəsinin 2015-ci il yanvarın 1-nə olan məlumatında Rusiyada 146 milyon 300 min adamın yaşadığı göstərilirdi. Novator.az xəbər verir ki, Maksim Topilin 2015-ci ilin sonuna...
- 13 Yanvar 2016
Samir Əliyev yanacağın qiymətini salmağı təklif edir
İqtisadçı ekspert Samir Əliyev ölkədə bahalaşmanı cilovlamaq üçün yanacağın qiymətini endirməyə çağırır. Ekspert bu addımın daşınma xərclərinin, malların, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalmasına gətirəcəyini düşünür. Transparency.az-ın məlumatına...
- 13 Yanvar 2016
İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə rəsmi h...
2015-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504 min nəfər olub, onlardan 879 min 4 yüz nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624 min 6 yüz nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Transparency.az xəbər verir ki, Dövl...
- 13 Yanvar 2016
Ötən ay qiymətlər necə dəyişib? (Rəsmi)
Dövlət Statistika Komitəsi 2015-ci ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında açıqlama yayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, 2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq məhsullarının 7,1 faiz, əh...
- 13 Yanvar 2016
Neftdə yeni ucuzlaşma
Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,69 dollar ucuzlaşaraq 30,82 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar azalaraq 31,16 dollar olub. AZƏRTAC-ın 13 y...
- 13 Yanvar 2016
Manatın rəsmi kursu bir az artıb
Yanvarın 13-də Mərkəzi Bank manatın məzənnəsini ötən günlə müqayisədə bir qədər artırıb. İndi rəsmi kursla 100 dollar 156 manat 82 qəpiyə, 100 avro isə 169 manat 80 qəpiyə satılır. 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzla...
- 13 Yanvar 2016
Prezident 4 ölkəyə səfirlər təyin etdi
Prezident İlham Əliyev yanvarın 12-də sərəncamlar imzalayaraq Daşqın Şikarovu Birləşmiş Ərəb Əmirliklərində, Məmməd Əhmədzadəni İtaliya Respublikasında, Murad Nəcəfbəylini Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfirlər təyin edib. Nərgiz Qurbanovaya Bolqarıstan ...
- 13 Yanvar 2016
Qiymət artımına yol verənlərə cinayət işi qaldırılıb
İqtisadiyyat və Sənaye Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi manatın məzənnəs...
- 13 Yanvar 2016