Müsavatçı polisdə dindirilib
Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Rövşən Hüseynov yanvarın 17-də Suraxanı Rayon Polis İdarəsinə çağırılıb, bir neçə saat dindirilərək sərbəst buraxılıb. “Basta” saytı xəbər verir ki, Rövşən Hüseynovdan şikayətçi olan bir şəxs müsavatçının onu döydüyünü iddia edib, xəsar...
Tofiq Yaqubludan salamlar
Siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi yanvarın 17-si Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atası ilə görüşüb. Novator.az-a danışan Nigar Həzi deyib ki, tibb elmləri doktoru Adil Qeybulla atasını növbəti dəfə müayinə edib: “Bu gün tərəziyə çıxarıblar. Tutulduğu gündən bəri çəkisi 94 ki...
2022-ci ilin inflyasiya göstəricisi
Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ildə istehlak qiymətləri 2021-ci ilə nisbətən 13,9 faiz artıb. Rəsmi hesabata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, ödənişli xidmətlər 10,4 faiz bahalaşıb.
İqtisadiyyatın ili, illəri
2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq, əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 2,7 faiz azalma, qeyri neft-qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Əhalinin hər nəfərinə d...
Vəkil görüşə buraxılmadı
Siyasətçi Tofiq Yaqubluya kəsilmiş inzibati həbs cəzası yanvarın 22-də bitir. Novator.az-a açıqlamasında belə deyən vəkil Nemət Kərimli bildirir ki, yanvarın 17-də Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına getsə də, Tofiq Yaqublu ilə görüşə buraxılmayıb: “Polis əməkdaşları adətən belə əngəlləri...
Ticarət statistikası
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 51,6 faizini...
Orta maaş nə qədər artıb?
2022-ci il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 732,5 min nəfər olub, onların 903,3 min nəfəri dövlət sektorunda, 829,2 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yan...
Sənayedə azalma, sərmayədə artım
Dövlət Statistika Komitəsi illik hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, müəssisə və fərdi sahibkarlar 2022-ci ildə 86 milyard manatlıq, 2021-ci illə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edib, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz düşüb, qeyri neft-qaz sektor...
Pensiya müşkülü
Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. Novator.az bildirir ki, ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq. Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya göstə...
Məhbus cəbhəçilər
Novator.az məhbus AXCP üzvlərinin siyahısına nəzər salıb. 2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanu...
“AzəriLayt”ın qiyməti
AZƏRTAC-ın 17 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 90,35 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 40,35 dollar yuxarı qiymətdir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb. Gündəlik xam ...
“Avroviziya” heyəti
“Avroviziya 2023” mahnı müsabiqəsinə qatılan 37 ölkənin 8-nin təmsilçisi bəllidir. Novator.az saytı Eurovision.tv-yə istinadla siyahını təqdim edir: Albaniya – Albina Kelmendi və ailəsi Belçika – Stef Kaers Fransa – Fatimə Zəhra Hafdi İsrail – Noa Kirel Kipr – Endrü Lambrou Niderland – Mixaya Nikola...
202 nöqtə, 21,8 milyon xəstə
Yanvarın 17-nə olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 21,8 milyon nəfər aktiv koronavirus xəstəsi var. Rusiyada 188358, Estoniyada 84954, İranda 81237, Moldovada 81134 şəxs müalicə altındadır. Gürcüstanda 17558, Qazaxıstanda 8329, Qırğızıstanda 7191, Özbəkistanda 7138, Ukraynada 6839...
Aclıq davam edir
Siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi yanvarın 16-sı Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkib. Novator.az-a danışan Nigar Həzi deyib ki, atası aclıq aksiyasını dayandırmaq niyyətində deyil: “Atamı həkim Adil Qeybulla ilə birgə ziyarət etdik. Adil həkim atamı xeyli dilə ...
Gömrük Komitəsi ötən ilə nöqtə qoydu
Dövlət Gömrük Komitəsi yanvarın 16-da qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirib. Rəsmi məlumata görə, müşavirədə bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinə öhdəlikdə nəzərdə tutulan 4 milyard 605 milyon manata qarşı 5 milyard 653 milyon manat vəsait köçürülüb. H...
Abu-Dabidə çıxış
Prezident İlham Əliyev yanvarın 16-sı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Abu-Dabi Davamlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan həm öz enerji tələbatını təmin edir, həm də xam nefti, neft məhsullarını, təbii qazı, ne...
Miqrasiya pozuntuları: 19480 qərar qəbul olunub
Dövlət Miqrasiya Xidməti 2022-ci il qərarlarının hesabatını yayıb. Rəsmi məlumata görə, qanunvericiliyin tələblərinin pozulması 19480 qərara gətirib: cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbli qərarlar – 5780; ölkə ərazisində yaşamanı qanuniləşdirən qərarlar – 5068; ölkədən inzibati qaydada ç...
İşğalçı rejimdə yeni təyinatlar
Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin “Milli Təhlükəsizlik Xidmətinin direktoru” dəyişib. Novator.az bildirir ki, rejimin başçısı Araik Arutunyanın yanvarın 16-da imzaladığı sənədlərlə Aşot Akopcanyanı Ararat Melkumyan əvəzləyib. Ararat Melkumyan yanvarın 7-dən “Təhlükəsizlik Şura...
Tofiq Yaqublunun oğlu medalla təltif olunub
Siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Məlumatı yanvarın 16-da Rəhim Yaqublunun bacısı Nigar Həzi yayıb. Prezidentin 10 fevral 2022-ci il sərəncamı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, aparılan...
Asan idarəçiliyin yolu
Prezident İlham Əliyev ölkənin bir qrup telejurnalistinə 10 yanvar müsahibəsində işğaldan azad olunmuş bölgələrdəki idarəetmə mexanizminin tədricən bütün ölkə üzrə tətbiq olunacağını deyib: “Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukt...