“Texnikabank”ın lisenziyası ləğv edildi
“Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Qərarı Mərkəzi Bankın İdarə Heyəti fevralın 1-də çıxarıb. Rəsmi məlumata əsasən, “Texnikabank” məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, onun məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olub, ASC kreditorları qarşısında öhdəliklər...
Nazirliyə aparat rəhbəri təyin olunub
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev Aparat rəhbəri vəzifəsinə təyin olunub. Rəsmi təqdimatda bildirilir ki, Əli Abdullayev 1979-cu ildə anadan olub, Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib. 2001-...
Vergilər naziri şəmkirliləri dotasiyasız yaşamağa çağırıb
Vergilər naziri Fazil Məmmədov fevralın 1-i Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin təmsilçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştira...
Dollar ucuzlaşıb, avro bahalaşıb
Fevralın 2-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini dəyişib. 100 ABŞ dolları 159 manat 72 qəpikdən 159 manat 40 qəpiyə düşüb. Transparency.az xəbər verir ki, 100 avro ötən günlə müqayisədə 173 manat 26 qəpikdən 174 manata qalxıb. 100 Rusiya rublu isə 2 manat 6 qəpiyə satılır.
Neftin qiyməti bir ildə nə qədər enib?
Dünya birjalarında neft yenə ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,18 dollar ucuzlaşaraq 30,91 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,25 dollar azalaraq 33,48 dollar olub. AZƏRTAC-ın 2 fevral məlumatına görə, “AzəriLayt” m...
İlin ən populyar adları açıqlanıb
2016-cı ilin ilk ayında Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğu bəlli olub. Transparency.az Ədliyyə Nazirliyinin saytına istinadla bildirir ki, oğlan adları içində ən populyar ad Yusif adıdır. Yanvar ayında doğulmuş 65 uşağa Yusif adı verilib. İkinci yerdə Hüseyn adı (50 uşaq),...
Ermənistana pul axını bir ildə 30 faiz azalıb
2015-ci ildə Rusiyadan Ermənistana şəxsi köçürmələr 36 faiz azalıb. Transparency.az xəbər verir ki, Ermənistanın Mərkəzi Bankı fevralın 1-də belə hesabat yayıb. İl ərzində köçürmələrin 518,29 milyon dollar azalaraq 915,9 milyon dollar olduğu bildirilir. Əvəzində Ermənistandan Rusiyaya pul vəsaiti ax...
Azadlıq təklifləri
“Azadlıq təklifləri” ilk dəfə 2007-ci ilin avqustunda “Azadlıq üçün təkliflər” adı altında işıq üzü görüb. “Azadlıq təklifləri”ndə müəllif azadlıq hüququnun genişləndirilməsi üçün imtiyazları kütləviləşdirmək, həbsdən mühakiməyə keçmək, günahların və günahlandırmaların sayını azaltmaq, qanunlara əmə...
Benzinin ucuzlaşması nələrə gətirər?
İqtisadçı ekspert Vüqar Bayramov benzini ucuzlaşdırmaq təklifi verib. Transparency.az-ın məlumatına görə, ekspert dünya bazarında neftin qiyməti düşəndən bir sıra ölkələrin bu addımı atdığını misal gətirib: “Neft ucuzlaşandan benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentind...
Müsavatçı gənc həbsdə qaldı
Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində müsavatçı gənc Elvin Paşayevin şikayətinə baxılıb. Yanvarın 23-də narkotik maddələrin satışı ittihamı ilə həbs edilən müsavatçı gənc barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri dəyişdirilməyib. E.Paşayevin vəkili Nemət Kərimli Müsavat.com-a deyib: “Nə...
Fuad Qəhrəmanlının şikayəti təmin olunmadı
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının şikayətinə baxılıb. Şikayət Fuad Qəhrəmanlı haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin edilmədiyinə görə verilmişdi. Həmin vəsatəti Nəsimi Rayon Məhkəmə...
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindədir
Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib. Abu Dabinin Prezident hava limanında rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin ali baş komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl ...
Rusiyada işsizlərin rəsmi sayı 1 milyonu keçib
Rusiyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı yanvar ayının son həftəsində 3,4% artaraq 1 milyonu keçib. Novator.az xəbər verir ki, hesabatı fevralın 1-də Rusiyanın Əmək Nazirliyi yayıb. Nazirliyin hesabatında bildirilir ki, yanvarın 20-dən 27-nə qədər rəsmi qeydiyyata alınmış işsizlərin sayı 3,...
Yaz sessiyasının ilk iclası keçirilib
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin intizam komissiyasının təşkil edilməsi, hesablayıcı komissiyanın yenidən təşkil olunması, parlamentin komitələrinin yeni üzvlərinin seçilməsi, 2016-cı il yaz sessiyasının qanunvericilik...
Rusiya mediasında ən çox kimlərin adı çəkilir?
Rusiyanın “İnterfaks” agentliyi “Xəbərlərin kompleks analizi sistemi” çərçivəsində ölkənin kütləvi informasiya vasitələrində ən çox adı hallanan şəxslərin reytinqini tərtib edib. Novator.az xəbər verir ki, siyahının ilk pilləsində Rusiya prezidenti Vladimir Putin dayanır. “İnterfaks”ın təhlilinə gör...
Dağıstanın 800-dən çox sakini Yaxın Şərqdə vuruşur
Dağıstanın 800-dən çox sakini İraq və Suriyada silahlı qruplaşmaların tərkibində vuruşur. Novator.az xəbər verir ki, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov parlamentə müraciətində açıqlayıb. Abdulatipov qeyd edib ki, Dağıstan sakinlərinin Yaxın Şərq ölkələrində terrorçu ...
Corc Soros Hillari Klintona 6 milyon dollar bağışlayıb
Amerikalı milyarder Corc Soros ABŞ-ın sabiq dövlət katibi, hazırda Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq uğrunda mübarizə aparan Hillari Klintonun seçki kampaniyası üçün 6 milyon dollar bağışlayıb. Novator.az xəbər verir ki, milyarderin bu məbləği bağışladığı Klintonun seçki qərargah...
Akademik Cəlal Əliyev vəfat edib
Akademik Cəlal Əliyev vəfat edib. Xəbəri APA yayıb. Alimin fevralın 1-nə keçən gecə dünyasını dəyişdiyi bildirilir. Cəlal Əliyev 1928-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fa...
Energetika naziri: “Heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”
“Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli artım olacaq”. AZƏRTAC-ın məlumatına görə, energetika naziri Natiq Əliyev belə deyib. Nazir qeyd edib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır: “Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə...
Azərbaycanın beynəlxalq kredit reytinqi enib
“Standard & Poor’s” reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Xəbəri Maliyyə Nazirliyi yayıb. Nazirlik qeyd edir ki, 31 iyul 2015-ci ildə agentlik Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsin...