Sabir Rüstəmxanlının namizədliyi Neftçaladan irəli sürüldü
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlının gələn il fevralın 9-da keçiriləcək parlament seçkisinə 61 saylı Neftçala seçki dairəsindən qatılması barədə qərar çıxarıb. Qərara əsasən, partiyanın mərkəzi seçki qərargahının Neftçala bürosu yaradılıb v...
Yeni seçki bloku namizədlərini açıqladı
Dekabrın 25-də “Hərəkət” seçki blokunun təqdimatı keçirilib. Novator.az xəbər verir ki, tədbirdə blokun deputatlığa namizədləri də açıqlanıb. “Hərəkət” blokunda gənclər, siyasətçilər, vəkillər, jurnalistlər, ictimai fəallar, o cümlədən “Nida” Vətəndaş Hərəkatının üzvləri təmsil olunur. Blok 202...
Komada olan hüquq müdafiəçisi gözünü açıb
Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır. Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva “Turan”a bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və da...
Baş redaktor nazirliyə qarşı: bir instansiyada proses yekunlaşdı
Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanan məhkəmə prosesi yekunlaşıb. Şəmşad Ağa Toplum.tv-yə bildirib ki, məhkəmə onun iddiasını təmin etməyib. Dörd ay çəkən məhkəmə prosesi dekabrın 24-də sona çatıb. Baş redaktor qeyd edib ki,...
Ağ Şəhərdə
Prezident İlham Əliyev dekabrın 24-də Bakıda Ağ Şəhərin Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, Park Kvartalı ilə tanış olub. AZƏRTAC-ın arayışına görə, təməli 2011-ci il dekabrın 24-də qoyulan Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi ...
Reportyorlar (54)
Firuzə Davudqızı *** …Vüqar və Fatimə xeyli vaxtdır görüşürdülər. Vüqar ürəyindən keçənləri, nəhayət, qıza açıb söyləmiş, sevgisini etiraf etmişdi. Fatimə isə oğlana biganə olmadığını hiss etsə də, hisslərini dilinə gətirməyə hələ də cəsarət etmir, susurdu. Vüqarla olan münasibətini o, təkcə A...
Biznesin tədrisi: problemlər müzakirə olunub
Bakıda “Azərbaycanda biznesin tədrisi: mövcud vəziyyət və inkişaf yolları” konfransı keçirilib. Tədbiri açan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov deyib ki, məqsəd biznesin tədrisi sahəsində problemləri üzə çıxarmaq və onların həlli yollarının müz...
“Azadlıq”ın 30 ili
“Azadlıq” qəzetinin 30 yaşı tamam olur. Novator.az bildirir ki, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qəzeti kimi yaradılan “Azadlıq”ın ilk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfovdur (1999-cu ildə vəfat edib). Nəcəf Nəcəfov 1955-ci ildə doğulub. Jurnalist f...
Seçici fəallığı: yeni statistika
Mərkəzi Seçki Komissiyası 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı yeni açıqlama yayıb. Məlumata görə, gündüz saat 12-dək səsverməyə 898 min 542 nəfər və ya ümumi seçicilərin 18,07 faizi qatılıb. 118 dairəni, 5049 məntəqəni əhatə edən seçkilərdə 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir. 4 milyon 972...
“Evlilik və əxlaq”, “Aktyor və rejissor sənəti”, “Vinni-Pux”, “Xatirələr”
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq. Bertran Rassel, “Evlilik və əxlaq” Böyük ingilis riyaziyyatçısı və filosofu Bertran Rasselin 1929-cu ildə yazdığı “Evlilik və əxlaq” əsəri öz dövrünü qabaqlayan, bu günümüz üçün də aktuallığını it...
Gecikmiş mələk və ya “Uşağlığın son gecəsi” haqqında
Mətləb Ağa Bir neçə dəfə baxdığım “Uşaqlığın son gecəsi” kinofilmi barədəki bu yazımı hələ bir neçə həftə öncədən yazmaq istəyirdim, bu səbəbdən də bu yazıyla assosiativ olaraq bu iki kəlməlik cümlə heç yadımdan çıxmırdı və özlüyümdə bu iki kəlməlik cümləni həqiqətdən də həqiqət hesab edirdim: “Uşa...
Reportyorlar (53)
Firuzə Davudqızı Rusiya, uzaq Sibir …Salehin huşu qayıdanda özünü əl-ayağı bağlı qalın qar üstündə gördü. Alatoranlıq idi. Bura atıldığı nə qədər olmuşdu, bilmirdi. Soyuq artıq canına işləmişdi. Vücudunu demək olar hiss etmirdi. Arxası üstə çevrilmək istədi. Bacarmadı. Dəqiqələr sonra tükənmək...
Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair bəzi düşüncələr (3)
“Düşüncə dəftəri” kitabından Fərid Bağırlı Yazının əvvəli: 1, 2 Dövlət dili “Dövlət dili” deyəndə adətən rəsmi dil nəzərdə tutulur. Lakin biz burada təşrifat/dövlət protokolu və kargüzarlıq/dəftərxana/kanselarit dilini nəzərdə tuturuq. Dilimizin bu hissəsinin ciddi təhlil və düzəlişə ehtiyacı var. Ə...
Qaregin Njde və onun “Seqakron” təlimi
Son vaxtlar mətbuatın da gündəmində olan Qaregin Njde adı çoxlarında maraq doğurdu. Ermənistanda “erməni dövlət xadimi” adlandırılan bu hərbi cinayətkara İrəvanda heykəl qoyulması və bu ənənənin Rusiyanın Armavir şəhərində də davam etdirilməsi ciddi təpkilərlə qarşılandı. MDB dövlət başçılarının Aşq...
Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair bəzi düşüncələr (2)
“Düşüncə dəftəri” kitabından Fərid Bağırlı Yazının əvvəli İslamla Turanın bir-birinə yad olduğunu, bir-birinə dəxli olmadığını düşünənlər unutmamalıdırlar ki, türk də, ərəb də Nuhun oğulları və varisləridir. Həzrət Nuh kimi Ulu Atada birləşən sadəcə bu iki millət deyil, eyni zamanda onların mədəni i...
Reportyorlar (52)
Firuzə Davudqızı *** Təkadamlıq kamerada biləyindəki qandalla dəmir çarpayının başlığına bənd edilən Roza vahimə yaradan ağır ab-havalı bu məkanda hər an ölümünü gözləməkdə idi. Hər addım, hər qıfıl səsi onu diksindirir, ixtiyarsız olaraq təlaşlanırdı. Soyuq hava, nəm divarlar, bir də aclıq Rozanı ə...
İqtisadi dəyişikliklərin olacağını hardan bilirik?
Anqoladan sonra Azərbaycan da sərmayə mühiti yarada bilər Rövşən Əliyev Bu nəyin qrafikidir? ABŞ xəzinədarlığının 10 illik bondlarının gəlirlilik faizinin. Niyə 10 illiyi götürürəm? Çünki standart onunla (daha dəqiqi: bençmarkla) müəyyən olunur. Bençmark (ingiliscə: benchmark) nədir? Ona baxıb başqa...
“Ölümlə görüş”, “Komissar Meqre”, “Metempsixoz”, “Kamillik elmi”
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq. Aqata Kristi, “Ölümlə görüş” (təkrar nəşr) Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur detektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayəti...
Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair bəzi düşüncələr (1)
“Düşüncə dəftəri” kitabından Fərid Bağırlı Müəllif klassik mənada türkçü, ya da Turançı olmamaqla bərabər, həmin cərəyanlara olan simpatiyası, marağı və doğmalıq hissinə görə cəmiyyətimizdə türkçülüklə əlaqədar müşahidə etdiyi bəzi hallara toxunmaq istərdi… Türkçülüyün hissiliyi/emosionallığı ...
Konstitusiya Məhkəməsi yeni seçkiyə razılıq verdi
Konstitusiya Məhkəməsi Plenumunun 4 dekabr iclası başa çatıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Həmin gün dövlət başçısı qərarın konstitusiyaya uyğun olub-olmadığına aydınlıq gətirilməsi məqsədilə K...