• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

13 veteran

  • 10 Mart 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

2023-cü il martın 6-da Ali Məhkəmənin sədri postundan ayrılan Ramiz Rzayev hakimiyyətin əsas veteranlarından idi. Novator.az bildirir ki, Ramiz Rzayev 1995-ci ildən ölkənin hərbi prokuroru olmuş, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifəsində çalışmış, 2005, 2010, 2015 və 2018-ci illərdə Ali Məhkəmənin sədri təyin edilmişdi.

2003-cü il oktyabrın 31-dən Azərbaycan prezidenti postunu İlham Əliyev tutur. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək Heydər Əliyev dövlət başçısı olub. İndiki hakim komandada yer alan 13 yüksək vəzifəli şəxs Heydər Əliyev dövrünün kadrıdır.

Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1995-ci ildən 2006-cı ilə – nazir təyin edilənədək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.

2019-cu ildən baş nazirlik edən Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri olub.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib.

Prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.

Prezidentin köməkçisi, administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.

Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.

Prezidentin köməkçisi, administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.

2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, həmin ilin iyun ayında Nizami Rayon İcra Hakimiyyətinin (Bakı) başçısı, 2003-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015-ci ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2018-ci il iyulun 16-dan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini kimi başçının səlahiyyətlərini də həyata keçirib.

Ali Məhkəmə, sədrin səlahiyyətləri

  • 10 Mart 2023
  • comments

“Şuşa”nın təsisçisi dəyişib

  • 10 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda