Si Cinpin yenə dövlət başçısı seçildi
- 10 Mart 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Çin parlamenti – Xalq Nümayəndələri Yığıncağı martın 10-da Si Cinpini dövlət başçısı (Çin Xalq Respublikasının sədri) seçib, bununla da üçüncü müddət rəsmiləşib.
1949-cu ildə qurulan Çin Xalq Respublikasının idarəçiliyinə Kommunist Partiyası məsuldur. Novator.az bildirir ki, 1953-cü il təvəllüdlü Si Cinpin 2012 və 2017-ci illərdə partiya lideri, 2013 və 2018-ci illərdə Çin Xalq Respublikasının sədri seçilib. 2018-ci ildə eyni şəxsin iki müddətdən artıq dövlət başçısı seçilməsinə məhdudiyyəti götürülüb və Si Cinpin 2022-ci il oktyabrın 23-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi postuna mandat alıb.