• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabir Rüstəmxanlının namizədliyi Neftçaladan irəli sürüldü

  • 26 Dekabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlının gələn il fevralın 9-da keçiriləcək parlament seçkisinə 61 saylı Neftçala seçki dairəsindən qatılması barədə qərar çıxarıb.

Qərara əsasən, partiyanın mərkəzi seçki qərargahının Neftçala bürosu yaradılıb və lazımi sənədlər yerli dairə seçki komissiyasına təqdim edilib.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Vətəndaş Həmrəyliyi Partiyası 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisinə qatılan 20-yə yaxın partiyadan biridir.

Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Ancaq prezident İlham Əliyev dekabrın 5-də Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar seçki təyin edib.

Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var.

Təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.

Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

1946-cı ildə Yardımlıda doğulan Sabir Rüstəmxanlı 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1967-1978-ci illərdə indiki “Ədəbiyyat qəzeti”ndə müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

Filologiya elmləri doktorudur.

Sabir Rüstəmxanlı 1990-2015-cı illərdə parlamentin deputatı olub.

ÜDM proqnozu, illərin statistikası

  • 26 Dekabr 2019
  • comments

Yeni evlər təqdim olunub

  • 26 Dekabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda