7 ili döyən kurs
Azərbaycan Mərkəzi Bankı fevralın 7-də ABŞ dollarının kursunu 1,7 manatda saxlayıb, bununla sabitliyin 6 il 11 ayı tamamlanıb. 2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Dövlət Neft Fondu Mərkəzi Bankı...
Ermənistanın demoqrafik göstəriciləri
2024-cü ildə Ermənistanda 33648 doğum, 25576 ölüm, 15324 nikah, 4689 boşanma qeydə alınıb. Hesabatı yayan Statistika Komitəsi bildirir ki, 2023-cü ilə nəzərən doğumda 2617, nikahda 883 azalma, ölümdə 1271, boşanmada 164 artım rəsmiləşib.
14856 hadisə, 83 ölüm
2024-cü ildə Azərbaycanda 14856 fövqəladə hadisə baş verib. Hesabatı yayan Fövqəladə Hallar Nazirliyi bildirir ki, hadisələrdə 83 nəfər həlak olub: 40 nəfər yanğın, 33 nəfər partlayış, 5 nəfər zəhərlənmə, 2 nəfər yağıntı, 1 nəfər güclü külək, 1 nəfər uçqun, 1 nəfər bina uçması nəticəsində həyatını i...
Pensiyalar 8,1 faiz artır
Fevralın 5-də sərəncam imzalayan prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarını indeksləşdirməyi tapşırıb. Pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun artırılır, yenilik yanvarın 1-dən tətbiq olunur. 2024-cü ildə muzdlu işçilərin orta...
Nazir başqa posta keçdi
Dövlət başçısı İlham Əliyev Muxtar Babayevi ekologiya və təbii sərvətlər naziri vəzifəsindən çıxararaq prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edib. Sərəncamlar fevralın 5-də imzalanıb. 1967-ci il təvəllüdlü Muxtar Babayev Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində, Azərbaycan Dö...
Gürcüstan parlamenti qayçılandı
Gürcüstan parlamenti mandatdan imtina etmiş müxalif deputatların səlahiyyətinə xitam verib. Qərar fevralın 5-də qəbul olunub. 2024-cü il oktyabrın 26-da keçirilmiş seçkidə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 yerlik parlamentdə 89 mandata sahib çıxıb. Müxalif qurumlar – Yeniliklər...
17-ci iştirak
“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı “Mamaqama” qrupu təmsil edəcək. Qrupda üç oğlan (vokalçı, gitaraçı, zərb alətləri ifaçısı) yer alır. Azərbaycan əvvəllər 16 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-c...
Valyuta ehtiyatı
Mərkəzi Bank fevralın 1-nə valyuta ehtiyatını 10 milyard 988,5 milyon dollar göstərib. 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb. 2018-ci il 5 milyard 334,6 milyon dollar, 2019-cu il 5...
Gürcüstanın inflyasiya hesabatı
Yanvarda Gürcüstanın istehlak bazarında qiymətlər 2024-cü ilin ilk ayına nəzərən 2 faiz artıb. Hesabatı yayan Milli Statistika Xidməti mehmanxana və ictimai iaşə xidmətlərində bahalaşmanı 6,8 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,2 faiz, təhsil sahəsində 5,1 faiz, səhiyyə xidmətlərində 3,8...
Pensiya yeniliyi rəsmiləşir
Parlamentin 3 fevral iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib. Yenilik fevralın 1-dən əmək pensiyasının minimum məbləğinin 320 manat olmasını nəzərdə tutur. Azərbaycanda kişilər 65, qadınlar 64 yaşda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə yüksə...
Əcnəbilərin Gürcüstanda xərci
2024-cü ildə əcnəbilər Gürcüstanda 14,3 milyard lari (8,5 milyard manat) xərcləyiblər. Hesabatı yayan Milli Statistika Xidməti bildirir ki, bu məbləğin 33,7 faizi yerləşməyə, 24,1 faizi alış-verişə, 22,4 faizi yemək-içməyə, 10,8 faizi əyləncəyə, 8 faizi yerli nəqliyyata, 1 faizi başqa istiqamətlərə ...
Türkiyədə qiymətlər
Yanvarda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin ilk ayına nəzərən 42,12 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 126-da bahalaşma, 13-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib. Azərbaycan Mərkəzi Bankı fevralın 3-də 100 Türkiyə lirəsini 4...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. İngiltərə çempionatında “Liverpul” 56, “Arsenal” 50, “Nottingem Forest” 47, “Mançester Siti” və “Nyukasl” 41, “Çelsi” və “Bornmut” 40 xal toplayıb. İspaniya çempionatında “Real” 49, “Atletiko” 48, “Barselona” 45, “Atletik”...
Tale əkizləri
Vahid Qazi Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq. Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi – isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizə tanıtmaqdır. Niyə onları tale əkizləri saydığımı deməzdən əvvəl ca...
Qonşuluqdakı statistika
2024-cü ildə Ermənistanın ümumi daxili məhsulu 8 faiz artıb. Hesabatı yayan Statistika Komitəsi ticarət dövriyyəsində yüksəlişi 17 faiz, tikinti sektorunda 14,5 faiz, xidmət sahəsində 10,6 faiz, sənayedə 4,7 faiz, kənd təsərrüfatında 1,6 faiz göstərir. Məlumata əsasən, ixracda 53,1 dəfə, idxalda 33,...
Minsk qrupu arayışı
Ermənistanla sülh danışıqları aparan Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi şərtini irəli sürüb. Ləğv üçün öncə Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir. Əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi ...
“Qarabağ”ın Avropa yolu
Azərbaycanın “Qarabağ” komandası UEFA-nın klub turnirlərinin 2024-2025 mövsümünə Çempionlar Liqasında başlayaraq Avropa Liqasına köçdü, liqa mərhələsində ələndi. “Qarabağ” əvvəllər 19 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib. 1996-1997, 1998-1999 mövsümlərində komanda Kuboklar kubokunun...
Üç turnir, 72 komanda
UEFA-nın klub turnirləri 1/16 final mərhələsinə yön alıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 24 komanda qalır, onların üçdə biri 1/8 finaldadır. 2024-2025 mövsümünə buraxılmış 236 komandanın 164-ü ələnib. Rusiya yarışlardan kənardır, 28 ölkə, o cümlədən Azərbaycan təm...
Kredit və əmanət hesabatı
Mərkəzi Bankın hesabatına görə, 2025-ci il yanvarın 1-nə Azərbaycanda 27,5 milyard manata yaxın kredit, 14,7 milyard manata yaxın əmanət rəsmiləşib. Bakıda 21 milyard manatdan çox kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 81,1 milyon manat, Gəncə-Daşkəsən – 816,6 m...
Bələdiyyə seçkilərinin nəticələri
Mərkəzi Seçki Komissiyası yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. Ölkədə 685 bələdiyyənin ümumilikdə 8071 üzvü olmalı, 9, 11, 13, 15, 17, 19 nəfərlik bələdiyyələr formalaşmalıdır. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.