Bələdiyyələr: yeni siyahı dərc olunub
Noyabrın 25-də bələdiyyələrin yeni siyahısı dərc olunub. 2025-ci ilin yanvarında bələdiyyə seçkilərinin keçirilməsi gözlənir. Bu, Azərbaycanda bələdiyyə institutu yaradılandan bəri altıncı seçkilər olacaq. Əvvəlki seçkilər 1999, 2004, 2009, 2014 və 2019-cu illərin dekabr ayına düşüb. Bələdiyyələrin ...
“Avroviziya 2025” heyəti
“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 38-ə çatıb: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. İngiltərə çempionatında 31 xalla “Liverpul” öndədir. “Mançester Siti” 23, “Çelsi”, “Arsenal” və “Brayton” 22 xal toplayıb. İspaniya çempionatına 34 xalla “Barselona” başçılıq edir. “Real” 30, “Atletiko” 29, “Vilyarreal” 25...
Millətlər Liqasında növbəti mərhələlər
UEFA Millətlər Liqasının 2024-2025 mövsümündə növbəti mərhələlərin püşkü atılıb: A liqası üzrə 1/4 final Niderland – İspaniya Xorvatiya – Fransa Danimarka – Portuqaliya İtaliya – Almaniya A və B liqaları üzrə düşmə/yüksəlmə Türkiyə – Macarıstan Ukrayna – Belçika A...
Ölüm statistikası
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 43932 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesabatına hər 1000 nəfərə 5,7 ölüm düşüb. 2002 və 2015-ci illərdə də göstərici eyni olub. Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə, həmçinin 2005, 2006 və 2007-ci illərdə 1000 nəfərə...
İdxal incəlikləri
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 16,6 milyard dollarlıq məhsul gətirilib. Hesabatı yayan Dövlət Gömrük Komitəsi əsas idxal məhsullarının ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini (3,1 milyard dollar), nəqliyyat vasitələri və onların hiss...
Büdcə zərfi layihələri
2025-ci ilin büdcə zərfinin layihələri parlament müzakirəsinə təqdim olunub. Rəsmi məlumata görə, dövlət büdcəsində 38 milyard 316 milyon manat gəlir, 41 milyard 367,6 milyon manat xərc nəzərdə tutulur. Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 8,4 milyard manat; müdafiə və milli təhlü...
Qeyri-neft/qaz ixracının əsas məhsulları
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracının 2,8 milyard dolları qeyri-neft/qaz sektorunun payına düşüb. Dövlət Gömrük Komitəsi əsas ixrac məhsullarının ilk beşliyində meyvə-tərəvəzi (535 milyon dollar), plastmas və ondan hazırlanan məmulatları (332,6 milyon dollar), kimya sənayesi m...
Yenilənmiş Ermənistan hökuməti
Nikol Paşinyanın baş nazirlik etdiyi Ermənistan hökumətinin tərkibi qismən yenilənib: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Srbui Qalyan – ədliyyə naziri, Arpine Sərkisyan – daxili işlər naziri, Gevork Papoy...
Yaxın ölkələrlə alış-veriş
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 3,2 milyard dollarlıq, Rusiyaya 972,5 milyon, Gürcüstana 575,3 milyon, Ukraynaya 146,6 milyon, Qazaxıstana 107,7 milyon, Türkmənistana 71,7 milyon, Belarusa 39,9 milyon, Özbəkistana 31,4 milyon, Qırğızıstana 26,8 milyon, İrana 11 milyon, ...
Xarici ticarət hesabatı
Dövlət Gömrük Komitəsi bildirir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında 172 ölkə ilə ticarət əməliyyatı aparılıb, 22,7 milyard dollarlıq ixrac, 16,6 milyard dollarlıq idxal qeydə alınıb. İxrac yanvarda 1,8 milyard, fevral və mayda 2,9 milyard, martda 1,2 milyard, aprel və avqustda 2,1 milyard, iyu...
Azərbaycandan neft alan ölkələr
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 12,7 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayır: İtaliya, Çexiya, Xorvatiya, Hindistan, İsrail, Portuqaliya, Almaniya, Böyük Britaniya, Rumıniya, Tunis,...
Doğum statistikası (1991-2024)
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-sentyabr aylarında Azərbaycanda 77172 uşaq doğulub, 2023-cü ilin eyni dövrünə nəzərən 9,8 faiz azalma olub. Doqquz ayın yekununda hər 1000 nəfərə 10,1 doğum düşüb. Bu, 33 müstəqillik ilində ən aşağı göstəricidir. Dövlət müstəqilliyinin bərpa olun...
Aşağıya…
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2024-2025 mövsümü ilə vidalaşıb. C liqasının 1-ci qrupunda yarışan milli 1 xalla son pilləni tutaraq D liqasına yuvarlanıb. Bu, yığmanın Millətlər Liqasında ən pis göstəricisidir. Milli bir yol D liqasında qrup ikincisi olmuş, C liqasında bir yol ü...
Səfər açıqlaması
Dövlət Sərhəd Xidməti bildirir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 2 milyon 209,6 min əcnəbi gəlib. Hesabata görə, ziyarətçilərin 28,5 faizi Rusiya, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8 faizi İran, 4,1 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxı...
33 ildə nikah və boşanmalar
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36651 nikah, 15964 boşanma qeydə alınıb, 1000 nəfərə 4,8 nikah, 2,1 boşanma düşüb. Rəsmi statistikaya görə, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə 1000 nəfərə 10,4 nikah bağlanıb. 2011-ci il 1000 nəfərə 9,7 nikah, 1992 və 2007-ci illər ...
Əhali statistikası
2024-cü il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 214,4 min nəfər göstərilib. Dövlət Statistika Komitəsi bildirir ki, Bakıda 2 milyon 349,8 min, Abşeron rayonunda 433,7 min, Sumqayıtda 427,6 min, Gəncədə 331 min, Lənkəranda 227,9 min, Masallıda 227,5 min, Cəlilabadda 218,7 min, Şəmkirdə...
Fəxri adların təqaüdü
Rəsmi hesabata əsasən, 2024-cü il oktyabrın 1-nə 175 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adına görə təqaüd (2000 manat), 175 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adına görə təqaüd (1800 manat) verilib. Təqaüdləri ya həmin adları daşıyan şəxslər, ya da onların dul arvadları və 18 yaşına çatmamış uşaqlar...
Demoqrafik hesabat
2024-cü il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 214 min 441 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-sentyabr aylarında 77172 doğum, 43932 ölüm, 36651 nikah, 15964 boşanma qeydə alınıb, 2218 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 1787 nəfər ölkə...
Sahələr üzrə orta maaş
Dövlət Statistika Komitəsi 2024-cü il oktyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 993 manat göstərib. Hesabata görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib: mədən sənayesi – 3572 manat; maliyyə və sığorta fəaliyyəti – 2721,8 manat; peşə fəaliyyəti, elmi və texni...